Məhkəmə qərarları › İş №2(004)-221/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-221/2022

11.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-221/2022 11.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlərin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə 50X80 ölçüdə nəfəslik qoymağına dair bütün maneələrin aradan qaldırılması və cavabdeh barəsində xüsusi qərardad çıxarılması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq Cavabdeh2 da cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə verərək mübaisənin həlli üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunduğundan iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini və mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirir. Məhkəmə işin halları ilə bağlı yuxarıda göstərilənləri nəzərə alaraq iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar