Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2217/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “telefonun dəyişdirilməsi və ya geri qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “telefonun dəyişdirilməsi və ya geri qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı “X6 9 3GB/64GB” markalı mobil telefonun qızıl zəmanətə uyğun olaraq yenisi ilə dəyişdirilməsi, yaxud telefonun geri qaytarılması, ödədiyi 147 manat pulun ona geri qaytarılması, mənəvi ziyan əvəzi olaraq 5000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Gəncə şəhərində yerləşən “xxxx” MMC-nin “Kontakt Home” 23-dən “X6 9 3GB/64GB” markalı mobil telefonu almaq üçün müraciət etmiş, telefonun 12 ay müddətinə hər ay 46,80 manat ödəməklə veriləcəyinin münkün olduğu bildirilmişdir. Qeyd olunan şərtlərlə razılaşaraq mobil telefonu götürmüşdür. Həmçinin telefonu alarkən 2 il müddətinə 75 manat ödəniş edərək qızıl zəmanət talonu almışdır. Bir müddət işlətdikdən sonra telefonda donma və sönmə qusuru yaranmağa başlamışdır. xx.xx.2020-ci il tarixində telefonu rəsmi servis mərkəzi “xxxx” MMC-yə təhvil vermiş, xx.xx.2020-ci il tarixində telefonu geri qaytararaq telefonda bildirdiyi qusurların təsdiqlənmədiyi bildirilmişdir. Hazırda telefon donur və müəyyən müddət istfadə etdikdən sonra sönür. Telefonu xxxx MMC-nin “Kontakt Home” 23-ə apararaq, dəyişilməsni tələb etmiş, lakin, telefonun saz vəziyyətdə olduğu bildirilmişdir. Hazırda telefonda yuxarıda qeyd etdiyi nöqsanlar qalmaqdadır. Cavabdehlə aralarında olan mübahislər onun pisixi vəziyyətinə də mənfi təsir göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı X3 məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iş materialları əsasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, satıcı “xxxx” MMC ilə alıcı X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21122914 nömrəli müqaviləyə əsasən satıcı 12 ay müddətinə hər ay 46,80 manat olmaqla hissə-hissə ödənilmək şərti ilə İMEİ kodu **********27930 olan “X6 9 3GB/64GB” markalı telefonu alıcıya satmışdır. İş materiallarında olan rəsmi servis mərkəzi “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, İMEİ kodu **********27930 olan “X6 9 3GB/64GB” markalı telefonda diaqnostikanın nəticələrinə görə iddia edilən donma və sönmə qüsurları təsdiqlənməmiş, cihaz yaxşı vəziyyətdədir və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qüsur dedikdə malın (işin, xidmətin) normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, yaxud irəli sürülən başqa tələblərə, habelə icraçı və ya satıcının mal (iş, xidmət) haqqında verdiyi məlumata uyğunsuzluğu başa düşülür. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinin tələblərinə görə lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21122914 nömrəli müqaviləyə əsasən “xxxx” MMC tərəfindən X2 “X6 9 3GB/64GB” markalı telefon nisyə satılmışdır. İddiaçı satılmış məhsulun qüsurlu olduğunu iddia etsə də, iş materiallarına əlavə edilmiş əsmi servis mərkəzi “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli rəyi ilə telefonda diaqnostikanın nəticələrinə görə iddia edilən donma və sönmə qüsurları təsdiqlənmədiyi, cihazın yaxşı vəziyyətdə olduğu və elan edilmiş texniki xüsusiyyətlərə tam uyğun gəldiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən alınmış malın əvvəlcədən qüsurlu olmasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.Halbuki, mülki prosessual qanunvericiliyin tələblərindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, qanunvericiliyin tələbinə əsasən istehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “telefonun dəyişdirilməsi və ya geri qaytarılması, mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2217/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2217/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver