Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2265/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 İsrafil-Ağa qızının və İddiaçı1 İsrafil-Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı2 İsrafil-Ağa qızı və İddiaçı1 İsrafil-Ağa oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İsrafil-ağa Şıxlinskinin pulu ilə alınan “Mersedes Benz” markalı,**-FU-*** dövlət qeydiyyat nişanlı minik maşının və atalarının Rusiyadakı əmlakının satışından əldə etdiyi 15 milyon rus rublu məbləğində pulun Cavabdeh1 alınıb iddiaçılara qaytarılması; “Ford” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı maşının Cavabdeh2 alınıb iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 İsrafil-ağa oğlu, Cavabdeh1 2022-cü ildən tanıyır. Onları atası tanış etmişdir. 1994 -cü ilin fevral ayında anası, Nümayəndə, atası Şıxlinski İsrafil-ağa David oğlu ilə ailə həyatı qurub Rusiyanın Krasnoyarsk şəhərinə getmişdilər. Atası gənc yaşlarından orada yaşayırdı və Rusiya vətəndaşı idi. Xırda sahibkarlıqla məşğul olduğundan Şəfəq onun maliyyə işlərini və digər tapşırıqlarını yerinə yetirirmiş. Evlənəndən sonra atası “nədənsə” Şəfəqin işlərini anasına tapşırır. Şəfəq ailəsi ilə Moskvaya köçüb orda yaşamağa başlayır. 2001-ci ildə onun 3 , bacısının 5 yaşı olanda valideynləri ayrılır və onlar 2005-ci ildə Azərbaycana köçür, atası Krasnoyarsk şəhərində qalır. Şəfəqlə tanış olandan sonra öyrəndi ki, o da ailəsi ilə 2005də Bakıya köçüb. Atasıyla uzun müddət görüşə bilməmişdir. 2018-ci ildən atasıyla mütəmadi görüşməyə , tez-tez telefonla danışmağa başladılar. Atasının ürəyində problemi var idi, tez-tez müalicə alırdı. Atası Krasnoyarsk şəhərində nəyi varsa satıb həmişəlik Azərbaycana gəlmək istəyirdi. Atası hərdən dədə-baba yurdu olan Ağstafa rayon Dağkəsəmən kəndinə gəlirdi, ordakı evində qalırdı , təmir işləri də görürdü. O orta məktəbi qurtaran kimi Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub dövlət xətti ilə Krasnodar şəhərindəki Şevçenko adına Ali hərbi məktəbdə oxumağa başladı. Atasıyla ilk görüşü də elə ordan başlayıb. Atasının ağır xasiyyəti var idi, o qardaşları və qohumları ilə xoş münasibət qura bilmirdi , övladları ilə də sıx əlaqəsi yox idi, çünki, onlarla yaşamırdı, tək yaşayırdı. Həm hərbçi olduğundan, həm də atasının ağır xasiyyəti üzündən tez-tez görüşə bilmirdi. Ona görə də, daha çox telefonla ünsiyyət qururdular. Atasının birinci nikahından Saida adında qızı da var, hal-hazırda Rusiyanın Novosibirsk şəhərində yaşayır, anası onu tanıyırdı, onların isə əlaqələri yoxdur. Atasıyla Şəfəqin nə vaxtsa , hansı şəraitdəsə yenidən münasibətləri yaranır, atası hər dəfə Azərbaycana gələndə, burda da onun maliyyə və digər işlərini Şəfəq yerinə yetirirdi. Atası 2019-cu ildə yenə Azərbaycana gəlir. Azərbaycan dilini və qanunlarını yaxşı bilmədiyindən burdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdi. Beləliklə, Cavabdeh1 əlinə yaxşı fürsət düşür. O, atasının etibarını qazanaraq , özünü vəkil kimi göstərərək , bütün işləri öz xeyrinə həll eləməyə başlayır. Dağkəsəmən kəndində hamı onu vəkil kimi tanıyırdı. Sonra koronavirus pandemiyası başladı, yollar bağlandı, atası Azərbaycana gələ bilmədi, ancaq telefon əlaqələri var idi. Atası xəstə olanda, o, Krasnodardan Krasnoyarskiyə ona baş çəkməyə getmək istəsə də, ona icazə vermədilər. 2019-cu ildə atası soyadını Mehrəliyevdən Şıxlinskiyə dəyişir və təkid edir ki, o da, bacıları da onun soyadını götürək və onlar işə başladılar. Atasının xahişi ilə o Şəfəqə etibarnamə verdi ki , soyad işinin davamı ilə o məşğul olsun. Bacısı isə öz işlərini özü yerinə yetirməyə sevir. Ancaq bilmir nəyə görəsə, atası bacına deyirdi ki, o da Şəfəqə çox da güvənmir. Axır ki , neçə ildən sonra onlar 2023cü ilin oktyabr ayında Şıxlinski soyadı ilə yeni şəxsiyyət vəsiqəsi aldılar. Atası bunu çox istəyirdi , hər dəfə onları tələsdirirdi. X9 şəhərində doğulduğu üçün işlər uzun bir vaxt apardı. Təəssüf ki, atası bunu görmədi, xoşbəxtdilər ki, uzun əziyyətdən sonra atalarının son xahişini yerinə yetirə bildilər. Nəhayət, 2022-ci ilin sonlarında, atası Krasnoyarsk şəhərindəki daşınar və daşınmaz əmlakını 15 milyon rubla satıb Azərbaycana gəlir. Bu pulun böyük bir miqdarını bacısına göndərmək istəyirdi. Bu barədə Azərbaycana gəlməmişdən telefonda danışmışdılar. Bacısı da “ata , sağ-salamat gəl , qalan işləri burda danışarıq” demişdi. Azərbaycana gələndən sonra, yenə də atasının ətrafında ən çox dolanan Şəfəq olur. Şəfəq öz ailəsindən çox atasıyla vaxt keçirirdi. O, heç bir yerdə işləmir, atasının hesabına dolanırdı. Atasının bütün tapşırıqlarını yerinə yetirir, bunun da müqabilində pul alırdı. Atası belə deyirdi. Atasının hətta stəkanı qırılsa belə onu Şəfəq alırdı, əlbəttə atasının pulu hesabına. Bunu dəfələrlə Şəfəqin özü demişdir ki, atası onun zövqünü bəyənir, nə alsa xoşuna gəlir. Atasının bütün işlərindən Şəfəqin xəbəri var idi. Atası əvvəlcə Şəfəqin adına aldığı mersedes markalı maşını 2022- ci ilin dekabr ayında onun adına keçirir, sonra yenə də Şəfəqin adına . Bu maşının harda olması barədə halhazırda heç bir məlumat yoxdur. Hətta Şəfəqin dediyinə görə, atası kənddəki evini də onun adına keçirirmiş, guya Şəfəq razı olmayıb. Atası Rusiya vətəndaşı olduğu üçün Şəfəq onu inandırıb ki, öz adına heç nə edə bilməz. Ona görə pulları da banka Şəfəqin adına qoyub. Dağkəsəmən kəndinin mollası Hüseynə də maşın (qara rəngli Ford, nömrəsi ** BH *** ) alıb ki, kəndin əhalisi ölüsünü maşında aparsın qəbirstanlığa. Ona da demişdir ki, nəzarət etsin. Bu maşının dəqiq kimin adına olduğunu bilmir. Ya Şəfəqin, ya da molla Hüseynin adınadır. Doğrusunu ancaq Şəfəq bilir. Hüseyn bu maşından öz mənafeyi üçün istifadə edir. Maşının üzərinə dini şəkil də çəkdirmişdi, atası öləndən sonra molla Hüseyn onu pozdurub. Bu maşının onların mülkiyyətlərinə verilməsi üçün də köməklik istəyirlər. Onun benzin və təmir xərcini ödəyərdilər və kəndin əhalisinə pulsuz xidmət edərdi. Yoxsa , molla 20 manat almamış heç kimin ölüsünü o maşına qoymur. Bu atasının ruhuna hörmətsizlikdir. Atasının arzusu olub ki , kəndə bir xeyri dəysin. Ancaq onun kəndə yox , mollaya xeyri dəyib , onun cibini doldurur. Kənd üçün daha xeyirli işlər görmək olardı, hər kəs öz ölüsünü son mənzilə son dəfə çiyinlərində də apara bilər. Bu maşını satıb kənd üçün başqa xeyirli işlər görmək olar. Cavahdeh çox şey bilir, ancaq heç nə demir. Bütün kənd əhalisi şahiddir ki , bu maşınlar İsrafilin pulu hesabına alınıb. Bütün bu hadisələr 2022-ci ilin dekabrından, yəni atası sonuncu dəfə Rusiyadan Azərbaycana gələndən rəhmətə gedən günə, xx.xx.2023-cü ilədək olan müddətdə, cəmi 6 ayda baş verib. 2023cü ilin iyunun 12-də gecə 02.25-də Cavabdeh1 anasına zəng edib atasının ölüm xəbərini deyir. Anası “İsrafilin bütün dəfn və məzar daşının xərcini biz çəkərik “ deyir. Şəfəq isə “narahat olmayın, ataları bunun üçün də pul ayırıb” deyir. Sonra ona hərbi hissəyə məlumat verirlər. Ölməmişdən əvvəl Şəfəq onlarla, yəni anası, bacısı, o və atası arasında vasitəçi rolunu oynayırdı və mehriban davranırdı bizimlə. Atalarını dəfn elədilər, 3 , 7 , 40 mərasimində iştirak etdilər. Ataları öləndən sonra , Şəfəq dəyişib başqa adam oldu. Ölümündən 3-4 gün sonra atasının bütün paltarlarını, qəbul etdiyi dərmanları, hətta reseptləri belə, bütün atama aid olan sənədləri , onun şəxsi telefonlarını yox elədi və anasına dedi ki, gərək onun meyidini ekspertizaya göndərib yardırardılar, o hələ ölməli deyildi. Azərbaycanda atası müalicə edən həkim də Şəfəqin qohumu idi. Ölməmişdən 3-4 gün əvvəl Bakıda həkimin yanında olmuşdu. Özəl xəstəxana idi, oranın bir günü üçün atası 300 manat ödəyirdi. Bunu da Şəfəq deyirdi. yas mərasimində nə onun, nə də bacının ağlına gəlməmişdi ki, heç olmasa atasının şəxsi telefonunu və noutbukunu götürsünlər. Bəlkə orda onlara mesaj var idi. Noutbuku o götürmək istəsə də , Şəfəq ona yox, Süleyman əminin qızına verdi. Atasının evində Şəfəq ev sahibi kimi sərbəst hərəkət edir, sərəncamlar verirdi. Sanki , əmiləri belə onlara düşmən kəsilmişdi. Onun bundan sonra, şübhələri yarandı ki , atasının ölməsinə Şəfəq köməklik göstərib. Şəfəq onları atasının evinə buraxmırdı, açarı onları vermirdi, “siz o evə girə bilməzsiz” deyirdi. Bəzi telefon yazışmalarını saxlaya bilmişlər, qalanlarını Şəfəq yox edib. Bacının axırda səbri tükəndi , 2024 - cü ilin yanvar ayında qıfılı dəyişərək evə daxil ola bildilər. Evdə doğrudan da heç nə yox idi, atasının bir dənə corabı belə qalmamışdı. Evdə atasını xatırladan bir əşyası qalmamışdı. Onlar atasının Dagkəsəməndəki evindən Şəfəqin adına ABB və Turan bankın Ağstafa filiallarından verilmiş 2 bank orderi tapdılar, birində 28 min ABŞ dollari, digərində 30 min Azərbaycan manatı. Bu orderlər , Dağkəsəmən kənd sakinlərinin , qonşuların dedikləri , yasa , məzar daşına cavabdeh tərəfindən xərclənən vəsait, Krasnoyarsk şəhərindəki ortaq tanışların və Şəfəqin özünün dedikləri sübut edir ki , atasının pulları var, bu pullar ya Şəfəqin adınadır, ya da onların harda olduğunu ancaq Şəfəq bilir və demir. Çünki , öz tamahkar niyyətini həyata keçirmək istəyir. Onlar atalarının kənddəki evində olarkən , qonşusu sözarası dedi ki , Şəfəq İsrafilin sağlığında ondan yaxşıca istifadə etdi. Hətta atasının Muğan bankda pullarını saxlamaq üçün yeşik götürməsinə aid sənəd də var. Sonra Şəfəqin dediyinə görə ordan pullarını çıxarıb. Atasının yas mərasimləri, məzar daşı ilə Şəfəq məşğul oldu. Onlar xərclənən vəsaitlə bağlı hesabat tələb edəndə , Şəfəq hər dəfə söhbətdən yayınırdı, o, “atanızın etibar elədiyi adamam” deyirdi və heç bir sənəd də təqdim etmirdi. Atasının pullarının aqibətini soruşanda isə “narahat olmayın, 7-sindən sonra deyəcəm, 40-dan sonra deyəcəm , 6 aydan sonra deyəcəm.” Axır vaxtlar isə , heç bir telefon zənginə, heç bir mesaja cavab vermirdi , hətta onları blok edib. Atasının ölümünün 1 ili yaxınlaşır, hələ ki, heç nə demir, ancaq öz xeyrinə olan işlərlə məşğuldur. Onlar dəfələrlə atasının Novosibirsk şəhərindəki qızının telefon nömrəsini Şəfəqdən və əmilərindən istəsələr də , vermədilər. Onu yasa dəvət etmədilər. Ancaq, atasının ölümündən 3 ay sonra , cavabdeh Şəfəq gizlin Saidanı ( atamın birinci nigahından olan qızını) Novosibirskdən Bakıya çağırıb ondan baş etibarnamə alır və gizlin də geri yola salır. Saida Novosibirskdən Bakıya təkcə etibarnamə vermək üçün gəlməmişdi. Bundan əmilərinin də xəbəri var idi. Şəfəq də, əmiləri də Saidanın onlarla görüşməsinə mane oldular. Əmilərinin biri Dağkəsəmən kəndində, digəri Rusiyanın Novosibirsk şəhərində yaşayır. Əmilərini atalarının yasında tanımışdılar, bu günə qədər heç bir münasibətləri olmayıb. Əmilərindən, qonşulardan, qohum-əqrabadan, yanında olan insanlardan atalarının son sözü, vəsiyyəti barəsində soruşanda , hamı deyirdi ki , Şəfəq bilir. Şəfəq isə vaxt uzadır, “məni narahat etməyin” deyirdi. Hamı sanki, Şəfəqdən qorxurdu, onlara da demişdilər ki, onunla ehtiyatlı olsunlar. Dəfələrlə aidiyyəti orqanlara şikayət etsələr də, hamı məhkəməyə müraciət etməyi məsləhət gördü. Onlar ata çörəyi yeyib, ata qayğısı görməyiblər, onları anaları böyüdüb , heç ataları aliment də verməyib onlara. O baş leytenant İddiaçı1 İsrafil-Aga oğlu hərbçidir, bacısı İddiaçı2 İsrafil-ağa qızı psixoloqdur, anası isə müəllimdir. Valideynlər ayrılsalar belə , övladlarını böyütmək , onlara maddi və mənəvi dəstək göstərmək üçün eyni hüqüqa malikdirlər. Ancaq onları anaları tək böyütdü . Ataları da tək qalıb, əziyyət çəkib, yəqin ki , o da, onları sevirmiş, ancaq bunu hiss etdirə bilməyib. Atasının əziyyətlə qazandıqları niyə övladlarına yox , Şəfəq kimi, Hüseyn kimi yadlara qismət olsun. Məhkəmə gedişatında iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh2 Ford markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, Cavabdeh1 Mercedes Benz markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilin və atasının Rusiyadakı mülkindən əldə etdiyi 15.000.000 rus rublu (on beş milyon) alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddiaçıların ona qarşı irəli sürmüş olduqları iddia ərizəsini tamamilə əsassız və ədalətsiz hesab edir. Belə ki, mərhum Şıxlinski İsrafil - Ağa David oğlu onun uzun illərdir tanıdığı yaxın dostu idi və aralarındakı dostluq 40 ilə dayanır. Mərhum ilə ilkin tanışlıqları Rusiya Federasiyasında birgə əmək fəaliyyəti ilə başlamışdır. Bu uzun illərlə sınanmış dostluqları daima qarşılıqlı hörmətlə yaşamışdır. Mərhum öz ailə üzvlərində daima narazılığını bildirir və bir neçə ağır ürək xəstəliyindən əziyyət çəkirdi bununla bağlı o bir neçə dəfə Rusiya Federasiyasının, Krasnoyarsk filayətində əməliyyət keçirib bu səbəbdən Rusiyadaki əmlakını sataraq Azərbaycana köçməyi düşünürdü. Sonuncu əməliyyatı o Baki şəhərində keçirdi və heç bir zaman övladlarının və ailə üzvlərinin onun bu ağır zamanlarında yanında olmadıqlarının şahidi oldu. Daha sonra ona məlum olmuşdur ki, mərhum Rusiyada yerləşən əmlakını sataraq öz doğma kəndinə gəlmiş və orada ev alaraq, təmir etmişdir. Aralarında olan uzun illərin dostluğu naminə o, daima mərhuma əvəzsiz olaraq köməklik göstərmiş, hətta mərhum dünyasını dəyişdikdən sonra onun xatirəsi üçün məzar daşının qoyulması və yas mərasimini təşkil etmişdilər. İş üçün əhəmiyyət kəsb edən faktlar qanunun aktuallığı və məqbulluğu haqqında tələblərini təmin edən məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla və ya sübut tələb etməyən hallarla təsdiq edildikdə iddia əsaslı sayılır. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş onun bank çıxarışları hansı yolnan onlarda olması və bu sənədləri necə əldə etdikləri sual doğurur belə ki, bu sənədlər onun icazəsi və xəbəri olmadan onlar tərəfindən əldə edilib və bu sənədlərin iddia tələbinə nə kimi əlaqəsi olduğu başa düşülən deyil. Qanunvericliyin tələbləri pozulmaqla əldə edilmiş sübutlar yolverilməzdir. Qəbuledilməz sübutların heç bir hüquqi qüvvəsi yoxdur və ittiham üçün əsas kimi istifadə edilə və ya hər hansı sübut üçün istifadə edilə bilməz ki, hesab edir məhkəmə bu hala hüquqi qiyməti verəcəkdir. İddiaçıların iddia ərizəsi tamamilə xülasədən ibarətdi və heç bir mötəbər sübutlara dayanmır ki, belə olan halda hesab edir ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddia tələbini tamamilə əsassız və ədalətsiz hesab edir. Belə ki, mərhum X5 onun da yaşadığı kəndin çox hörmətli sakini idi. Mərhum ilə aralarında hər-hansı qohumluq əlaqəsi yoxdur. O, kəndin mollası olaraq dəfn mərasimlərində üzərinə düşəni edir və bununla da onun fəaliyyəti məhdudlaşır. İddiaçıların ona qarşı irəli sürmliş olduqları nəqliyyat vasitəsinə dair iddia tələbinə münasibətdə bildirir ki, qeyd edilən nəqliyyat vasitəsi onun şəxsi mülkiyyətidir. Mülkiyyətində olan nəqliyyat vasitəsinin mərhum tərəfindən onun mülkiyyətinə verilməsini təsdiq edən hər-hansı mötəbət sübutların olmadığı halında hesab edir ki, bu əsassız və ədalətsiz, iddia tələbidir. O, iddiaçıların atası mərhum X2 dəfn mərasimi aparmış və bu mərasimdə onun ailə üzvlərinin iştirak etməsinin şahidi olmadı. Onlar mərhumun dəfnini ona layiq bir şəkildə təşkil etdik lakin təəsüflər olsun ki, iddiaçıları biz kənd sakinlərinə mərhumun dəfnini layiqincə təşkil etməyin əvəzində ən azından təşşəkür etməli olduğu halda ona qarşı bu cür əsassız və ədalətsiz iddialarla çıxış edirlər. Bir daha qeyd etmək istəyir ki, iddiaçıların ona qarşı irəli sürülmüş iddia tələbi tamamilə əsassızdir, belə ki qeyd edilən nəqliyyat vasitəsi onun şəxsi mülküdür və öz şəxsi vəsaiti hesabına əldə olunub. İddia tələbi o zaman əsaslı sayıla bilər ki, iddia tələbini təsdiq edən konkret faktlar mövcud olsun, bu faktların qeyri-mövcudluğu bu cür iddiaların əsassız hesab edilməsi anlamına gəlir. Əsassız iddia o halda irəli sürülən iddia kimi başa düşülməlidir ki, iddiaçıya onun tələblərinin qanunsuz olması mübahisəsi şəkildə aydın olsun. İddiaçıların iddia ərizəsi tamamilə xülasədən ibarətdi və heç bir mötəbər sübutlara dayanmır ki, belə olan halda hesab edir ki, hazırkı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirakı edən İddiaçı2 İsrafil-Ağa qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı edən İddiaçı1 İsrafil-Ağa oğlunun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Cavabdeh1 tanıyır. Şəfəqi ilk dəfə İsrafiağanın evində görmüşdür. Heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2 dəfə görübdür onu. İsrafil Rusiyadan gələndə onlar görüşmüşdülər. İsrafil ona bildirmişdi ki, qəbirstanlığa maşın almaq istəyir. Daha sonra 33.000 manata onun adına maşın almışdılar. Sonra Anarla o, birlikdə maşını kəndin mollasının, yəni Hüseynin adına keçirmişdilər. İsrafil onunla birgə Anarın yanına getmişdi. Sonradan Şəfəq də onların yanına gəlmişdi. Onlar erməni qəbirstanlığının yaxınlığında yerləşən Muğan banka getmişdilər. Bankdan 215.000 və ya 275.000 dollar pul götürdülər. Pul Şəfəqdə qalmışdı. Şəfəqi də o maşınla evinə aparmışdı . Şəfəq İsrafilin sağ əli kimi idi. Ona etibar edirdi. Anar kəndçiləridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Ağstafa rayonunda Dağkəsəmən rayonunda yaşamışdır. Onun qızı mərhum İsrafillə qonşu olduları üçün tanıyır. O özü də Rafiqlə də həmişə ünsiyyətdə olmuşdur. Cavabdeh1 vəkil kimi tanıyır. Cavabdeh2la da birgə orta məktəbi oxumuşdular. Aralarında heç bir ədavət olmamışdır. Kəndin mollasıdır. İddiaçı Rafiq kəndə maşın almışdı. Kənd camaatının tərtib etdiyi aktda dabunu qeyd edibdir. İsrafil ölənə kimi də maşın məscidə xidmət göstərib. Hazırda maşından istifadə olunmur. Kəndin mollasının şəxsi istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirdi ki, Cavabdeh2 tanıyır. Kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Rafiq maşını kənd üçün almışdı və kənd sovetində kəndin mollasına- Cavabdeh2 vermişdi. Cavabdeh2 da özü ilə qohumlarını gətirmişdir. Məqsəd maşını həmin qohumların sürməyini istəməsi idi. Lakin İsrafil razı olmamışdı. Daha sonra maşının kənar bir şəxsin sürməsi barədə razılıq əldə edildi. Kəndin böyüyü tərəfindən kənar bir şəxs tapıldı. İsrafil rəhmətə gedəndən sonra molla maşının üzərində Rafiqə aid olan məlumatları sildirdi və maşını idarə edən şəxs də uzaqlaşdırıldı. Hal-hazırda maşının istifadə edildiyini eşidibdir. Maşını ən son 1 ay əvvəl görmüşdür, maşını almağı da Cavabdeh2 təklif etmişdi. Maşın təhvil verilərkən Cavabdeh1 orda olmayıb. İsrafil heç kimə boşuna pul verməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Cavabdeh2 kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Maşını rəhmətlik İsrafil kənd üçün almışdı. O, bunu hamıya elan etmişdi. Maşını uzun müddətdir ki, kəndə xidmət etmir, maşını görmür. Maşının nə vaxt alındığı yadında deyil. Maşın kəndin mollasına təhvil verilərkən orda deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Cavabdeh2 kəndin mollasıdır. Aralarında heç bir ədavət olmamışdır. Maşın İsrafil vəfatından əvvəl alınmışdı. Maşın kənd camaatı üçün alınmışdı. Son vaxtlar da maşını kənddə görməmişdir. Məhkəmə iddiaçıların izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Krasnoyarsk şəhər Jeleznodorojnıy və Tsentralnıy rayonları üzrə Krasnoyarsk diyarı VVAQ ərazi şöbəsi tərəfindən verilmiş İ-БА seriyalı, 531750 saylı Adın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X7 adını Şıxlinskiy İsrafil-Ağa David oğluna dəyişmişdir. Qazax Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 356289 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, Şıxlinskiy İsrafil-Ağa David oğlu 12 iyun 2023-cü il tarixdə vəfat etmişdir. Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilən 09 iyull 2019-cu il tarixli Vəsiyyətnamədən görünür ki, X7 bütün əmlakı qardaşı oğlu - X3 vəsiyyət etmişdir. Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilən 15 fevral 2024-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyun 2023-cü il tarixdə vəfat edən Şıxlinskiy İsrafil-Ağa David oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X4r və o miras əmlakdan 3/6 hissədə pay almalıdır. Miras əmlak-ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilən 15 fevral 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyun 2023-cü il tarixdə vəfat edən Şıxlinskiy İsrafil-Ağa David oğlunun vərəsəsi Bondarenko Saida miras əmlakdan 1/6 hissədə pay almalıdır. Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilən 06 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyun 2023-cü il tarixdə vəfat edən Şıxlinskiy İsrafil-Ağa David oğlunun vərəsəsi İddiaçı2 İsrafil-Ağa qızı miras əmlakdan 1/6 hissədə pay almalıdır. Ağstafa rayon notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilən 10 may 2024-cü il tarixli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 12 iyun 2023-cü il tarixdə vəfat edən Şıxlinskiy İsrafil-Ağa David oğlunun vərəsəsi İddiaçı1 İsrafil-Ağa oğlu miras əmlakdan 1/6 hissədə pay almalıdır. "xxxx" Ağstafa filialı tərəfindən verilmiş 044 saylı, 02 fevral 2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nın Ağstafa filialında mərhum Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına depozit və hesab yoxdur. "xxxx" ASC tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına Azərbaycan Beynəlxalq Bankında bank hesabı mövcud deyil. Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş 23 fevral 2024-cü il tarixli arayışdan görünürki, Ləğv prosesində olan "xxxx" ASC-də mərhum Şıxlinskiy İsrafil-Ağa David oğlunun adına hər hansı bank hesabı aşkar edilməmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş 28 may 2024-cü il tarixli komputer çıxarışından görünür ki, ** LR *** dövlət qeydiyyat nişanlı Mercedez Benz markalı avtomobil X10, ** BH *** dövlət qeydiyyat nişanlı, X27 Yük markalı avtomobil Cavabdeh2 mülkiyyətindədir. 15 may 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** FU *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil X8 tərəfindən Cavabdeh1 satılmışdır. 30 avqust 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** FU *** dövlət qeydiyyat nişanlı Mercedes Benz markalı avtomobil Cavabdeh1 tərəfindən X1. 27 yanvar 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, **-BH-*** dövlət qeydiyyat nişanlı, X27 Yük markalı avtomobil X11 tərəfindən Şahid2 satılmışdır. 03 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ** BH *** dövlət qeydiyyat nişanlı, X27 Yük markalı avtomobil Şahid2 tərəfindən Cavabdeh2 satılmışdır. Ağstafa rayon Dağkəsəmən kənd sakinləri tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, Ağstafa rayon Dağkəsəmən kənd sakinləri öz imzalaları ilə təsdiq edirlər ki, Rusiya vətəndaşı, əslən Dağkəsəmən kənd sakini Şıxlinski İsrafil-ağa Davud oğlu qeydiyyat nömrəsi **-BH-*** olan “Ford” markalı maşın (katafalka) alıb təmannasız xidmət göstərmək üçün kənd camaatına ianə etmişdir. Hal-hazırda Cavabdeh2in istifadəsindədir. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş 20 iyun 2024-cü il tarixli 2762 nömrəli məktubdan və məktuba əlavə olunmuş hesabın çıxarışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba 101.970 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir; xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də cari hesab açılmış, hesaba 100.000 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 7.17 AZN təşkil edir; xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba 30.000 AZN mədaxil edilmiş, xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir; xx.xx.2023-cü il tarixində "xxxx" ASC-də cari hesab açılmış, hesaba xx.xx.2024-cü il tarixinə hesab qalığı 0.00 AZN təşkil edir. "xxxx" ASC tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli 6-2-41/2- 25878/2024 saylı məktubun məzmunundan görünür ki, Cavabdeh1 adına "xxxx" ASC-nin Yasamal filialında xx.xx.2023-cü il tarixdə açılmış cari bank hesabı üzrə heç bir əməliyyat aparılmamışdır. Əlavə olaraq Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə Bankın Qazax filialında bank hesabı açılmış və həmin tarixdə hesaba 100.000 manat və 130.000 manat məbləğində pul vəsaiti əmanətə (depozitə) qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə hər iki əmanət məbləği müştəri tərəfindən məxaric edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən 130.000 manat məbləğində pul vəsaitə əmənətə yerləşdirilmiş və həmin tarixdə 60.000 və 70.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixdə müştəri tərəfindən yenidən 70.000 manat əmanətə yerləşdirilmiş və həmin tarixdə 42.000 manat və 28.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə 42.000 manat yerləşdirilmiş və həmin tarixdə 30.000 manat və 12.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə yerləşdirilmiş 30.000 manat məbləğində vəsait həmin tarixdə 20.000 və 10.000 manat olmaqla iki əməliyyat nəticəsində məxaric edilərək geri götürülmüşdür. xx.xx.2023-cü il tarixdə əmanətə yerləşdirilmiş 100.000 manat və 20.000 manat məbləğində pul vəsaiti həmin tarixdə 120.000 manat olmaqla məxaric edilərək geri götürülmüşdür. xx.xx.2024-cü il tarixə hesab üzrə qalıq məbləğ 0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar mərhum ataları Şıxlinskiy İsrafil-Ağa David oğluna məxsusluğunu iddia etdikləri əmlakın (Ford markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin, Mercedes Benz markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin və atasının Rusiyadakı mülkündən əldə etdiyi 15 000.000 rus rublunun cavabdehlərdən alınıb qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdirlər. İş materiallarından bəlli olur ki, Şıxlinskiy İsrafil-Ağa David oğlu 12 iyun 2023-cü il tarixdə vəfat etmşdir. Ondan qalan miras əmlak ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Övladları miras əmlak üzrə vərəsə qismində tanınaraq, mirası qəbul etmişdirlər. Notariat ofisinin sorğuları əsasında mərhum Şıxlinski İsrafil-Ağa David oğlunun banklarda hər hansı bank hesabları aşkar edilməmişdir. Mübahisə predmeti olan avtomobillər isə alqı-satqı müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirilmişdir. Belə ki, “Mercedes Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh1 satılmış, 30 avqust 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən isə X1. Məhkəmə qeyd edir ki, “Mercedes Benz” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 may 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh1 satılmışdır. Qeyd edilən avtomobilin alqı-satqısına dair müqavilənin etibarsızlığına dəlalət edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin avtomobilin Cavabdeh1 qanuni sahibliyində olmuş və sonuncu tərəfindən üçüncü şəxsə satılmışdır. Digər avtombil “X27 Yük” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil 27 yanvar 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Şahid2 satılmış, sonuncu tərəfindən isə 03 fevral 2023-cü il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 “X27 Yük” markalı avtomobilin mərhum İsrafil-ağa Şıxlinskinin vəsaiti hesabına alındığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıların atalarının sağlığında özünə məxsus əmlaka (pul vəsaitinə) dair verdiyi sərəncamlar onun iradəsinin hüquqi ifadəsidir. Həmçinin məhkəmə iclasında dindirilən şahidlərdən heç biri həmin avtomobilin məhz cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı hər hansı bir ifadə verməmişlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (152.1) İddiaçıaların atalarının sağlığındakən başqalarının adına keçirdikləri əmlaka dair iddiaları əsassızdır. Belə ki, mülkiyyətçinin özünə məxsus əmlaka dair öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilmə imkanı onun qanunla qorunan hüququdur. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, iddiaçılar iddianın əsaslığını təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə iclasında diskdə təqdim olunmuş, İddiaçı1 və Cavabdeh1 məxsus olduğu iddia edilən səs yazıları dinlənilmiş, lakin səs yazılarında iddianın əsaslığını sübut edən hallar müəyyən edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, İddiaçı2 İsrafil-Ağa qızının və İddiaçı1 İsrafil-Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 İsrafil-Ağa qızının və İddiaçı1 İsrafil-Ağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbi dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2265/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2265/2024
28.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver