Məhkəmə qərarları › İş №2(004)-2301/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2301/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2301/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota LC150" markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 330 (üç yüz otuz) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 20,40 (iyirmi manat, qırx qəpik) dövlət rüsumu, cəmi 350,40 (üz yüz əlli manat, qırx qəpik) manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Toyota LC150" markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı Sığorta Şirkəti tərəfindən sığortalanmışdır. Bakı şəhəri DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh “Toyota LC-Prado Minik” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və İnzibati Xətalar Məcəlləsinin 469.1-ci və 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat cərimə edilmişdir. Bakı şəhəri DYPİ tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, “Toyota” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan “xxxx” ASC Cavabdeh etibarnamə əsasında avtomobili idarə etmək hüququ vermiş, hadisə baş verdiyi anda sürücü ayıq halda olmuş və onun tərəfindən “Toyota” markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə arxa sağ hissənin sürtülməsi ilə nəticələnən zərər vurulmuşdur. İddiaçı Sığorta Şirkəti ASC-nin Zərərlərin tənzimlənməsi İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 079931 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək icbari sığortalanmış “Toyota LC150” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Toyota LC-Prado Minik” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərərlə bağlı maddi ziyanın ümumi məbləği 580 manat müəyyən edilmiş, faydalanan şəxs “xxxx” MMC-nin AR nümayəndəliyi qeyd edilmişdir.xx.xx.2020-ci il tarixli, 458 və 459 saylı ödəniş tapşırıqlarına əsasən zərərçəkən şəxsin şəxsi hesabına 491.53 manat və 88.48 manat köçürmə həyata keçirilmişdir. “Toyota Bakı Mərkəzi” tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota LC150” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 580 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli hesabdan“Toyota LC150” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əsasən 250 manat məbləğində franşiza xxxx” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənilmişdir. xx.xx.2020-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 330 manat sığorta ödənişinin məbləği və 20.40 manat dövlət rüsumu, ümumilikdə 350.40 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 330 manat sığorta ödənişinin məbləği və 20.40 manat dövlət rüsumu, cəmi 350.40 manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar