Məhkəmə qərarları › İş №2(004)-2301/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2301/2023

24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2301/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "Bakı Baş Səhiyyə Mərkəzi" X11rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "Bakı Baş Səhiyyə Mərkəzi" X11rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona vurulmuş maddi ziyana görə 1000 (bir min) manat, mənəvi ziyana görə isə 9000 (doqquz min) manat olmaqla cəmi 10000 (on min) manat məbləğində pulun tutulması, ödənilmiş 120 (yüz iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında 1 saylı Bakı şəhər X9 müraciət etmişdir. Həmin dəri zöhrəvi dispanserində ona qarşı haqszlıq edildiyindən və rüşvət tələb edildiyindən şikayət etmişdir. Ona görə də təqsirli şəxslər aidiyyatı qurumlar tərəfindən cəzalandırılmışlar. xx.xx.2022-ci il tarixdə yenidən dispanserə müraciət etməklə analiz vermişdir. Ona qotur diqanozu qoyub müalicə təyin etmişlər. Onların qoyduğu diqanoz onda şübhələr yaratdığından, onlara bildirmişdir ki, onda belə bir xəstəlik yoxdur, bununla bağlı başqa yerə müraciət edəcəkdir. Çünki düşünüb ki, əvvələr onların qanunsuz hərəkətlərindən aidiyyatı qurumlara şikayət etdiyindən və bununla bağlı təqsirkar şəxslər cəzalandığından onunla prinsip aparıla bilərlər. Ona görə də diaqnozun dəqiqliyini yoxlamaq üçün təkrarən xx.xx.2022-ci il tarixdə Respublika X8 müraciət etmişdir. Orada ümumi müayinədən keçəndən sonra müəyyən olundu ki, onda qoturluq xəstəliyi yoxdur. Ona görə də narazılğını bildirmək üçün Bakı şəhəri 1 saylı X8 gedərək baş həkimlə görüşməyini tələb etmişdir. Həmin dispanserin əməkdaşı Nüşabə adlı xanım baş həkim yoxdur, o da çıxıb getmişdir. Bundan sonra 29 dekabr 2022-ci il tarixdə X1 evinə zəng edərək bildirmişlər ki, onda qotur xəstəliyi olduğundan yaşadıqları evi dezinfeksiya etməlidirlər. O da onlara bildirmişdir ki, ona diqanoz səhv qoyulubdur. Respublika X7 bununa bağlı diqanozunu təqdim edəcəkdir. 2023-cü ilin yanvar ayının 6-da X2 yenidən ona zəng edib “sizin ünvana gəlib evinizi dizinfeksiya etməliyik, əgər evə buraxmasanız polis orqanına müraciət etməli olacağıq” demişdirlər. Yenidən onlara bildirmişdir ki, ona qoyulan diaqnoz səhvdir. Həmin gün ona Bakı şəhəri 26-cı Polis Bölməsindən təhqiqatçı polis polkovnik-leytenantı Məhəmməd Cəfərov zəng edərək Bakı şəhəri 1 saylı X7 baş həkimi Cavabdeh1 ondan Yasamal rayon prokurorluğuna şikayət edib və həmin şikayətin araşdırılmasının ona həvalə edilib, ona görə də izahat vermək üçün onun yanına 26-cı Polis Bölməsinə gəlməli olduğunu demişdir. Şikayətdə qeyd edilib ki, guya ki, o 23 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 1 saylı X8 gedərək ona səhv diqanoz qoyulduğuna görə baş həkim Cavabdeh1 kollektivin yanında təhqir edib nalayiq sözlər demişdir. O, bununla razılaşmayıb təhqiqatçı Məhəmməd Cəfərova bütün olanları bildirməklə Respublika X7 müayinə sənədlərini təqdim etmiş və əlavə olaraq bildirmişdir ki, qotur xəstəliyi yoxdur. 2022-ci ilin avqust ayında Bakı şəhəri 1 saylı X4 qanunsuzluqlardan şikayətçi olduğundan görünür dispanserin baş həkimi bundan ehtiyatlanaraq təkrar şikayət edəcəyini düşünüb onu qabaqlamaq və ondan qisas almaq məqsədi ilə ondan şər və böhan xarakterli şikayət etmişdir. İzahatı verdikdən sonra evinə gəlmiş, stress və həyacandan vəziyyəti pisləşmiş, mənəvi sarsıntı keçirmişdir. Ailə üzvləri vəziyyətinin ağırlığını görüb evə təcili tibbi yardım çağırmışlar. Hazırda bütün qonşular və qohumlar düşünürlər ki, o və ailə üzvləri qotur xəstəliyinə tutulubdur. Bu səbəbdən də onlarla ünsiyətdən qaçırlar, ona görə də o və ailə üzvləri, yaşlı anası sarsıntılar, stress və iztirablar keçirməklə müalicələr qəbul etməklərinə baxmayaraq özlərinə gələ bilmirlər. Səhhətlərini qorumaq üçün maddi vəsaitlər xərcləməklə maddi və mənəvi zərər çəkmişlər. Buna şahidləri də vardır. Hesab edir ki, qanunvericiliyin tələbinə görə onlara dəymiş maddi və mənəvi ziyan cavabdeh tərəfindən ödəməlidirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, qızının psixoloji olaraq sarsıntı keçirməsinin və bu səbəbdən tez-tez huşunu itirməsinin səbəbi Cavabdeh1 onu şəxsi zəmində polisə şikayət etməsidir. O, həmin şikayətə görə uzun müddət polisə çağırılmışdır. Eyni zamanda substansiyalar da ona zəng edib çağırmış və gəlmədiyi təqdirdə polislə hədələmişlər. O, Cavabdeh1 ilə heç üz-üzə görüşməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, ona qotur xəstəliyi diaqnozunu laboratoriyadan Fərid həkim qoymuşdur. Ona baxan həkim isə Fəridə xanım olmuşdur. Onlara qarşı heç bir şikayəti yoxdur. Belə ki, sağlam olduğu müəyyən olunmuş və məsələ orada da öz həllini tapmışdır. Lakin baş həkim ondan şəxsi zəmində şikayət etdiyindən, o və uşağı stress keçirmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçıya qotur xəstəliyi diaqnozunu qoyan onun izahatlarına əsasən laborant Fərid həkimdir. İddiaçıya baxan həkim isə Fəridə xanım olmuşdur. İddiaçı stress keçirdiyini qeyd edir, lakin burada stress keçirilməsinin əsaslı səbəbi də yoxdur. Hətta əgər stress keçirmişsə, keçirdiyi stress və narahatçılığın səbəbi ona qotur xəstəsi kimi diaqnozunun qoyulmağı olmuşdur. Ancaq qeyd olunan məqamda Cavabdeh1 təqsiri heç nə ilə sübut olunmur. İddiaçı maddi və mənəvi zərəri izahatında baş həkimin ondan şikayət etməsi ilə əlaqələndirir. İddiaçı xəstəxana əməkdaşlarının yanında Cavabdeh1 təhqir etdiyi, söydüyü üçün cavabdeh ondan şikayət etmişdir. Eyni zamanda iddiaçı da cavabdehdən şikayət etmişdir. Nəticədə hər iki şikayət üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İddia tələbinin heç bir hüquqi əsası yoxdur. Maddi və mənəvi zərərin vurulması sübuta yetmir. Bu səbəbdən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X13 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tövsiyyə vərəqəsindən görünür ki, həkim Fəridə Rəcəbova tərəfindən İddiaçı Sulfurici və eslotin adlı dərmanlar təyin olunmuşdur. İş materiallarında olan Respublika Dəri Zöhrəvi Mərkəzinin ambulator stasionar xəstənin tibbi vərəqəsindən çıxarışda qeyd olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə sağlamdır. Xəstənin görünən hamar dəri və selikli qişalarda patoloji ocaq müşahidə olunmamış, xəstə iki dəfə müayinədən keçib, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində Nəticə- Scabrs –neqativdir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X15 -Bakı Baş Səhiyyə Mərkəzi” X13 İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/6.1-2-2022-4842 saylı məktubdan görünür ki, onun şikayət xarakterli müraciətinə baxılmış və araşdırma nəticəsində N.Musayev işində yol verdiyi nöqsanlara görə şöbə müdiri vəzifəsindən azad edilmiş, tibb bacısı N.Səlimoya isə işində yol verdiyi nöqsanlara görə töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh1 və İddiaçı Yasamal rayon prokurorluğundan daxil olmuş ərizələri üzrə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Yasamal rayon prokuroru baş ədliyyə müşaviri tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 73-ş-23 saylı məktubdan görünür ki, ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iddiaçının, Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı şəhər X8 müraciət etmiş və ona qotur diaqnozu qoyulmuşdur. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixində Respublika X8 müraciət etmişdir. Orada ümumi müayinədən keçdikdən sonra onda qotur xəstəliyi olmadığı aşkarlanmışdır. İddiaçı bu baş verənlərlə əlaqədar ona maddi olaraq 1000 manat, mənəvi olaraq 9000 manat ziyan dəydiyini bildirsə də, buna dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçıya qoyulmuş diaqnoz nəticəsində onun sağlamlığına zərər vurulması və ona maddi ziyan dəyməsi sübuta yetmir. Eyni zamanda iddiaçı iddia ərizəsindən fərqli izahat da verərək, baş həkimdən maddi və mənəvi zərərə görə pul tələb etməsinin səbəbini onun şəxsi zəmində ona qarşı şikayət ərizəsi ilə polisə müraciət etməsini, buna görə maddi və mənəvi zərərə uğramasını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya hər hansı maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Həmçinin iş materiallarından da görünür ki, hər iki tərəf bir-birinə qarşı polis orqanına şikayət ərizəsi ilə müraciət etmiş və hər iki ərizə üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 21 və 23 cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci və 8-ci bəndində qeyd olunur ki, «..mənəvi zərər anlayışı şəxsin hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsin hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab veçirməsi vahid konteksdə olmalı, yəni şəxs öz hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı keçirməklə bərabər, eyni zamanda müəyyən iztirablara məruz qalmalıdır. Həmin Qərarın 8-ci bəndində qeyd olunur ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərər çəkənin mənəvi sarsıntı və iztirablara qalmasının nədə ifadə olunmasını, bunlar hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini zərərvuran şəxsin təqsirini, zərər çəkən şəxsin hansı mənəvi sarsıntı və iztirab keçirməsini, zərər çəkənin bunların hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İndiki halda cavabdehin mənə mənəvi zərər vurması işin faktiki hallarından da aydındır. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində maddi və mənəvi zərərin dəydiyini bildirsə də, bunun nədə ifadə olunmasını, həmçinin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbinin mənəvi ziyan hissəsi təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "Bakı Baş Səhiyyə Mərkəzi" X11rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar