Məhkəmə qərarları › İş №2(004)-2302/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2302/2021

17.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2302/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən girov qismində saxlanılan iddiaçıya məxsus 1 ədəd qolbaq, 1 ədəd boyunbağı 583 əyarlı, çəkisi 43,5 qram dəyəri 1449,5 ABŞ dolları, bir ədəd klon qızıl sadə, 750 əyarlı, çəkisi 1 qram dəyəri 57,1 ABŞ dolları, bir ədəd üzük qızıl 375 əyarlı, çəkisi 3,6 qram dəyəri 85,7 ABŞ dolları – cəmi 1592 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının alının ona təhvil verilməsi, bu mümkün olmadıqda həmin qızıl-zinət əşyalarının ümumi dəyəri kimi 1592 ABŞ dollarından 812 ABŞ dolları çıxılandan sonra qalan 780 ABŞ dollar, yəni 1326 manat vəsaitin Gəncə Apelyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qət etdiyi 1144,11 manat vəsait ödənilməsiniə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 11 iyun 2014-cü il tarixdə 846/10 saylı kredit müqaviləsinə əsasən BOKT “xxxx Azərbaycan “MMC-nin Gəncə filialından 4000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi aşağıda qeyd edilən qızıl-zinət əşyalarının girov qismində borc verənə təhvil vermişdir. Qızıl-zinət əşyaları yoldaşına məxsusudr. Həmin qızıl-zinət əşyalarının ümumi çəkisi 48,1 qram təşkil edir və mütəxəssis rəyinə əsasən aşağıdakı kimi müəyyənləşdirilmişdir. 1 ədəd qolbağı, 1 ədəd boyunbağı 583 əyar, çəkisi 43 qr – 1522 manat 1 ədəd kulon qızıl sadə 750 əyar, çəkisi 1.0 qr – 60 manat 1 ədəd üzük 375 əyar, çəkisi 3,6 qr – 90 manat, cəmi 1672 manat, yəni 1592 ABŞ dolları bazar dəyəri ilə qiymətləndirilmişdir. Siyahıda sıra üzrə 3-cü qeyd edilən üzüyün üzərində beş ədəd brilliant qaş vardır. Üzüyün qiymətləndirilməsi zamanı 60 ABŞ dolları göstərildikdə o, etiraz etmişdir və ümumiyyətlə girov qismində qoyduğu qızıl-zinət əşyalarına qoyulan qiymətlərin həqiqəti əks etdirmədiyini əməkdaşlara bildirmişdir. Üzüyün üzərindəki brilliant qaşların hər birinin bazar qiyməti 100 ABŞ dolları olduğunu izah etmişdir. Ona bildirmişlər ki, bu simvolik qiymətdir və narahatçılığa heç bir əsas yoxdur. Kredit məbləğini götürdükdən sonra 11 iyun 2015-ci il tarixədək ödəniş qrafıkinə müvafiq olaraq ödəniş etmişdir. Ancaq məlum devalvasiyadan sonra onun gəlirlərində heç bir fərq olmadığından ödəniş qabiliyyəti zəifləmişdir. Müqavilədə dəyişiklik edilməsini müəyyən güzəşt tətbiq etmələrini xahiş etsə də, təklifi cavabdeh tərəfindən təmin edilməmişdir. Lakin cavabdeh kompromis variantlar təklif etmək əvəzinə onun xəbəri olmadan girov qismində qoyduğu qızıl-zinət əşyalarını satmaqla mülki qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. Eyni zamanda qızıl-zinət əşyalarının satılmasını bildikdən sonra ona həmin əşyaların hansı qiymətə, kimə satılması barədə məlumat verilməsini və alqı-satqı qəbzinin surətini vermələrini tələb etmişdir. Tələbi təmin olunmamışdır. Bu hərəkətləri qanunsuzdur və qızıl-zinət əşyalarının onlar tərəfindən mənimsənilməsi kimi qiymətləndirmişdir.. 31 oktyabr 2019-cu il tarixdə “xxxx Azərbaycan” MMC-nə müraciət edərək qızıl-zinət əşyalarının hansı əsasla, hansı qiymətə satılması barədə sənədlər təqdim etmələrini tələb etsə də, yazılı müraciətə bu günədək cavab ala bilməmişdir. Hətta “xxxx Azərbaycan” MMC-nin ona qarsı pul tələbinə dair Kəpəz rayon Məhkəməsində iddia tələbi araşdırılarkən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmin iş Gəncə şəhər Kəpəz rayon Məhkəməsində 2(043)-1826/2018 nömrə ilə icraatda olmuş, ancaq qızıl-zinət əşyalarına dair münasibət bildirilməmişdir. Cavabdeh qanunun tələblərinə riayət etsə idi, girov qoyulan qızıl-zinət əşyaları aşağı qiymətə satılmazdı. Həmçinin qızıl əşyalarının real bazar qiyməti nəzərə alınaraq kredit borcu silinə bilərdi. Gəncə Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh girov qoyulmuş əşyaları guya 812 ABŞ dollarına sataraq, onun borcunun azaldılmasına yönəltmişdir və nəticədə iddiaçının hazırki borcu 1144,11 manat təşkil edir. Halbuki 2015-ci ildə qızıl əşyalarının real bazar qiymətinə, yəni 1592 ABŞ dollara satılsa idi, bu halda 1592 ABŞ dollarıdan 812 ABŞ dollar məbləği çıxılandan sonra qalan 780 ABŞ dollar məbləğ, yəni 1326 manat vəsait artıqlaması ilə onun hazırda 1144,11 manat borcunu bağlamaq imkanı verirdi. Cavabdeh isə qanunsuz hərəkətləri ilə onun ağır maddi vəziyyətini daha da ağırlaşdırmışdır. Eyni hərəkətlərə görə həmin əməkdaşlar barədə cinayət işi açılıb müvafiq hökmlər qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Apelyasiya məhkəməsinin 16 yanvar 2020-ci il tarixli 2(104)-365/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(043)-1826/2018 saylı qətnaməsi dəyişdirilmiş, cavabdehlər İddiaçı və X1 müştərək qaydada cəmi 1411,11 manat kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İstinad olunan məhkəmə qərarından görünür ki, hazırkı iddia ərizəsi üzrə mübahisələndirilən qızıl-zinət əşyaları 06.11.2015-ci il tarixdə məhz iddiaçının rəsmi ərizəsi əsasında girov əmlak kimi mövcud bazar qiymətinə satılaraq onun dəyəri qalıq kredit borcuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı iddiası əsassızdır və rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar