Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-233/2024 11.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs X1rşı “hesabatın ləğv edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs X1rşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən xx.xx.2023cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 6 saylı Notariat Kontorunun 8İ-15189 saylı xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən tələbkar X2 xeyrinə məndən 20.000 dolların tutulması qərarı verilmişdir. Bu icra qeydi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Ötən müddət ərzində borc öhdəliyinə əməl edərək həmin borcu 16400 dollara qədər azaltmışdır. Həmin iş üzrə “Qiymətləndirmə Xidməti Mərkəzi" MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabata əsasən mülkiyyətində olan avtomobilin bazar qiyməti 15000 (on beş min) manat qiymətləndirilmişdir. "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı qiymətləndirinə hesabatı etibarsız hesab edilməlidir. Qiymətləndirici təşkilat olan "Qiymətləndirmə Xidməti Mərkəzi” MMC öz qiymətləndirmə rəyində avtomobilin qiymətini bir neçə parametrlə əsaslandırmışdır. Onlardan biri də əksər avtomobil alıcısı və satıcısı tərəfindən istifadə edilən Turbo.az, Qaraj.az və digər avtomabil satışın elanlarını həyata keçirən saytlardır. Turbo.az saytından 2007-ci il istehsalı 250.000 km-ə qədər yürüşü olan "Hyundai Tucson" minik markalı avtomabilin bazar qiyməti 16000-19000 manat arası dəyişilir. Tərəf olaraq düşünür ki, cavabdeh ilə tələbkar arasında qiymətin bu qədər aşağı olması barədə hər hansı bir sövdələşmənin olması ehtimalı böyükdür. Tələbkar mülkiyyətində olan dəyəri ən azı 17500 manat olan avtomobili 15000 manata öz mülkiyyətinə keçirtməklə ona olan borcu 2500 manat da artırmış olur. Üçüncü şəxs X4 iddia tələbinə etirazla məhkəməyə müraciət edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı barəsində icra işi Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun icraatındadır. 8İ-15190 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə İddiaçı ona 20.000 ABŞ Dolları məbləğində pul borcludur. Buna baxmayaraq iddiaçı icra qeydi ilə öz üzərinə düşən öhdəlikləri icra etməkdən qərəzli şəkildə yayınır. İddiaçının mülkiyyətində olan avtomobilə icra qurumu tərəfindən həbs qoyulmuş və hərracda satılması hazırki iş üzrə cavabdehin qeyd olunan avtomobillə əlaqədar apardığı qiymtələndirmə hesabatı tərtib olunmuşdur. İddiaçının tələbi əsassızdır və yalnız icra sənədinin icrasının ləngidilməsinə xidmət edir. Belə ki, iddiaçı öz ərizəsinin birinci səhifəsində yalnız iki-üç cümlədən ibarət ifadələrlə çıxış etmiş, iddianın əsaslandırılmasına riayət etməmişdir. İddiaçının əmlaka dair qiymət tələbinin heç bir əsası yoxdur, istinad etdiyi hər hansı mənbəni qeyd etməmiş və sübutları təqdim etməmişdir. Qiymətləndirmə təşkilatının müəyyən etdiyi qiymət, nəqliyyat vasitəsinin cari bazar dəyərinə onun amortizasiya, xüsusən də cari texniki vəziyyətinə uyğun qiymtələndirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh MMC tərəfindən tərtib olunmuş hesabat əsassız və qanunsuz olmaqla ləğv edilməlidir və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatdan görünür ki, “Hyundai Tucson” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 15.000 manat hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Turbo.az” və “Qaraj.az” avtomobil saytlarında olan məlumatlardan görünür ki, eyni markalı - “Hyundai Tucson” minik markalı avtomobilin dəyəri 16000-19000 manat arası dəyişir. Beləliklə, məhkəmə tərəfindən iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatda “Hyundai Tucson” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri 15.000 manat göstərilmiş, yəni avtomobilin dəyərinə az qiymət verilmişdir. Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs X1rşı “hesabatın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabat ləğv edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli QX 3493 saylı əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabat ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-233/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-233/2024
11.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver