Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2332/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 19 saylı notarial ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 8İ-900001 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə X12 arasında 3M-1065 nömrəli müqavilə bağlanılmışdır. Bundan sonra X11 cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət edərək guya ona borcun ödənilmədiyini iddia edərək, müqavilə üzrə icra qeydinin verilməsini xahiş elmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisi buna dair heç bir hüququ əsas olmadan Azərbaycan Respublikası "Notariat haqqında” Qanununun və "Azərbaycan Respublikasında notarial hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın tələblərini kobud şəkildə pozaraq, onun üçün gizli şəkildə icra qeydi vermişdir. O, bağlanılmış 3M-1065 nömrəli müqavilə iizrə X7 müxtəlif vaxtlarda ümumilikdə 25.500 manat pulu artıq ödəmişdir. Göründüyü kimi, onunla X11 arasında borcun qalan məbləği ilə bağlı mübahisə vardır. X11 tərəfindən ona ünvanlanan heç bir sifarişli poçt vasitəsilə “tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş” ona çatdırılmamış, saxtakarlığa yol verilmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı notarial ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 8İ- 900001 nömrəli icra qeydi haqqında məlumatı ona məxsus olan və yeganə yaşayış yeri hesab edilən evə qiymətləndirmə şirkəti cəlb edildikdən və onlardan böyük mübahisə nəticəsində icra məmurundan xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı notarial ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə 8İ-900001 nömrəli icra qeydi borcun qalan məbləği üzrə tərəflər arasında mübahisə olduğu halda, Azərbaycan Respublikası "Notarial haqqında" Qanununun və "Azərbaycan Respublikasında notarial hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı'-nıntələblərini kobud şəkildə pozulmaqla aparıldığı üçün icra qeydi heç bir hüquqi nəticə yaratmır. İcra qeydində yazılanlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı ilə üçüncü şəxs X11 arasında 2019-cu ildə kredit müqaviləsi bağlanmışdır. X2 guya borcun ona ödənilmədiyini iddia edərək, icra qeydinin aparılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Kredit müqaviləsində 68000 manat göstərilsə də, üçüncü şəxs X1 Fariz Samir oğluna 51000 manat pul vermişdir. İddiaçı kredit müqaviləsi üzrə borcunun çox hissəsini ödəmişdir. İddiaçının icra qeydinin aparılması barədə məlumatı olmamışdır. İddiaçı tərəfindən müqavilə üzrə X8 ümumi olaraq 70830 manat pul ödənilmişdir. İddiaçı tərəfindən X8 məxsus bank hesabına 900 dollar və 150 manat pul köçürülmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, X11 ilə aralarında bağlanmış kredit müqaviləsində 68000 manat pulun borc verilməsi göstərilsə də, əslində ona 51000 manat pul verilmişdir. X11 2018-ci ildə də ona borca pul vermiş, 2 aydan sonra həmin pulu qaytarmışdır. X11 ilə aralarında 2019-cu ildə bağlanmış kredit müqaviləsi üzrə hər ay 900 dollar faiz borcu vermişdir. Faiz borcu olaraq X8 32000 dollar pul ödəmişdir. Bundan əlavə, 2022-ci ilin iyul ayında X8 borclu olduğu məbləğdən 5000 dollar pul vermişdir. Bununla bağlı videogörüntü də vardır. Daha sonra, 2022-ci ilin avqust ayında X8 borclu olduğu məbləğdən 10000 dollar pul ödəmişdir. X11 tərəfindən əvvəl ona 24000 dollar borca pul verilmişdir. Həmin borc tam şəkildə ödənilmişdir. Əvvəlki borcla da da bağlı onunla X11 arasında müqavilə bağlanmışdır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı əvvəlki müqavilə üzrə ödənişləri də, 2019-cu ildə bağlanmış müqavilə üzrə ödənişlər kimi təqdim edir. Cavabdeh Bakı şəhəri 19 saylı notariat ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, X1 Fariz Samir oğluna xx.xx.2020-ci il tarixdədək qaytarmaq şərtilə 68000 manat məbləğində pulu notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarına əlavə edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişdən görünür ki, X11 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə xx.xx.2023-cü il tarixdə bildiriş göndərməlidir. İş materiallarına əlavə edilmiş qaimənin surətindən görünür ki, İddiaçı bildirişi xx.xx.2022-ci il tarixdə poçt qaiməsini imzalamaqla qəbul etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 8İ-2446 nömrəli icra qeydinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən X6 xeyrinə İddiaçı vaxtında ödənilməmiş 68000 manat pulun tutulması, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 68025 manat pul tutulması təklif edilmişdir. Həmin icra qeydi xx.xx.2022-ci il tarixdə aparılmışdır. İcra qeydinin verilməsinə əsas olmuş “Notariat icra qeydi haqqında ərizə”dən görünür ki, icra qeydinin verilməsinə əsas olan öhdəliyi müəyyən edən sənəd 20 sentyabr 2019-cu il tarixli, 8İ- 2446 nömrəli kredit müqaviləsidir. Ərizədə göstərilir ki, kredit müqaviləsi üzrə borclunun 68000 manat əsas borcu, ümumilikdə 68000 manat borcu vardır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2446 nömrəli icra sənədi üzrə icraata başlanılmış, qərar xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası barədə bildirişə əlavə edilməklə İddiaçı göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-469/2022-ci il tarixli 8(004)-469/2022 saylı qərardadına əsasən, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ-2446 nömrəli icra sənədinin icrasınıln təmin edilməsi üçün borcli İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 saylı mənzilin üzərinə həbsin qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri 19 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 8İ- 2446 nömrəli icra sənədi üzrə hərracın keçirilməsi barədə icra məmurunun 101459/38 saylı sifarişi "xxxx" MMC hərrac təşkilatın göndərilmişdir. Yasamal Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1014xx/xx-21873 saylı sifarişi əsasında "xxxx" MMC tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 saylı mənzil qiymətləndirilmiş və 14 fevral 2023-cü il tarixli 0051/23 nömrəli ekspert rəyi və hesabatı təqdim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. Məmmədov X4 şəxsən onun iştirakı ilə pul verməmişdir. Bir-iki dəfə Fariz 20 nömrəli məktəbin yanında düşərək X8 pul verəcəyini bildirmişdir. Bundan başqa, iddiaçı ondan X8 pul vermək üçün təxminən 2400 manat borc almışdır. Bir dəfə Fariz ***-**** dollar pul verəcəyini ona bildirmişdi. O, X9 şəxsən görmüşdür. Tərəflər arasında olan “Whatsapp” yazışmalarından görünür ki, Məmmədov X4 vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, bəzi vaxtlarda isə ödəyə bilməməsi barədə yazılı mesajlar, həmçinin ona xx.xx.2020-ci il tarixdə 1529 manat (900 ABŞ dolları) pulun göndərilməsi barədə qəbzin şəkilini göndərmişdir. Bundan başqa, X11 tərəfindən “Whatsapp” vasitəsilə “faizin verilmə vaxtıdır”, “gəlirəm pulu hazırla”, “900 ABŞ dolları pulu hazırla” “faizi 2 aydır ki, vermirsən” və s. məzmunlu səsli mesajlar göndərilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, X6 hesabına xx.xx.2021-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 900 ABŞ dolları ödənilmişdir. Məhkəmə qeyd edir ki, notarius tərəfindən icra qeydi təsdiq edilərkən “Notariat haqqında” Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 161-ci bəndində göstərilir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin Təlimatın 162-ci bəndində göstərilir ki, icra qeydi aşağıdakı hallarda aparılır: -əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; -tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Həmin Təlimatın 170-ci bəndində göstərilir ki, icra qeydinin aparılması ilə əlaqədar notariusa müraciət edildikdə, notarius icra qeydinin aparıldığı əqd üzrə öhdəliklərin icra intizamını mənfi xarakterizə edən neqativ məlumatı bu Təlimatın 7-ci hissəsinin on altıncı abzasının məqsədləri üçün "Elektron notariat” informasiya sisteminə daxil edir. İddiaçı iddia icra qeydinin ləğv edilməsinin digər əsası kimi, tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməmişdən ona məlumat verilməməsini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı, tələbkar tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməmişdən 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməsi və iddiaçının həmin bildirişi poçt qaiməsinə imza etməklə qəbul etməsi öz təsdiqini tapmışdır. İddiaçı iddia icra qeydinin ləğv edilməsinin digər əsası kimi isə, borcun qalan məbləği barəsində mübahisə olmasını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat ofisi borclunun hüquqlarını pozaraq borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir notarial hərəkət etməyərək yalnız kredit sazişinə əsaslanmaqla həmin Kredit sazişi üzrə yoxlama aparmadan əsassız icra qeydi aparmışdır. Belə ki, icra qeydinə əsasən, kredit müqaviləsi üzrə ödənilməmiş 68000 manat pulun tutulması təklif edilsə də, Məmmədov X3 hesabına müəyyən ödənişin (150 manat+900 ABŞ dolları) edilməsi, həmçinin, tərəflər arasında olan “Whatsapp” yazışmalarında Məmmədov X5 ilə vaxtaşırı olaraq pulun ödənilməsi üçün görüşmək istəməsi, X6 hər ay ödənilməli olan 900 ABŞ dolları məbləğində faiz borcunu tələb etməsi müəyyən edilir. Halbuki, kredit müqaviləsinə əsasən borc faizsiz verilmişdir. Belə olan vəziyyətdə, icra qeydinin ödənilmiş məbləğin nəzərə alınmadan verilməsi, kredit müqaviləsi üzrə 900 ABŞ dolları məbləğində faiz borcunun tələb edilməsi anlaşılan deyildir. Qeyd edilən hallar borcun mübahisəsiz olmadığını göstərir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçı tərəf X8 ümumi olaraq 70830 manat pulun ödənildiyini qeyd etsə də, həmin müqavilə üzrə qeyd edilən məbləğdə pulun ödənilməsi sübut olunmur. Belə ki, iddiaçının iddia tələbini əsasını təsdiq edən sübut kimi təqdim etdiyi “Watsapp” yazışmalarında və “Watsapp” vasitəsilə göndərilmiş səsli mesajlarda, borcun və faizlərin ödənilməsi üçün danışıqlar aparılsa da, iddiaçı tərəfindən bəhs edilən məbləğin ödənilməsi öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri 19 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 07 may 2022-ci il tarixli, 8İ-2446 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri 19 saylı Notariat Ofisi (Kontoru) tərəfindən verilmiş 07 may 2022-ci il tarixli, 8İ- 2446 reyestr nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2332/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2332/2023
13.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver