Məhkəmə qərarları › İş №2(004)-2335/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2335/2020

07.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2335/2020 07.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddianın obyekti olan qeryiyaşayış sahələri məhkəmənin ittiham hökmünə əsasən cinayət-hüquqi tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmiş və həmin hökm qanuni qüvvəsinə minmişdir. İddiaçının həmin hökmdən apellyasiya şikayəti vermək hüququnun tanınmaması hələ cinayət mühakimə icraatı növü üzrə bütün imkanların tükənməsi demək deyildir. Çünki cinayət-prosessal qanunvericilkdə iddia tələbində göstərilən məsələlərə baxılması ilə bağlı poresessual hüquqi mexanizm mövcuddur və iddiaçı da məhz bu imkanlardan istifadə etməlidir. Habelə qəbul edilsə ki, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilər, iddia tələbinin təmin olunacağı halında eyni əmlaklar barədə fərqli məhkəmə aktları ilə fərqli qərarlar ortaya çıxacaqdır. Belə ki, eyni əmlaklar bir tərəfdən məhkəmənin ittiham hökmünə əsasən cinayət-hüquqi tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır, digər məhkəmə aktı olan qətnamə ilə isə həmin əmlaklara iddiaçının arzuladığı hüququ tanınır. Bu ziddiyyətli hal isə yolverilməzdir. Çünki bu vəziyyət həm də dövlətin adından çıxarılan fərqli məhkəmə aktlarının icrasının məcburiliyini əhəmiyyətsiz edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh3 iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qanunvericiliyin tələbinə əsasən iddiaçıya aidiyyəti üzrə müvafiq quruma müraciət etmək izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Cavabdeh1 və Cavabdeh3 Zülfüqar oğluna qarşı “əmlakın qanunsuz həbsdən azad edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qanunvericiliyin tələbinə əsasən iddiaçıya aidiyyəti üzrə müvafiq quruma müraciət etmək izah olunsun. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar