Məhkəmə qərarları › İş №2(004)-2367/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2367/2023

24.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2367/2023 24.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası X1 "xxxx" MMC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası X1 "xxxx" MMC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X10 barədə 06 yanvar 2021-cü il tarixli 05/23 saylı Protokolun, həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə və həmin hərracın yekunlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Expressbank“ASC-nin Gəncə filialı ilə onun arasında bağlanmış 27 noyabr 2017-ci il tarixli, 800850-74598/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24% dərəcəsi ilə 30.000 manat məbləğində kredit ayrılmışdır. “Expressbank“ASC ilə onun arasında 03 may 2018-ci il tarixli, 800850-74598/3 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə “Expressbank“ASC tərəfindən ona illik 24% dərəcəsi ilə 24 ay müddətinə 10.000 manat məbləğində kredit ayrılmışdır. Həmin müqavilələrin təminatı olaraq bağlanılmış xx.xx.2017ci il tarixli ipoteka müqaviləsinə əsasən Gəncə şəhəri, Sülh küçəsində olan 0,0247ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən ona məxsus Gəncə şəhəri, Sülh küçəsində olan 0,0247ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 savlı fərdi yaşayış evi açıq hərraca çıxarılmışdır. Bildirir ki, X1 “Əmlak Hərrac Mərkəzi“ MMC tərəfindən keçirilmiş hərrac yekununda qanunvericiliyin tələblərinin pozulması ilə keçirilmişdir. Cavabdeh hərrac mərkəzi və İcra İdarəsi Qurumu hərraca dair nəticələrin və icra hərəkətlərini qanunvericiliyin aşağıda sadalanan tələblərini pozmuşlar. Həmin normaların tələblərinin pozulması isə hərraca dair nəticələrin etibarsızlığına səbəb olur. Cavabdeh X1 “Əmlak Hərrac Mərkəzi" MMC tərəfindən hərrac keçirilsə də keçirilmiş hərrac baş tutmamış və yekununda ona məxsus ev “Expressbank“ASC tərəfindən 44.625 manata əldə edilmişdir. Hərracın Yekunları barədə 06 yanvar 2021-ci il tarixli 05/23 saylı protokol eyni zamanda daşınmaz əmlakın yeni mülkiyyətçi “Expressbank ASC -nin adına daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi üçün əsas hesab olunmuşdur. Qeyd edilməlidir ki, əmlakın alqı-satqısı barədə “Expressbank" ASC ilə bağlanılmış müqavilə cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmamış və hətta məlumat verilməmişdir. O da qeyd edilməlidir ki, ona məxsus evin satış qiyməti real bazar qiymətinə uyğun olmamışdır. O, məhkəmədə evə mütəxəssiz tərəfindən qoyulmuş qiymətin hazırkı qiymətlərə uyğun olmadığı üçün yenidən qiymətləndirilməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hazırlaşarkən ona məlum olmuşdur ki, artıq ev bankın mülkiyyətinə keçmişdir. Ona məxsus evin bankın balansına götürülməsi barədə hərracın yekunlarına dair bağlanmış müqavilə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən imzalanmadığından qanunun tələblərinin pozulması ilə hərracın keçirilməsi tədqiq olunduğundan hərrac etibarsız hesab edilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, hərrac barədə ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi olaraq məlumat verilməmişdir. Onun bu barədə hazırda məlumatı olmuş, Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən ona X10 barədə Protokolun surəti və hərracın nəticəsi barədə Hərrac Mərkəzinin məktubu verilmişdir. Göründüyü kimi, cavabdeh “Expressbank"ASC özgə əmlakını su qiymətinə ələ keçirmək üçün digər cavabdehlərlə razılığa gəlib birgə hərəkət etməklə şəxsi mənafeləri naminə onun qanunla qorunan mənafeyinə ağır zərər vurmuşlar. Hesab edir ki, əslində heç bir hərrac keçirilməmiş, hərracın keçirilməsi barədə saxta protokol tərtib edilmişdir. Onun əmlakın dəyərindən qat-qat aşağı qiymətə mənimsənilərək, onun konstitusion hüquqları pozulmuşdur. Cavabdeh2 MMC iddiaya etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən AR Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış 177607/22 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 70.000 (yetmiş min) manata olmaqla İddiaçı Hafiz qızma məxsus olan, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin açıq hərracda satılması Əmlak Hərrac Mərkəzi” MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 22 noyabr 2022-ci il tarixinə, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı Hafiz qızına, X7ma, X8 və tələbkar "xxxx" ASC-nə 2142/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 22 noyabr 2022ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edirik ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 59.500 (əlli doqquz min beş yüz) min manata olmaqla, 09 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edirik ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli, 2236/22 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 09 dekabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2022-ci il tarixli, 2506/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki. yuxarıda göstərilən ipoteka predmeti ‘İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC-ti xx.xx.2022-ci il tarixli, 001/026/7874/2022 nömrəli məktubla ipoteka predmetini təklif edilən 44.625 (qırx dörd min altı yüz iyirmi beş) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X1” nəzdində Cavabdeh2 MMC-ti tərəfindən xx.xx.2023-cLi il tarixli, 05/23 saylı “X10 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 65/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 2rracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, hazırkı iş üzrə İddiaçı ***-***-**-** və X6 ***- ***-**-** telefon nömrələri ilə əlaqə saxlanılmış, eləcə də hərracın yeri, vaxtı və s. barədə zəruri məlumatlar verilmişdir. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək izahatında göstırmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə ilə mübahisəli ipoteka predmetinin qiymətləndirilməsi məhkəmə tərəfindən keçirilmişdir. Qətnamə icraya yönəldilmiş, hərrac təşkilatı tərəfindən borcluya və tələbkara hərracın vaxtı və yeri barədə məktublar göndərilmiş, hərracda alıcı olmadığı üçün təkrar hərracdan sonra banka təklif edilmişdir. Bank tərəfindən həmin təklif qəbul olunmuş, hərracda bağlanmış müqavilə protokol əsasında həmin əmlak bank tərəfindən alınmış, hal-hazırda da həmin əmlak bankın rəsmi mülkiyyətindədir, çıxarışı alınmışdır. İddia ərizəsində göstərilən əsaslara gəldikdə isə qanunvericiliklə müqavilənin mütləq icra şöbəsi tərəfindən imzalanması kimi bir şərt göstərilməmişdir. Hərrac təşkilatı və qalib tərəf arasında müqavilə bağlanılmış, protokol tərtib olunmuşdur, hər iki tərəf onu imzalamışdır. Beləliklə, hərrac başa çatmış və əmlak bankın mülkiyyətinə keçmişdir. Digər bir məsələ isə əmlakın qiyməti- ipoteka kreditləri ilə bağlı olan məsələlərdə məhkəmə tərəfindən müəyyənləşdirilir. Əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən olunub, satışa çıxarılıb. Etibarsızlıq üçün heç bir əsas yoxdur. İddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı və Cavabdeh2 MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər, İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin müddəalarını nəzərə alaraq işə iddiaçının və Cavabdeh2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2(044)-130/2020 saylı qətnaməsi cavabdehlərdən xx.xx.2018-ci il tarixli, 800850- 74598/3 saylı kredit müqaviləsi tutulan 7018.64 manat əsas, 761.61 manat faiz borcu məbləği hissəsində dəyişdirilmiş, cavabdehlər İddiaçı və X5 xx.xx.2017-ci il tarixli, 800850- 74598/2 saylı kredit müqaviləsi üzrə 19277.34 manat əsas, 2017.22 faiz, xx.xx.2018-ci il tarixli, 800850-74598/3 saylı kredit müqaviləsi üzrə 8332,71 manat əsas, 865,02 manat faiz borcu olmaqla, cəmi 30492,29 (otuz min dörd yüz doxsan iki manat, 29 qəpik) manat tutularaq, iddiaçı “Expressbank" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, apellyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsi Cavabdeh2 MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” A.C.177607/22 saylı sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 70.000 manata olmaqla, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İş materiallarında olan borclu İddiaçı, X4, X8 və tələbkar “Expressbank" ASC-nə ünvanlanmış 2142/22 saylı 31 oktyabr 2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-226/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin açıq hərracda satılması 22 noyabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilmişdir. xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdirilmiş açıq hərracın keçirilməsinə dair elanda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsi xx.xx.2022-ci il tarixli sifarişi üzrə Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evi açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 22 noyabr 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 70.000 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh2 MMC-dir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 22 noyabr 2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsi, İddiaçı, X4, X8 və tələbkar “Expressbank" ASC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli Təkrar hərracın keçirilməsinə dair bildirişdə qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evi açıq hərracda satılmalıdır. Bununla əlaqədar olaraq 09 dekabr 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcək açıq hərracda iştirak etməyə dəvət olunursunuz. Təkrar hərrac üzrə satış qiyməti 59.500 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli www.birjanews.az saytında yerləşdirilmiş açıq hərracın keçirilməsinə dair elanda qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)- 226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsi xx.xx.2022-ci il tarixli sifarişi üzrə Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evi açıq hərracda satılmalıdır. İlkin hərrac açıq auksion qaydasında keçirilməklə 22 noyabr 2022-ci il tarixinə, saat 11:00-a təyin edilmişdir. Hərrac Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 123 ünvanında keçiriləcəkdir. Əmlakın ilkin satış qiyməti 59500 manat müəyyən edilmişdir. Hərracın təşkilatçısı Cavabdeh2 MMC-dir. İş materiallarında olan 09 dekabr 2022-ci il tarixli hərracın baş tutmamasına dair protokola əsasən müəyyən edilir ki, 09 dekabr 2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət daxil olmamışdır. Odur ki, 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. İş materiallarında olan “Expressbank" ASC-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2506/22 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan “Expressbank" ASC tərəfindən Cavabdeh2 MMC-nə ünvanlanmış 21 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, ipoteka saxlayan ipoteka predmetini təklif edilən 44.625 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. İş materiallarında olan 06 yanvar 2023-cü il tarixli, 05/23 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)- 226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin təkrar hərracda 44.625 manat olmaqla “Expressbank" ASC-nə satılmışdır. Hərracın yekunları barədə bu protokol Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinin yeni mülkiyyətçi “Expressbank" ASC-nin adına dövlət qeydiyyatına alınması üçün əsasdır. İş materiallarında olan xx.xx.2022-ci il, 31 oktyabr 2022-ci il tarixli reyestrlərin surətlərindən görünür ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı, X4, X8 və tələbkar “Expressbank" ASC-nə bildirişlər göndərilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsi, ev 14 xüsusi mülkiyyət hüququ əsasında “Expressbank" ASC-nə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2-ci maddəsinə əsasən, hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3-cü maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4-cü maddəsinə əsasən, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Bu Məcəllənin 416.1-ci və 416.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 46.1-cı maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişindən ibarətdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı və iş materiallarından olan sənədlərdən müəyyən edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-(104)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022ci il tarixli, A.C.177607/22 saylı sifarişi üzrə Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evi Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. İpoteka predmetinin ilkin satış dəyəri 70.000 manat müəyyənləşdirilmişdir. Sözügedən hərrac sifarişi "Əmlak Hərrac Mərkəzi” MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan mənzilə dair ilkin hərracın keçirilməsi 22 noyabr 2022-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2022-ci il tarixində Birjanyus X2 (portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərracın təşkilatçısının, rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Bundan sonra sifariş olunan əmlaka dair açıq hərracın keçirilməsinə dair bildiriş hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə borcluya və tələbkara poçt vasitəsi ilə göndərilmişdir. Göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən aşağı qiymətə, yəni 59.000 min manata olmaqla, 09 dekabr 2022-ci il tarixinə, saat 11:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X2 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də ("E-herrac.com”) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair açıq hərracın keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borclulara poçt vasitəsi ilə göndərilmişdir. 09 dekabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil satış qiymətindən 25 % aşağı qiymətə ipoteka saxlayana təklif olunmuş, ipoteka saxlayan “Expressbank" ASC təklifə razı olmuş, sözügedən mənzil 44.625 manata “Expressbank" ASC-ə satılmış, bu barədə xx.xx.2023-cü il tarixli, 05/23 saylı “X10 barədə protokol” tərtib olunmuşdur. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli, 05/23 saylı hərracın yekunları barədə protokol qalib alıcı, eləcə də hərracın təşkilatçısının protokol bölməsinin rəhbərinin və direktorunun imzası, həmçinin hərracın təşkilatçısının möhürü ilə təsdiq edildikdən sonra elektron qaydada hərracın sifarişçisinə göndərilmişdir. Belə ki, protokol növbəti tədbirlərin təmin edilməsi məqsədi ilə hərracın qalibi vasitəsi ilə sifarişçi icra qurumuna göndərilmişdir. Yuxarıda qeyd edilən xüsusatlardan, eləcə də iş materiallarında olan sənədlərdən görünür ki, sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş və təkrar hərracın keçirilməsi ilə bağlı elanlar “Birjanyus” X2 (www.birjanews.az) dərc olunmuş və həmin elanlar həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (E-herrac.com) yerləşdirilmişdir. Daha sonra sifariş olunan mənzilə dair təkrar açıq hərracın keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq “Expressbank" ASC-ə satılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hərraca çıxarılmış mənzil “İcra haqqında” və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinə dair keçirdiyi hərracın və hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 05/23 saylı tarixli protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Sülh küçəsində olan 0.0247 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 14 saylı fərdi yaşayış evinə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun və həmin mənzilə dair çıxarışın etibarsız hesab edilməsi məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdehlər "xxxx" ASC və Azərbaycan Respublikası X1 "xxxx" MMC-yə qarşı “hərracın və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar