Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2392/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “mənzilin və qarajın girişində avtomobilin dayandırılmasına və durmasına qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “mənzilin və qarajın girişində avtomobilin dayandırılmasına və durmasına qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə Yasamal rayonu 2-ci X7 küçəsi 97 D ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin va qarajın qapısının qarşısında və yanında parklamağın qadağan edilməsi, məhkəməyə müraciət edilməsi üçün ödənilən dövlət rüsumu 100 manat, hüquqi xidmətlərə görə 50 manat, cəmi 150 manatın cavabdehlərdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yerləşən ev 97 fərdi yaşayış evinin mülkiyyətçisidir. Evdə onunla bərabər bacısı X4 və qardaşı X6 yaşayırlar. Yaşadığı evin qarşısından eni 4 metr olan asfalt yolu keçir. Evlərinin əks üzündə cavabdehlər yaşayırlar. Cavabdeh2 və digərləri FORD markalı **-TL-*** dövlət nişanlı yük avtomobilini evlərinin qarşısında parklamaqla evlərinin həyətinə və qarajlarına həm piyada, həm də qardaşının mülkiyyətində olan ople markalı avtomobillə daxil ola bilmirlər. Bundan başqa cavabdeh Tural həmin avtomobili səhər saatlarında işə salaraq meyvə və tərəvəzin daşınması üçün yollanır. Lakin avtomobilin mühərrikinin işləməsindən güclü səs-küy yaranır. Onlar cavabdeh Turaldan və digər cavabdehlərdən ford markalı avtomobili fərdi yaşayış evinin və qarajın giriş-çıxışından aralı parklanmasını xahiş etmişlər. 28 mart 2023-cü il tarixdə iddiaçı onların yaşadığı evin qarşısından gedərək qapılarını döyərək onlardan avtomobillərini evinin qarşısından aparılmasını və orada parklanmamasını bir daha xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X3 ona qarşı qrup şəklində zor tətbiq edərək bədəninin müxtəlif nahiyələrinə zərər yetirmişlər. Hadisəylə bağlı hamısını Yasamal rayon Polis İdarəsinin 29-cu şöbəsinin əməkdaşı Allahyarov Anar polis bölməsinə aparılmışdır. İşi hazırda 29 cu polis şöbəsinin təhqiqatçısının icraatındadır. Cavabdehlərə 3 ildən artıq avıomobiİini evinin və qarajın girişinin qarşısında parklamamasını xahiş etsə də buna məhəl qoyulmurdu. Bu səbəbdən məsələni başqa cür həll edə bilməyəcəyinə görə məhkəməyə müraciət etməli olmuşdur. O fərdi yaşayış evinin mülkiyyətçisidir və evinə sərbəst girib-çıxmağı hüququdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki, ev sənədsiz evdir. Qazla bağlı sənədləri var. Həmin evdə o yaşayır. İddiaçı ilə üzbəüz evdə olurlar. Aralarında olan yol məsafəsi 4 metirdir. O maşını öz tərəfində saxlayır. İddiaçının özünün isə heç maşını da, yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan - DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-dən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Heydər Hüseynov küçəsində 0,00923 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 50,3 kv m yaşayış, 20,5 kv m köməkçi sahədən ibarət 97d olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8850 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Qobustan rayon İHB-nin Cəyirli kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 və Məmmədov X1 rayonu Çalov kənd qeydiyyatında olmasına baxmayaraq Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatavada yaşayır. Cavabdeh4 oğlu X2 ilə birlikdə Qobustan rayonu Çalov kəndində yaşayır. - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayəti işinin başlanılmasının rədd edilməsi, Cavabdeh4 barəsində AR İXM-nin 157ci madddəsi üzrə inzibati tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Yol hərəkəti haqqında AR Qanununun 52-ci maaddəsinin 6-cı bəndinə əsasən Vİ. Nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə, yaşayış məntəqələrindən kənarda — yolların hərəkət hissəsində, 5.1 nişanı ilə işarələnmiş yerlərdə, dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda, girişin, habelə darvaza qarşısında, 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Həmin maddənin 7-ci bəndinə əsasən Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Beləliklə, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava qəsəbəsində yerləşən 97 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdeh2 və Cavabdeh1 onunla üzbəüz sənədsiz evdə yaşayır. İş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Cavabdeh2 istifadəsində olan FORD markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iddiaçının evinin qarşısında saxlaması nəticəsində onun evinə girişçıxışına maneçilik törədir. Bu səbədən də məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı FORD markalı **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mənzilin və qarajın girişində dayandırılmasının qadağan edilməsi tələbini irəli sürmüşdür ki, işin halları ilə həmin nəqliyyat vasitəsinin Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 deyil, yalnız Cavabdeh2 istifadəsində olduğu müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və qarajın qapısının qarşısında Cavabdeh2 avtomobil parklamaq qadağan edilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh2 alınaraq iddiaçıya ödənilməli, 50manatı isə iddiaçıya aid edilməlidir. Hüquqi xidmətlərə görə 50 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətlərə görə 50 manat ödənildiyi qeyd edilən qəbz təqdim edilsə də, qəbzə mühür vurulmamaqla həmin məbləğin hara ödənilməsi, hansı hüquqi xidmətlərə görə ödənilməsini qəbzlə müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmətlərin göstərilməsini təsdiq edən xidməti müqavilə də təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və qarajın qapısının qarşısında Cavabdeh2 avtomobil parklamaq qadağan edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı Cavabdeh2 tutularaq İddiaçı ödənilsin, 50 manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2392/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2392/2023
14.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver