Məhkəmə qərarları › İş №2(004)-240/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-240/2021

30.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-240/2021 30.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 Kamaləddin oğlu, İddiaçı4, İddiaçı5 Kəmaləddin qızının Cavabdeh qarşı "payın naturada ayrılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2, İddiaçı1 Kamaləddin oğlu, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Kəmaləddin qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsində yerləşən 166 saylı evin payçılar İddiaçı2, İddiaçı1 Baxşiyeva Ülkər Kəmaləddin qızı, İddiaçı3, İddiaçı4 və Cavabdeh paylarının naturada bölünməsi və bu barədə DƏDRX-də müvafiq dəyişikliyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi və vəkili 14.04.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək iddiaçılar İddiaçı2, İddiaçı1 Kamaləddin oğlu, İddiaçı4, İddiaçı5 Kəmaləddin qızının paylarına mütənasib olaraq Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsində yerləşən 166 saylı evin B tikilisinə iddiaçıların paylarının naturada bölünməsi və bu barədə DƏDRX-də müvafiq dəyişikliyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə 30.08.2021-ci il tarixə məhkəmə iclasının təyin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, gəlməməsinin səbəbi və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185-ci, 259-cu və 260-cı və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 Kamaləddin oğlu, İddiaçı4, İddiaçı5 Kəmaləddin qızının Cavabdeh qarşı "payın naturada ayrılması" tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Axundova Əsli ilə dü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar