Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2402/2022 26.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Xəlilova Təhminə Cəmil qızının sədrliyi X7 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh ASC-yə qarşı müstəqil tələblər irəli sürməyən üçün şəxs "xxxx" MMC cəlb edilməklə “ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək təbiətə vurulmuş ziyanın əvəzi kimi cavabdehdən 36.024,96 manat vəsaitin cavabdehdən tutularaq X5 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sahil qəsəbəsi ərazisində yerləşən "xxxx" MMC-də formalaşan tullantı sularının X3rğusuna gedən boru xəttinin sıradan çıxması nəticəsində relyefə və qəsəbə yaxınlığından dənizə axıdılması faktı müəyyən edilmişdir. X4 İdarəsi tərəfindən aparılmış analizlərin nəticələrinə görə qeyd edilən "Bos Şelf” MMCdən axıdılan tullantı sularının tərkibindəki çirkləndirici maddələrin miqdarının müəyyən olunmuş normativlərdən artıq olduğu aşkar olunmuşdur. Halbuki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 2016-cı il 16 may tarixli 110040 nömrəli müqavilənin şərtlərinə görə, bu müəssisədə formalaşan tullantı sularının qəbulu, təmizlənməsi və axıdılmasına Cavabdeh ASC məsuldur və qeyd edilən təşkilat tərəfindən ona təhvil verilən tullantı sularına müvafiq ödənişlər edilmişdir. İddiaçı tələbi “X5 haqqında” Azərbaycan Respublikası Qanunun 24, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 mart 1992-ci il tarixli, 122 saylı Qərarı ilə təsdiq edilmiş “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 216 saylı Qərarına istinad olunmaqla əsaslandırılmışdır. Yasamal rayon Məhkəməsinin 2021-ci il 24 sentyabr tarixli, 2(004)-4238/2021 saylı qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 10 fevral tarixli, 2-2(113)-413/2022 saylı qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi İş materiallarını araşdıraraq hesab etmişdir ki, “məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə, yəni Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sadalanmış normaların məzmunundan müəyyən olunur ki, kommersiya məhkəmələrinin baxmalı olduğu mübahisələr sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrdir. Bu mübahisələr həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, hazırki iddia tələbinin mülki hüquqdan və ya inzibati hüquqdan irəli gəlməsi, həmçinin mübahisənin cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlib-gəlmədiyi müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional ekologiya və təbii sərvətlər idarələri inzibati orqan kimi müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (Qanunun 82.1, 82.2-ci maddələri). O da qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanun qəbul edildikdən sonrakı ötən dövrdə inzibati akt qəbul etmək səlahiyyətinə malik olan bütün orqan və qurumların pul tələblərinə münasibətdə artıq işlək mexanizmə çevrilmiş və özünü doğrultmuş eyni hüquqi təcrübə formalaşmışdır. Bu təcrübə bir tərəfdən, məhkəmələrdə əlavə iş yükünün qarşısının alınmasına, digər tərəfdən isə, orqan və qurumların pul tələblərinin çevik qaydada ödənilməsinə imkan verir. Lakin, hazırki halda iş materiallarından iddiaçının cavabdehə münasibətdə belə bir inzibati aktı qəbul edib-etmədiyi görünmür. MPM-in 403-1.9.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi, məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələsinə baxarkən məhkəmələr arasında fikir ayrılığının yaranmasına əsas olmuş hallarla bağlı əlavə araşdırmanın aparılmasını zəruri hesab etdikdə, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün işi iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərə bilər. Beləliklə məhkəmə tərkibi hesab edir ki, ilk olaraq tələbin inzibati icraat qaydasında həllinin mümkün olub-olmadığı aydınlaşdırılmalı və bunun nəticəsindən asılı olaraq iddianın verildiyi Bakı şəhər Yasamal Rayon Məhkəməsi yuxarıda qeyd olunanları nəzərə almaqla MPM-in 261.0.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi və 262.3-cü maddəsinə uyğun olaraq iddiaçıya müvafiq izahat verilməsi məsələlərini həll etməlidir.” Mülki iş 30.03.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında proses iştirakçıları mülki iş üzrə icraata xitam verilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışlar. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd olunanlara əsasən hesab edir ki, mülki işə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. 57.4.1-ci maddəsinə Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda) elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin: 2.0.3-cü bəndinə əsasən Nazirliyin fəaliyyət istiqamətlərindən biri də müvafiq sahədə dövlət nəzarətini həyata keçirməkdir. 3.0.109-cü bəndinə əsasən X5 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək Nazirliyin vəzifələrindən biridir. 3.0.113-cü bəndinə əsasən fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müəyyən edilmiş qaydada tədbirlər görmək Nazirliyin vəzifələrindən biridir. 5.1-ci bəndinə əsasən Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti haqqında Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidməti (bundan sonra – Xidmət) Azərbaycan Respublikasının ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin və təbii ehtiyatların (yerin təki istisna olmaqla), o cümlədən ekoloji baxımdan torpağın münbitliyinin qorunması, bioloji müxtəlifliyin, flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (o cümlədən balıq və digər su bioloji resursları), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi, atmosfer havasının çirklənməsinin qarşısının alınması və su ehtiyatlarından səmərəli istifadə, tullantıların idarə olunması sahələrində Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. 2.0.2-ci bəndinə əsasən məişət və istehsalat tullantılarının, atmosfer havasına və su hövzələrinə atılan tullantıların idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin mühafizəsi sahəsində, habelə ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsində, bütövlükdə ətraf mühitə zərərli fiziki təsir göstərən fəaliyyət sahələrində qayda və normalara əməl olunmasına fasiləsiz nəzarəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərindən biridir. 3.0.8-ci bəndinə əsasən su obyektlərindən səmərəli və məqsədyönlü istifadəyə, yerüstü və yeraltı suların çirklənməkdən qorunmasına fasiləsiz nəzarəti həyata keçirmək; 3.0.10-cu bəndinə əsasən “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tullantılara bağlı fəaliyyətə dövlət nəzarətini həyata keçirmək; 3.0.13-cü bəndinə əsasən tullantıların həcmi (kütləsi), növü və digər xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilən tullantıların yığılması (toplanması), yerləşdirilməsinə, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqqın çirkləndiricilər tərəfindən ödənilməsini tələb etmək; 3.0.32-ci bəndinə əsasən fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və müvafiq tədbirlər görmək Xidmətin vəzifələrinə aiddir. Beləliklə istinad olunmuş qanunvericilik aktlarına əsasən tələbin inzibati icraat qaydasında həllinin mümkün olduğu müəyyən olunur. Belə ki, X5 sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş zərərin həcmini müəyyən etmək və bunun əsasında təqsirkar şəxslərə bu zərərin könüllü ödənilməsinə, habelə pozuntuların aradan qaldırılmasına dair tələb irəli sürmək və ya məhkəməyə iddia təqdim etmək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəsidir və həmin vəzifəsini nazirlik bilavasitə özü və ya onun qurumları vasitəsi ilə həyata keçirir. Eyni zamanda Nazirlik və Nazirliyin qurumu X2 Xidməti öz təşəbbüsu ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qaydada təbiətə dəymiş zərərin ödənilməsi barədə inzibati aktı qəbul etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən, pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur (Qanunun 82.1, 82.2-ci maddələri). Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icrata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci bəndinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah edilməlidir ki, o, hazırkı tələblə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh ASC-yə qarşı “ziyanın ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, o, hazırkı tələblə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə müraciət etmək hüququna malikdir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2402/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2402/2022
26.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver