Məhkəmə qərarları › İş №2(004)-2424/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2424/2024

06.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2424/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4.000 (dörd min) manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçınun oğlu X4 2020-ci ildə 44 X10 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. İddiaçı şəhid olması ilə əlaqədar ona birdəfəlik 11.000 manat sığorta ödənişi verilmişdir. İddiaçı oğlunun təhsil aldığı Qusar rayonu Cibir kənd orta məktəbinə şəhid X2 adının verilməsini istəmişlər. İddiaçının əri X1 rayonu Yasab kənd sakini X6 vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh bir neçə dəfə onların evinə gəlmiş, söhbət edərək Qusar rayonu Cibir kənd orta məktəbinə şəhid X2 adının verilməsi məsələsini həll edəcəyini bildirmişdir. Cavabdeh həmin məsələni həll edəcəyini vəd edərək iddiaçıdan bir neçə dəfəyə cəmi 11.000 manat pul almış, lakin vədinə əməl etməyərək dələduzluq yolu ilə pulunu mənimsəmişdir. Cavabdeh iddiaçıdan başqa digər şəxslərin də pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Cavabdeh o cümlədən iddiaçının kürəkəni X3 da ekologiyada işə düzəltmək adı ilə 2000 manat pul almışdır. Həmin 2000 manat pulu da kürəkəni X7 o vermiş və o, onun yanında, onun evində həmin pulu Cavabdeh vermişdir. Lakin Cavabdeh kürəkəni X8 da aldadaraq həmin 2000 manat pulu da dələduzluq yolu ilə mənimsəmişdir. Cavabdeh dələduzluq hərəkətlərinə görə cinayət işi açılmış və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-6/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh hazırda Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında həbsdədir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçı məhkəməyə gəlməmişdir. Cavabdeh həbsdə saxlandığı Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına iddia ərizəsinin və əlavə edilmiş sənədlər göndərilməklə, etiraz və mülahizələrinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Lakin Cavabdeh iddia ərizəsinə dair etiraz və mülahizəsi məhkəməyə daxil olmamışdır. İddiaçı xx.xx.2024-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(124)-6/2024 nömrəli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh zərərçəkmiş İddiaçı şəhid oğlu X2 adının kənd məktəbinə verilməsinə köməklik edəcəyini yalandan vəd verərək, 11.000 manat pul alaraq dələduzluq etmişdir. Cinayət işinə baxılması zamanı təqsirləndirilən şəxs Cavabdeh aldığı 11.000 manat puldan 7.000 manatı zərərçəkmiş İddiaçı qaytarmış, 4.000 manatı qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh iddiaçıının şəhid övladının adını kənd məktəbinə verməyə kömək edəcəyini yalandan vəd verməklə, iddiaının 11.000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməklə ona maddi zərər vurmuşdur, cinayət işinə baxalması zamanı 7.000 manatını qaytarmış, 4.000 manatını isə hazırkı vaxta kimi qaytarmamışdır. Bu hal Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(124)-6/2024 nömrəli hökmü ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən iddiaçı ona vurulmuş maddi zərərin ödənilməmiş qalan 4.000 manat htissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X14rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş 11.000 manat maddi zərərin əvəzindən ödənilməmiş qalan 4.000 manatı tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar