Məhkəmə qərarları › İş №2(004)-2431/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2431/2020

25.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2431/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı X1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi tələbinə dair” Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi tələbinə dair” Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, 107 a ünvanında yerləşən sahəsinin 0.04 ha daşınmaz əmlaka dair Cavabdeh adına verilmiş xx xxxx 2020-ci il tarixli, **********48 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, cavabdeh Əliyev X3 rayonu, M.Əsədov küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin BPQMİ-nin MAPS Şöbəsinin arayışından aydın olur ki, cavabdeh Əliyev X3 rayonu, M.Əsədov küçəsi, ev 15 ünvanında qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi Cavabdeh qarşı “çıxarışın ləğv edilməsi tələbinə dair” 2(004)-2431/2020 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı X1 nümayəndəsi və eyni zamanda vəkili Vəkil etiraz edərək bildirdi ki, cavabdeh Əliyev X3 rayonu, M.Əsədov küçəsi, ev 15 ünvanında qeydiyyatda olsa da, sözügedən əmlak Yasamal rayonu ərazisində yerləşdiyindən hesab edirəm ki, mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Bu səbədən mülki işin aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməməsini xahiş edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə cavabdehin qeydiyyatda olduğu yer üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı çıxarışın ləğv edilməsi tələbinə dair 2(004)-2431/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar