Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2442/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Ərizəçilər X1, X2 və Ərizəçi1 tərəfindən “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında verilmiş birgə ərizəyə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçilər X1, X2 və Ərizəçi1 “barışıq sazişinin təsdiq edilməsi”nə dair birgə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəçilər tərəfindən irəli sürülmüş tələbə xüsusi icraat üzrə mülki məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, yekun məhkəmə qərarının icrası mərhələsində tərəflərin öz aralarında bağlamış olduğu barışıq sazişinin təsdiqinin xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır və bu səbəbdən həmin ərizəyə mülki məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin məcəllənin 153.3-cü madəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə eyni zamanda, izah edir ki, ərizəçiyə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.2-ci maddəsinə əsasən, 8 indeksi altına ərizə ilə məhkəməyə müraciət edə bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən Cinayət Prosessual Məcəlləsinin müddəalarına müvafiq olaraq məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənləri və AR MPM-in 153-cü maddəni rəhdər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçilər X1, X2 və Ərizəçi1 tərəfindən “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında verilmiş birgə ərizənin mülki məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2442/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2442/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver