Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2454/2025 17.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan X1rşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra İddiaçı mülki iş üzrə əsl olmayan tərəfin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsl olan Cavabdeh ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək mülki işin baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək, mülki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əsl cavabdeh İnstitutun Plastik və X3 Kraniofacial plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin müdiri, həkim plastik cərrah Cavabdeh ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin iddia ilə bağlı fikirlərini ilkin dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş üzrə cavabdeh qismində Cavabdeh əvəz edilməli və mülki iş materialları aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə əsl Cavabdeh müəyyən edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əvəzinə Cavabdeh kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə bir şəraitdə, artıq işdə iştirak etməyən şəxsin yaşadığı ünvan üzrə məhkəmədə işə baxılmasını məhkəmə yolverilməz hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı halda aidiyyat məsələsini həll edərkən MPM-nin 44.1ci maddəsinə istinad edilməməli və həmin məsələ bu Məcəllənin 35.1 və 44.2.2-ci maddəsinə istinad edilməklə həll edilməlidir. Belə ki, MPM-nin 44.1-ci maddəsinə istinad edilməsi o halda düzgün olardı ki, iş aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edildikdən sonra cavabdeh fiziki və ya hüquqi şəxsin yaşayış yeri və ya hüquqi ünvanı dəyişmiş olsun. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, yaranmış vəziyyətdə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 45.3-cü maddəsinə əsasən, işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə məhkəmə hesab edir ki, mülki iş üzrə Cavabdeh ilə əvəz olduğundan və həmin cavabdehin qeydiyyat ünvanı Bakı şəhəri Suraxanı rayonu olduğundan İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri X4 Vüsal İltimas oğlu ilə əvəz edilsin. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(004)- 2454/2025 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2454/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2454/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver