Məhkəmə qərarları › İş №2(004)-2504/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2504/2021

11.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2504/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 QSC və "xxxx" MMC-yə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 QSC-yə qarşı “hərracın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20.04.2017-ci i l tarixli icra vərəqəsi və Bakı şəhər Səbail rayon İcra şöbəsinin rəis müavininin 25.08.2017-ci il tarixli 218190/2017-16-2-15670 №-li məktubu əsasında İddiaçı2 məxsus olmuş ünvan 1 ünvanı üzrə Cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 QSC 08.10.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək mülki iş üzrə iddia müddətinin tətbiq olunması və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20.04.2017-ci il tarixli icra vərəqəsinə görə İddiaçı2 məxsus olan ünvan 3 açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 QSC-nin tələbi ödənilməli idi. 20.06.2017-ci il tarixdə verilmiş bu icra vərəqəsi üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin rəis müavini "xxxx" MMC-yə 25.08.2017-ci il tarixdə 218190/2017-16-2-15670 nömrəli məktub ünvanlayaraq, ünvan 2n hərrac yolu ilə satışını xahiş etmişdir.Bu məktub əsasında ünvan 3 ünvanına dair keçirilmiş iki hərrac baş tutmadığından, mənzil 29.11.2017-ci il tarixdə Y-631 saylı protokolla 82.875 manata ıpotekasaxlayan Cavabdeh2 QSC-yə satılmışdır. Hesab edir ki, hərrac qanunsuz keçirilmişdir və onun nəticələri etibarsız sayılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 QSC-nin nümayəndəsi X2 izahat verərək bildirir ki, hazırki iddia tələbinin qaldırılmasında məqsəd icra sənədi üzrə icraatın uzadılmasından ibarətdir. Belə ki, iddia tamamilə əsassız olmaqla yanaşı, eyni zamanda qanunvericinin müəyyən etdiyini iddia müddəti də ötürülmüşdür. İddianın təmin edilməməsini xahiş edir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 QSC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)- 827/2017 saylı, 20.04.2017-ci il tarixli icra vərəqəsinə əsasən 25.11.2014-cü il tarixli, 002R********** saylı və kredit razılaşması üzrə tutma İddiaçı2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 3, 27 saylı mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh2 QSC-yə olan borc ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 29.11.2017-ci il tarixli, Y-631 nömrəli protokolunun surətinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 3, 27 nömrəli mənzil açıq hərracda 82875 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş materiallarında olan satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh2 ASC arasında bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 29.11.2017-ci il tarixli müqavilənin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, ev 3, 27 nömrəli mənzil açıq hərracda 82875 manata Cavabdeh2 ASC-yə satılmışdır. İşin halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın etibarsız hesab olunmasını xahiş edir. Cavabdeh isə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddiaçı hərracın nəticələri olan protokolun etibarsızlığını 4 il müddət keçdikdən sonra mübahisələndirməklə müddəti ötürmüşdür. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 QSC və "xxxx" MMC-yə qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20.04.2017-ci i l tarixli icra vərəqəsi və Bakı şəhər Səbail rayon İcra şöbəsinin rəis müavininin 25.08.2017-ci il tarixli 218190/2017-16-2-15670 №-li məktubu əsasında İddiaçı2 məxsus olmuş ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracların etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 QSC və "xxxx" MMC-yə qarşı Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 20.04.2017-ci i l tarixli icra vərəqəsi və Bakı şəhər Səbail rayon İcra şöbəsinin rəis müavininin 25.08.2017-ci il tarixli 218190/2017-16-2-15670 №-li məktubu əsasında İddiaçı2 məxsus olmuş ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" MMC-nin təşkil etdiyi hərracların etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar