Məhkəmə qərarları › İş №2(004)-251/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-251/2024

26.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-251/2024 26.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinə və X3 qarşı “qeyri-yaşayış sahəsində edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinə və X3 qarşı “qeyri-yaşayış sahəsində edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 520-ci məhəllədə yerləşən 19 nömrəli binanın 1-ci mərtəbəsində olan sahəsi 58,2 kv.metr olan qeyri-yaşayış sahəsində edilmiş dəyişikliyin öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5133/2024 saylı qərardadı ilə iddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinə və X3 qarşı “qeyri-yaşayış sahəsində edilmiş dəyişikliyin bərpa edilib əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertizanın rəyi məhkəməyə daxil olanadək, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9462 nömrəli ekspert rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-251/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, əvvəllər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan yaşayış binaları, yataqxanalar, qeyri-yaşayış sahələri o cümlədən Yasamal rayonu H.Cavid prospekti 520-ci məhəllə yerləşən 19 saylı bina Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 25s nömrəli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 65 nömrəli sərəncamına və Bakı Şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamentin xx.xx.2015-ci il tarixli 13 nömrəli sərəncamına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 158 saylı MKİS-nin xidmət dairəsinə qəbul edilmişdir. İddiaçının balansında olan Yasamal rayonu H.Cavid prospekti 520-ci məhəllədə yerləşən 19 saylı bina sakinləri tərəfindən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, 158 sayli Məzil-Kommunal İstismar Sahəsinə və digər dövlət organlarına ünvanlanmış şikayət xarakterli ərizə əsasında həmin ünvana əməkdaşlar tərəfindən baxış keçirilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış müvafiq memarlıq-planlaşdırma həlli layihəsi və digər icazəverici sənədi olmadan, özbaşına olaraq qeyri-qanuni şəkildə, Yasamal rayonu H.Cavid prospekti 520-ci məhəllədə yerləşən 19 saylı evin 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində divarları dağıdılmış, ümumilikdə ciddi konustruktiv dəyişiklər edilmişdir. Bu isə binanın dayanıqlığına ziyan vuraraq mənzillərdə çatların yaranmasına və real təhlükəyə səbəb olmuşdur. Müvafiq icazəverici sənədi mövcud olmadığı üçün cavabdehə qanunsuz hərəkətlərə son qoyulması və ona məxsus qeyri-yaşayış sahəsini əvvəlki vəziyyətə qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (3734 inventar nömrəli) kimi dövlət qeydiyyatına alınmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və yazılı etirazını müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalrı ******* saylı çıxarışına əsasən Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti 19 (Yeni qaydalarda: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən 58,2 kv.metr qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. Azarbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda tikintinin planı göstərilmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsi əvvəllər Cavabdeh məxsus olan mənzil və ona birləşik digər qeyri-yaşayış sahəsindən ibarət olmuş, həmin mənzillə digər qeyri-yaşayış sahəsi arasında yerləşən divardan tikinti norma ve qaydalarına uyğun olaraq 1 ədəd qapının açılması vasitəsilə mənzillə qeyri-yaşayış sahəsi birləşdirilərək, sonradan ümumi olaraq 58,2 kv.metr qeyriyaşayış sahəsinə çevrilmişdir. Həmin mənzilin qeyri-yaşayış sahəsinə birləşdirilməsi, yenidənqurma işlərinin aparılması, mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Cavabdeh Bakı şəhəri Yasamal Rayon icra Hakimiyyətinə, Bakı şəhər Mənzil - Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinə rəsmi müraciətlər etmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi xx.xx.2018-ci il tarixli 694 saylı məktubla Cavabdeh müraciətinə cavab olaraq qapı oyuğunda tikinti norma və qaydalarına riayət etməklə qapının açılmasına etiraz etməmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidməti xx.xx.2018-ci il tarixli 104-Q1/TN-R-4 saylı məktubla Cavabdeh təmir işlərini aparmasına və qapı açmasına etiraz etməmişdir. Eyni zamanda, Cavabdeh Azərbaycan İnşaat və X11 institutuna müraciət edərək, ünvan 2 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində olan mənzillər arasında divardan 1 ədəd qapının açılmasının mümkünlüyünə dair texniki rəyin verilməsi üçün müraciət etmiş, həmin müraciətə əsasən Cavabdeh ilə Azərbaycan İnşaat və X11 İnstitutu arasında müvafiq müqavilə bağlanmaqla İnstitutun mütəxəsisləri qeyd olunan mənzil sahəsinin konstruksiyalarına texniki baxış keçirmiş, yükdaşıyan konstruksiyalar müayinə olunmuş və onların texniki vəziyyəti qiymətləndirilmiş, daxili divarda qapı boşluğunun açılması mümkünlüyünə dair texniki baxış rəyi işlənərək verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 19/30 ünvanda yerləşən mənzilin daxilində olan qapı bu sahənin yenidən qurulmasına qədər mövcud olmuş və sonradan bağlanmışdır. Ona görə də, həmin ünvanda daxili divarda qapı boşluğu açılmasının (yenidən bərpa olunması) binanın konustruksiyalarının yükgötürmə qabiliyyətinə xələl gətirmədiyi nəzərə alınaraq, təhlükəsizlik tədbirləri yerinə yetirmək şətri ilə texniki cəhətdən qəbul olunması mümkün hesab olunmuşdur. Rəydə göstərilən tövsiyyə və təkliflər nəzərə alınaraq qeyd olunan mənzilin daxili divarında qapı boşluğu açılmışdır (yenidən bərpa olunuşdur). Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 23 nömrəli sərəncamı ilə Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda vətəndaş Cavabdeh məxsus 30 saylı mənzildə aparılmış yenidənqurma və yenidənplanlaşdırma işləri, qapının açılması nəzərə alınaraq, mövcud ölçülərdə, ümumi sahəsi 43,04 kv. metr olmaqla sənədləşdirilməsi və mənzilin yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi, qeyri-yaşayış sahəsinə keçirilən 43,04 kv.metr sahə mövcud ölçüsü 16.30 kv.m olan qeyri-yaşayış sahəsi ilə birləşdirilməsi və ümumi sahəsi 59,34 kv.m olan qeyri yaşayış sahəsi kimi vətəndaş Cavabdeh adına qeydiyyatdan keçirilməsinə razılıq verilmişdir. Qapı boşluğunun hansı ölçülərdə açılmalı olması Azərbaycan İnşaat və X7 İnstitutunun texniki baxış rəyində və mənzilin texniki pasportunda göstərilmişdir. Həmin qapı boşluğunun ölçüləri, qeyd olunan sənədlərdə göstərildiyi kımi mənzilin içəri hissəsindən prospektə baxan hissədə xarici divardan açılacaq qapıya doğru 1,90 metr, mənzilin içəri hissəsindən açılacaq qapıya doğru daxılı divardan 0,55 metr olmaqla 0,90 metr enində, 2,0 metr hündürlüyündə qapının açılması oz əksini tapmışdır (foto şəkillər əlavə olunur). Cavabdeh qeyd olunan qapının açılması zamanı sənədlərdə qeyd olunan ölçülərdən kənara çıxmamışdır, əksinə qapı yeri açıldıqdan sonra ətrafında möhkəmləndirmə işləri aparılmış, qapı yerinin eni layihədə 0,90 metr olduğu halda, 0,70 metr ölçüdə açılmışdır (fotoşəkil əlavə olunur). Əlavə olaraq qeyd edir ki, binanın giriş hissəsindən binanın fasadına baxdıqda açıq - aydın görmək mümkündür ki, 4 mərtəbədən ibarət olan binanın bütün mərtəbələrindən artırmalar mövcuddur (foto şəkil əlavə olunur). Eyni zamanda əvvəllərdə qeyd etdiyi kimi, qapı boşluğunun açılması (yenidən bərpa olunması) bütün rəsmi sənədlərdə öz əksini tapmış, həmçinin yaşayış sahəsi ilə qeyri-yaşayış sahəsi birləşdirilərək, bır qeyri-yaşayış sahəsinə çevrilmiş və bununla bağlı Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport verilmişdir. Hesab edir kı, qeyd olunan qapı boşluğunun bağlanması, qeyri-yaşayış sahəsinə dair qüvvədə olan çıxarışın həqiqiliyi və tamamlığı prezumpsiyasına zidd olar. Qeyri-yaşayış sahəsinə dair çıxarış verilərkən, həmin sahəyə baxış keçirilmiş, qeydin qeyrı-dəqıq olması barədə hər hansı pozuntu aşkar olunmamışdır. Bildiririk ki, hal-hazırda qeyd olunan qeyri-yaşayış sahəsi şirniyyat mağazası kimi fəaliyyət göstərir və həmin mağazaya mütəmadi olaraq dövlət orqanların əməkdaşları (FHN və s.) gələrək obyektə və sənədlərə baxış keçir, hər-hansı pozuntunun olmamasını bildirərək çıxıb gedirlər. Əgər iddia tələbində göstərdiyi kimi pozuntular aşkar olunsaydı, müvafiq tədbirlər görülmüş olardı. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, mənzilin divarında yerləşən qapının açılaraq qeyriyaşayış sahəsinə birləşdirilməsi qanuna uyğun olaraq tikinti norma qaydaları əsasında həyata keçirilmiş, bununla bağlı müvafiq dövlət orqanlarında müraciət edilərək razılıq alınmış, mənzilin divarında qapı boşluğu əvvəllər də mövcud olduğundan, onun yenidən sökülərək əvvəlki vəziyyətə gətirilməsi binada yerləşən mənzillərdə çatların əmələ gəlməsi üçün əsas ola bilməz. Göründüyü kimi, iddiaçının göstərdiyi arqumentlər tamamilə əsassızdır, qeyd olunan qeyri-yaşayış sahəsində ciddi konustruktiv dəyişikliklər edilməmişdir, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı verilmiş Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə də təsdiq edilmişdir ki, Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlər, yaşayış binasına və orada yaşayan sakinlərin, o cümlədən qeyri-yaşayış sahəsindəki işçilərin və müştərilərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Cavabdeh qanunvericiliyin tələblərinə əməl etməklə müvafiq dövlət orqanlarının verdikləri icazə əsasında təsdiq edilmiş layihəyə uyğun işlər görmüşdür. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəmə iclasında iddia tələbi ilə razı olduğunu bildirdi və izahatında qeyd etdi ki, Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti 19 ünvanda yerləşən 31 nömrəli mənzil onun mülkiyyətindədir. Mənzili binanın 2-ci mərtəbəsində yerləşir. 2018-ci ildə Cavabdeh gələrək həmin binadan mənzil, həmçinin orada yerləşən qeyri-yaşayış sahəsini almışdır. Daha sonra 5 mərtəbəli binanın divarından qeyri-yaşayış sahəsini mənzilə birləşdirmək üçün geniş bir keçid açmışlar. Həmin təmir işlərinin layihəsi Mədəniyyət Nazirliyi ilə razılaşdırılmamışdır. Belə ki, Mədəniyyət Nazirliyinin adından Zakir adlı şəxs tərəfindən imzalanmış saxta bir məktubla guya ki, həmin təmir işlərinin aparılmasına icazə verildiyi bildirilsə də, həmin məktub arxivdə aşkar edilməmişdir. Qeyd edir ki, aparılmış dəyişikliklər nəticəsində binanın divarlarında çatlar əmələ gəlmiş, həmçinin aşağıdakı müdaxilə olunan divarın bir hissəsi pilləkənə düşdüyünə görə pilləkən qovşağında da çatlar əmələ gəlmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X6, İnkişafı və X13 Xidmətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunmalı və müvafiq qaydada tikinti işlərinin icrasına başlanmalıdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinin X10 üzrə nəzarət şöbəsinin müdiri Etibar Axundov tərəfindən imzalanmış və Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli 104-01/TN-R-4 nömrəli məktubdan müəyyən edilir ki, Yasamal rayonu H.Cavid prospekti ev 19 mənzil 30-də təmir işlərinin aparılması barədə xx.xx.2018-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, konstruktiv möhkəmləndirmə, konstruktiv dayanıqlıq və kostruksiya həlli yolları Azərbaycan Respublikasə FHN-nin müvafiq orqanları ilə razılaşdırıldıqdan sonra mütəxəssislərin nəzarəti altına alına bilər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2018-ci il tarixli 694 nömrəli məktubundan müəyyən edilir ki, Cavabdeh ərizəsinə cavab olaraq bildirilmişdir ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin müvafiq rəyinə əsasən açılacaq qapı oyuğunda tikinti norma və qaydalarına riayət etməklə yükdaşıyıcı divarda bərkitmə işlərinə yerinə yetirilməsi təqdirdə müraciətinizə baxılmasına etiraz edilmir. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru X8 ilə Cavabdeh arasında ünvan 4 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbə sahəsində olan mənzillər arasında divardan 1 ədəd qapının aşılması mümkünlüyünə dair texniki rəyin verilməsi üçün xx.xx.2018-ci il tarixli 33/2-18 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun __yanvar 2019-cu il tarixli elmitexniki məhsulun təhvil-qəbul aktından müəyyən edilir ki, Azərbaycan İnşaat və Memarlıq Elmi- Tədqiqat İnstitutunun direktoru X8 (icraçı) ilə Cavabdeh (sifarişçi) bu aktı ondan ötrü tərtib etmişlər ki, həqiqətən xx.xx.2018-ci il tarixli razılıq protokoluna əsasən icraçı tərəfindən elmi texniki məhsul ünvan 5 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbə sahəsində olan mənzillər arasında divardan 1 ədəd qapının aşılması mümkünlüyünə dair texniki rəyin verilməsi mövcud standartlara, normativ sənədlərə tam uyğun olaraq işlənilib sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti 19/30 ünvanda yerləşən Cavabdeh məxsus olan mənzil və qeyri-yaşayış sahəsinə bitişik divar kütləsində qapı boşluğunun açılması mümkünlüyünə dair xx.xx.2019-cu il tarixli texniki baxış rəyindən müəyyən edilir ki, Cavabdeh məxsus olan mənzil və qeyri-yaşayış sahəsinə bitişik divar kütləsində qapı boşluğunun ölçüsü 0,90 x 2,0 metr müəyyən edilmişdir. “ünvan 7 ünvanda yerləşən vət. Cavabdeh məxsus olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və həmin ünvandakı qeyri-yaşayış sahəsi ilə birləşdirilməsi haqqında” Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 23 nömrəli sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda Cavabdeh məxsus 30 saylı mənzildə aparılmış yenidənqurma və yenidən planlaşdırma işləri, qapının açılması nəzərə alınaraq mövcud ölçülərdə, ümumi sahəsi 43,04 kv metr olmaqla sənədləşdirilmiş və mənzil yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Qeyri-yaşayış sahəsinə keçirilən 43,04 kv metr sahə mövcud ölçüsü 16,30 kv metr olan qeyri-yaşayış sahəsi ilə birləşdirilmiş və ümumi sahəsi 59,34 kv.m olan qeyri-yaşayış sahəsi kimi Cavabdeh adına qeydiyyatdan keçirilmişdir. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi və mövcud qeyri-yaşayış sahəsi ilə birləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinentinin xx.xx.2009-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş forma və məzmunda Cavabdeh bildiriş göndərilmişdir. Sərəncamın surəti ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh göndərilmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 (Yeni qaydalarda: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən 58,2 kv.metr qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh adına xx.xx.2019-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Qida X2 Məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən xx.xx.2021-ci il tarixli 10-Q-03421 nömrəli çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti 19/30 ünvanda yerləşən Cavabdeh məxsus olan qeyri-yaşayış sahəsinin fəaliyyət istiqaməti ixtisaslaşdırılmış mağazalarda çörək-bulka məmulatlarının, un və qənnadı məmulatlarının pərakəndə satışıdır. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən ümumi sahəsi 96,5 kv.m olan 4 otaqlı 31 nömrəli mənzili X1 mülkiyyətindədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5133/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalrı ******* saylı çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 (Yeni qaydalarda: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən 58,2 kv.metr qeyri-yaşayış sahəsində (mənzillə, qeyri-yaşayış sahəsini birləşdirən qapı boşluğunun açılması) açılmış qapı boşluğunun Azərbaycan Respublikası İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki baxış rəyində göstərilən tələblərə əməl edilməklə açılıb-açılmamasını, həmin qapı boşluğunun açılması zamanı, binaya hər hansı bir zərər dəyib-dəyməməsini, həmçinin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən Bakı şəhəri Yasamal rayonu H.cavid prospekti 520-ci məhəllədə yerləşən 19 nömrəli binanın 31 nömrəli mənzilinə zərər dəyib-dəyməməsini (binada çatların yaranmasına səbəb olub-olmamasını) müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki (inşaat) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-4492/2024 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 (Yeni qaydalarla: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən yaşayış binası zirzəmili, kəllə (yan) hissələri 6, digər hissələri isə 4 mərtəbəli olub planda “П” şəkillidir. Binanın əsas yükdaşıyan divarları əhəng daşından, mərtəbəarası örtükləri isə ağac materialından yerinə yetirilmişdir. Damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Yaşayış binasının arxa fasad hissəsində sakinlər tərəfindən müxtəlif (böyük) ölçülü və sonuncu mərtəbənin üzərində əlavə yaşayış sahələrinin inşa edilməsi müşahidə edilmişdir. Baxış zamanı Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 31 saylı mənzilinin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilməmişdir. 31 saylı mənzilin uzun müddət təmirsiz (əsaslı) istismarı nəticəsində daxili bəzək elementlərinin köhnəlməsi, ağac materialından (dranka) olan tavan konstruksiyasında müxtəlif ölçülü çatlar, sanitar qovşağında və hamam otağın divarlarındakı kafel tavacıqlarda çatlar, qabarmalar müşahidə edilmişdir. 31 saylı mənzilin eyanında sement-qum məhlulu ilə suvanaraq fasad boyası vurulmuş sahələrdə suvaq çatları müşahidə edilmişdir. Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış obyektinə keçirilən baxış zamanı obyektdə 1 saylı otaqdan 2 saylı otağa keçid üçün eni 0,90 metr olan qapı boşluğunun açılması, 2 saylı otaqdan 3 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğunun eni 0,40 metr genişləndirilməsi, hündürlüyünün isə 0,2 metr qaldırılması müşahidə edilmişdir. 1 saylı otaqdan 2 saylı otağa keçid üçün açılmış qapı boşluğunun əvvəlcədən mövcud olduğu Azərbaycan Respublikası İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyində öz əksini tapır. Bundan əlavə olaraq açılmış və genişləndirilmiş qapı boşluqları ətrafı FHNnin mütəxəssisi tərəfindən sökdürülmüş, suvaq qatları qaşındırılmışdır. 1 saylı otaqdan 2 saylı otağa keçid üçün eni 0,90 metr olan qapı boşluğunun və 2 saylı otaqdan 3 saylı otağa keçid üçün istifadə edilən genişləndirilmiş qapı boşluğunun ətrafı metal konstruksiya ilə gücləndirilmişdir. Qapı boşluğunun yan divarları bir-biri ilə əloaqələnmiş metal bucaqlıq (Г 80x6), üst hissəsi isə 2 ədəd şvellərlə gücləndirilmişdir. Açılmış və genişləndirilmiş qapı boşluqlarının ətrafında çat və deformasiya müşahidə edilməmişdir. Baxış zamanı obyektin 3 saylı otağında qalınlığı 0,1 metr, uzunluğu is 1,5; 1,6 və 1,5 metrlik 3 ədəd arakəsmə divarların sökülməsi müşaşidə edilmişdir. Ekspertiza qarşısında qoyulmuş 1-ci, 2-ci və 3-cü suallar üzrə: Bakı şəhəri Yasamal rayonu 520ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış obyektinə keçirilən baxış zamanı obyektdə 1 saylı otaqdan 2 saylı otağa keçid üçün eni 0,90 metr olan qapı boşluğunun açılması, 2 saylı otaqdan 3 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğunun eni 0,40 metr genişləndirilməsi, hündürlüyünün isə 0,2 metr qaldırılması müşahidə edilmişdir. 1 saylı otaqdan 2 saylı otağa keçid üçün açılmış qapı boşluğunun əvvəlcədən mövcud olduğu Azərbaycan Respublikası İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyində öz əksini tapır. Qapı boşluqları binanın əsas yükdaşıyan divarlarında yerləşir. Açılmış və genişləndirilmiş qapı boşluqlarının ətrafı metal konstruksiya ilə gücləndirilmişdir. Qapı boşluğunun yan divarları bir-biri ilə əloaqələnmiş metal bucaqlıq (Г 80x6), üst hissəsi isə 2 ədəd şvellərlə gücləndirilmişdir. Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış dəyişikliklər qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli texniki pasportda öz əksini tapmışdır. 3-cü və 4-cü suallar üzrə: Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 31 saylı mənzilinin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilməmişdir. 31 saylı mənzilin uzun müddət təmirsiz (əsaslı) istismarı nəticəsində daxili bəzək elementlərinin köhnəlməsi, ağac materialından (dranka) olan tavan konstruksiyasında müxtəlif ölçülü çatlar, sanitar qovşağında və hamam otağının divarlarındakı kafel tavacıqlarda çatlar, qabarmalar müşahidə edilmişdir. 31 saylı mənzilin eyvanında sement-qum məhlulu ilə suvanaraq fasad boyası vurulmuş sahələrdə suvaq çatları müşahidə edilmişdir. Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlərin 31 saylı mənzildə yaranmış qüsurlarla əlaqəsi yoxdur. Cavabdeh məxsus qeyriyaşayış obyektində aparılmış işlər, yaşayış binasına və orada yaşayan sakinlərin, o cümlədən qeyri-yaşayış sahəsindəki işçilərin və müştərilərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9462 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş texniki pasporta əsasən tədqiq olunan Cavabdeh məxsus olan Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 (Yeni qaydalarda: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən 58,2 kv.metr qeyri-yaşayış sahəsi 4/6 mərtəbəli binanın birinci mərtəbəsində olmaqla, xidməti sahələri 15,4 kv.m., 19.8 kv.m., mətbəxin sahəsi 16,7 kv.m., anbar otağının sahəsi 4,1 kv.m. və sanitar otağının sahəsi 2,2 kv.m. təşkil edir. Baxış aparılmış ölcü işləri nəticəsində tədqiq olunan fərdi yaşayış evinin faktiki vəziyyəti, planlı yerləşməsi (quruluşu), tikililərin sayı, ölçüləri və digər texniki parametrləri texniki pasportun göstəricilərinə uyğun olduğu müəyyən olunmuşdur. 1-3-cü suallar üzrə Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-4492/2024 nömrəli mütəxəssis rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış obyektinə keçirilən baxış zamanı obyektdə 1 saylı otaqdan 2 saylı otağa keçid üçün eni 0,90 metr olan qapı boşluğunun açılması, 2 saylı otaqdan 3 saylı otağa keçid üçün istifadə edilən qapı boşluğunun eni 0,40 metr genişləndirilməsi, hündürlüyünün isə 0,2 metr qaldırılması müşahidə edilmişdir. 1 saylı otaqdan 2 saylı otağa keçid üçün açılmış qapı boşluğunun əvvəlcədən mövcud olduğu Azərbaycan Respublikası İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyində öz əksini tapır. Qapı boşluqları binanın əsas yükdaşıyan divarlarında yerləşir. Açılmış və genişləndirilmiş qapı boşluqlarının ətrafı metal konstruksiya ilə gücləndirilmişdir. Qapı boşluğunun yan divarları bir-biri ilə əloaqələnmiş metal bucaqlıq (Г 80x6), üst hissəsi isə 2 ədəd şvellərlə gücləndirilmişdir. Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış dəyişikliklər qeyri-yaşayış sahəsinə dair xx.xx.2019-cu il tarixli texniki pasportda öz əksini tapmışdır. 4-cü və 5-ci suallar üzrə mütəxəssis rəyinə əsasən Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 ünvanda yerləşən yaşayış binasının 31 saylı mənzilinin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilməmişdir. 31 saylı mənzilin uzun müddət təmirsiz (əsaslı) istismarı nəticəsində daxili bəzək elementlərinin köhnəlməsi, ağac materialından (dranka) olan tavan konstruksiyasında müxtəlif ölçülü çatlar, sanitar qovşağında və hamam otağının divarlarındakı kafel tavacıqlarda çatlar, qabarmalar müşahidə edilmişdir. 31 saylı mənzilin eyvanında sement-qum məhlulu ilə suvanaraq fasad boyası vurulmuş sahələrdə suvaq çatları müşahidə edilmişdir. Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlərin 31 saylı mənzildə yaranmış qüsurlarla əlaqəsi yoxdur. Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlər, yaşayış binasına və orada yaşayan sakinlərin, o cümlədən qeyri-yaşayış sahəsindəki işçilərin və müştərilərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmış Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti ev 19 (Yeni qaydalarda: Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 47F) ünvanda yerləşən 58,2 kv.metr yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi, mənzilin divarında yerləşən qapının açılaraq qeyri-yaşayış sahəsinə birləşdirilməsi qanuna uyğun olaraq tikinti norma qaydaları əsasında həyata keçirilmiş, cavabdeh bununla bağlı müvafiq dövlət orqanlarında müraciət edərək razılıq almış, mənzilin divarında qapı boşluğu açılmışdır. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı verilmiş Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X5 Layihə İnstitutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə də təsdiq edilmişdir ki, Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlər, yaşayış binasına və orada yaşayan sakinlərin, o cümlədən qeyri-yaşayış sahəsindəki işçilərin və müştərilərin həyat və sağlamlığı üçün təhlükə yaratmır. Həmçinin Cavabdeh məxsus qeyri-yaşayış obyektində aparılmış işlərin üçüncü şəxs X3 məxsus olan Bakı şəhəri Yasamal rayonu 520-ci məhəllə Hüseyn Cavid prospekti 19 nömrəli evin 31 nömrəli mənzilində yaranmış qüsurlarla əlaqəsi yoxdur. Cavabdeh qanunvericiliyin tələblərinə əməl etməklə müvafiq dövlət orqanlarının verdikləri icazə əsasında təsdiq edilmiş layihəyə uyğun işlər görmüşdür. Qeyd olunan qapı boşluğunun bağlanması qeyri-yaşayış sahəsinə dair qüvvədə olan xx.xx.2019-cu il tarixli çıxarışın həqiqiliyi və tamlığı prezumpsiyasına zidd olar. Qeyri-yaşayış sahəsinə dair çıxarış verilərkən, həmin sahəyə baxış keçirilmiş, qeydin qeyri-dəqiq olması barədə hər hansı pozuntu aşkar olunmamışdır. İddiaçının göstərdiyi arqumentlər tamamilə əsassızdır, qeyd olunan qeyri-yaşayış sahəsində ciddi konustruktiv dəyişikliklər edilməmişdir, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X12rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və X13 Xidmətinə və X3 qarşı “Cavabdeh tərəfindən mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 520-ci məhəllədə yerləşən 19 nömrəli binanın 1-ci mərtəbəsində olan sahəsi 58,2 kv.metr olan qeyri-yaşayış sahəsində edilmiş dəyişikliyin öz vəsaiti hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına köçürülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar