Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2516/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Cavabdeh“xxxxxxxxxx” MMMC-nin nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə vəsatət verərək, Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2(004)-2516/2020 saylı mülki işin Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-749/2020 saylı mülki işlə birlikdə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxxxxxxxx” MMMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair mülki iş ilə bir icraatda birləşdirilməsinə barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxx” MMMC-nin nümayəndəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə verdiyi ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, “xxxxxxxxxx” MMMC cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Ona görə də o, məhkəmədən vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş Səbail Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxxxxxxxx” MMMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair 2(009)-749/2020 saylı mülki xx.xx.2020-ci il tarixdə Səbail Rayon Məhkəməsinə daxil olmuşdur və hal-hazırda icraatdadır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi Səbail Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki iş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilərək, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı vəsatəti təmin edilməməli, cavabdeh “xxxxxxxxxx” MMMC-nin nümayəndəsinin vəsatəti təmin edilərək, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cavabdeh “xxxxxxxxxx” MMMC-nin nümayəndəsinin vəsatəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh “xxxxxxxxxx” MMMC-yə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası əsasında 2(004)-2516/2020 saylı mülki işlə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan iddiaçı “xxxxxxxxxx” MMMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbi”nə dair iddiası əsasında 2(009)-749/2020 saylı mülki iş birləşdirilsin. Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-749/2020 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-2516/2020 saylı mülki iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. İddiaçının vəsatəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasmal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2516/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2516/2020
03.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver