Məhkəmə qərarları › İş №2(004)-2536/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2536/2022

11.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2536/2022 11.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlakın naturada bölgüsü və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlakın naturada bölgüsü və ya açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçılar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab etmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsindəki tələb iddiaçılarla cavabdehin ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsinin naturada paylara uyğun bölünməsi, bu mümkün olmadıqda isə həmin torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin ¾ hissəsinin birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İş materiallarına əlavə edilmiş MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, naturada bölünməsi nəzərdə tutulan 0,045 ha torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə mülki işi aidiyyəti üzrə baxılması üçün başqa məhkəməyə göndərməlidir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, naturada bölünməsi nəzərdə tutulan mübahisə predmeti olan daşınmaz əmlak (torpaq sahəsi) Binəqədi rayonunda yerləşdiyindən məhkəmə tərəfindən işin obyektiv və ərazi aidiyyəti qaydalarına riayət edilərək araşdırılmasının təmin edilməsi məqsədi ilə mülki iş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39, 44-45, 263-264 və 266-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “əmlakın naturada bölgüsü və ya açıq hərracda satılması” tələbinə dair 2(004)-2536/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar