Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2538/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehdən 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Aveo” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı tərəfindən 2000 (iki min) manat manat sığorta ödənişi edilmişdir. Nəticədə iddiaçının cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarında olan PXA78122 nömrəli sığorta aktına əsasən müəyyən olunur ki, “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 2000 (iki min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən müəyyən edilir ki, “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 2000 (iki min) manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP ******* nömrəli protokola əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 332.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhvil-təslim altına əsasən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq sığorta ödənişi qismində avtomobilin sahibi X1 plastik kartlar və ŞEN zərflər təhvil verilmişdir. İş materiallarında olan "xxxx" ASC xx.xx.2021-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə sözügedən pul məbləğinin ödənilməsi təklif olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəmə müraciət ediləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 936-cı maddəsi çıxış edir. MM-in 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, müəyyən edilir ki, Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Aveo” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 (iki min) manat maddi zərər dəymişdir. Zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən “Nissan Sunny” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq sığorta ödənişi qismində avtomobilin sahibi X1 2000 (iki min) manat sığorta ödənişi edilmişdir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, ödənilmiş 40 (qırx) manat dövlət rüsumu qaydada Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir. Bu səbəbdən də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı "xxxx" ASC-nin cavabdeh oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2538/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2538/2023
17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver