Məhkəmə qərarları › İş №2(004)-2539/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2539/2021

16.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2539/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan pulun cavabdehə qaytarılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oglu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan pulun cavabdehə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Nissan Juke” markalı (2015-ci il buraxlışlı, ağ rəngli, mühərrik: HR16 437397R, Ban: SJNFBAF1SU7176995), **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2018-ci il tarixli AD350249 saylı nəaliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə edilmiş v borca yönəldilməsi və artıq qalan pulun cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 qarşı avtomobilin yarı qiyməti, yəni 5.500 manatın, 1517,50 manat pulun, xx.xx.2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, cavabdehə mənzil payına düşən 3/5 hissəsinin “xxxx” ASCyə 11661,58 manat pulun reqres qaydasında tutulması, mənzil-kommunal xərcləri 36 manat olmaqla, xx.xx.2014-cü il tarixdən, 2017-ci il oktyabr ayı daxil olmaqla, payına düşən 3/5 hissəsinə mənzil-kommunal xərcləri, yəni 950,40 manatın və hüquqi xidmətə görə “xxxx” MMC-yə ödədiyi 400 manatın ona ödənilməsi tələbinə dair iddia tələbi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-542/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək, cavabdehdən 9488,80 manatın, “Hyundai İ 20” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin dəyərinin yarısı 5500 manatın, 1517,50 manatın, mənzil-kommunal xərclərinə görə 950,40 manatın və hüquqi xidmətə görə ödənilmiş 400 manatın tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-1369/2019 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin “xx.xx.2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, cavabdehə mənzil payına düşən 3/5 hissəsi “xxxx” ASC-yə 11661,58 manatı reqres qaydasında tutulmasının qismən təmin edildməsi” hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, cavabdehdən 11369,59 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Cavabdehin apellyasiya şikayəti təmin edlməmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)- 791/2020 saylı qərarı ilə təmin edilməmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə icraya yönəldilmiş, o vaxtdan etibarən bu günə qədər Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1369/2019 saylı qətnaməsi üzrə cəmi 19737 manat borcunu qərəzli olaraq ödəmək istəmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin sorğuya verilmiş xx.xx.2021-ci il tarixli, 23813-1221 nömrəli cavabına əsasən xx.xx.2016-cı ildə 2015-ci il buraxlışlı, ağ rəngli, mühərrik: HR16 437397R, Ban: SJNFBAF1SU7176995 nömrəli, “Nissan Juke” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Bakı şəhəri Yasamal rayon icra və Robasiya Şöbəsinin icra məmuru Emil Abiyevin sorğusuna “xxxx” MMC xx.xx.2021-ci il tarixli, 23 nömrəli cavabla bildirmişdir ki, “Nissan Juke” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” şirkətinə məxsus Nissan avtomobillərinin satışı salonundan MMC-nin mülkiyyətinə keçirilərək 06/0563/LİZ nömrəli xx.xx.2016-cı il tarixli maliyyə lizinqi müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. Sonuncu ödəniş (tam ödəniş) xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq borc başa çatdıqdan sonra girovdan azad olunaraq, Cavabdeh2 mülkiyyətinə keçirilməsi barədə məktub verilmişdir. Həmin məktub Cavabdeh1 razılığı əsasında verilmişdir. Ödənişlər Cavabdeh1 müqaviləsi üzrə onun adından ödənilmişdir. Əlavə sənədlərin surətləri və digər məlumatlar kommersiya sirri təşkil etdiyindən məhkəmənin sorğusu (müvafiq qərardad) əsasında təqdim oluna bilər. Cavabdeh2 Cavabdeh1 anasıdır. Açıq-aydın görünür ki, Cavabdeh1 yaranmış vəziyyəti pərdələmək məqsədi ilə “Nissan Juke” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili anası Cavabdeh2 adına xx.xx.2018-ci il tarixdə rəsmləşdirmişdir. Məhkəmənin bilməsi vacibdir ki, Cavabdeh1 onunla 2016-cı ilin axırlarından məhkəmə çəkişmələri getmiş, məhz ona görə “xxxx” MMC ilə avtomobilə görə tam ödənildikdən sonra məsələni pərdələmək məqsədi ilə anası Cavabdeh2 adına rəsmləşdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı ogluna qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onda SARS-CoV2 (COVİD-2019) aşkar edildiyinə və iki həftəlik karantində olması nəzərə alınaraq məhkəmə baxışının xx.xx.2021-ci il tarixdən sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, sürücülük vəsiqəsi olmadığından, mübahisə predmeti olan “Nissan Juke” markalı, **- XX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair lizinq müqaviləsi qızı Cavabdeh1 ilə bağlanmışdır. Ödənişlərin qızının adından həyata keçirilməsinə baxmayaraq, əslində avtomobilin bütün dəyərini o özü ödəmiş və sonunda da avtomobil onun adına qeydiyyata alınmışdır. Həmçinin, sürücülük vəsiqəsi olmadığından qızının adına etibarnamə vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyərək iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-791/2020 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-542/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 Zakir qızına qarşı “avtomobilin yarı pulunun, başqa ödənişlərin və ödədiyi pul məbləğinin reqres qaydasında tutulması” barədə iddiası qismən təmin edilərək, cavabdehdən 9.488,80 manat pul vəsaitinin, “Hyundai İ 20” markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı atomobilin dəyərinin yarısını təşkil edən 5.500 manat, 1.517,50 manat, həmçinin mənzil-kommunal xərclərinə görə 950,40 manat və hüquqi xidmətə görə ödənilmiş 400 manat pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Tərəflər ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1369/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin "xx.xx.2014-cü ildən etibarən 2017-ci ilin oktyabr ayı daxil olmaqla, cavabdehin mənzil payına düşən 3/5 hissəsi “xxxx" ASC 11.661,58 manat pulun reqres qaydasında tutulmasının qismən təmin edilməsi” hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsi qismən təmin edilərək, cavabdehdən 11.369,59 manat pulun tutulub iddiaçıya verilməsi və qalan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən, cavabdehin apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon icra və Probasiya Şöbəsinin icra məmuru Emil Abiyevin sorğusuna “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli, 23 nömrəli cavab məktubunun surətindən görünür ki, “Nissan Juke” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” şirkətinə məxsus Nissan avtomobillərinin satışı salonundan MMCnin mülkiyyətinə keçirilərək 06/0563/LİZ nömrəli xx.xx.2016-cı il tarixli maliyyə lizinqi müqaviləsi əsasında Cavabdeh1 istifadəsinə verilmişdir. Sonuncu ödəniş (tam ödəniş) xx.xx.2018-ci il tarixdə ödənilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq borc başa çatdıqdan sonra girovdan azad olunaraq, Cavabdeh2 mülkiyyətinə keçirilməsi barədə məktub verilmişdir. Həmin məktub Cavabdeh1 razılığı əsasında verilmişdir. Ödənişlər Cavabdeh1 müqaviləsi üzrə onun adından ödənilmişdir. İş materiallarında olan AR DİN BDYPİ-nin xx.xx.2021-ci il tarixli, 23813-1221 saylı arayışından görünür ki, BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə “Nissan Juke” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və həmin tarixdə Cavabdeh1 adına xx.xx.2021-ci il tarixədək etibarnamə verilmişdir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 Zakir qızından İddiaçı xeyrinə cəmi 19737,49 manat tutulmalıdır. Hazırda iddiaçı “Nissan Juke” minik markalı **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin əslində Cavabdeh1 Zakir qızına məxsus olmasını, məhkəmə qətnaməsinin icrasından yayınmaq məqsədi ilə onunla Cavabdeh2 arasında yalan əqd bağlanaraq, mübahisə predmeti olan avtomobilin Cavabdeh2 adına qeydiyyata alınmasını, bununla da özünün hüquqlarının pozulmasını əsas gətirmiş, pozulmuş hüquqlarının bərpası, tələbin həmin avtomobilə yönəldilməsi üçün Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin, əslində isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında avtomobilin birincinin adına qeydiyyata alınması barədə razılaşmanın etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilməsini zəruri hesab etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı bu hüququn effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan Juke” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh2 adına verilmiş qeydiyyat şəhadətnaməsinin, ümumiyyətlə götürüldükdə isə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında avtomobilin birincinin adına qeydiyyata alınması barədə razılaşmanın etibarsız hesab edilməsini xahiş etsə də, ümumi mülahizələr əsasında MM-nin 337-339-cu maddələrini sadalamaqla kifayətlənmiş, həmin əqdin həqiqətən digər əqdi pərdələmək üçün bağlanmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, avtomobilin hərrac yolu ilə satılması, hərracdan əldə edilmiş pulun borca yönəldilməsi və artıq qalan pulun cavabdehə qaytarılması tələbinə dair” iddiası təmin edilməsin. Məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar