Məhkəmə qərarları › İş №2(004)-2542/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2542/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2542/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X8 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Rav4” markalı, ** SZ *** dövlət qeydiyyat nışanlı avtomobilə vurulan ziyanın əvəzində 797.64 manat sığorta ödənişi məbləği və idda ərizəsinin verilməsi ilə bağlı 30.4 manat dövlət rüsumu, cəmi 828.04 manat Cavabdeh tutularaq “İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qənamə qəbul edilməsinin xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ş.Mehtiyev küçəsində manevretmə qaydasını pozaraq X1 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Toyota Rav4” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin TP ******* saylı X6 Haqqında Qərarda öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli aktına uyğun olaraq, “Toyota Rav4” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4047.64 manat zərər təyin edilmişdir. **********7 saylı sığorta müqaviləsinin 062896 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 100 manat azadolma məbləği çıxmaqla 3947.64 manat sığorta ödənişi həyata keçirmişdir. Cavabdehin icbari sığorta Şirkəti “xxxxxxxxxxx” ASC-də olduğundan “xxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“İddi açı Sığorta Şirkəti” ASC-nə ödəniş etmişdir. Göstərilənlərə əsasən Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə qalan 797.64 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 957746 saylı Etibarnamədən görünür ki, ** EF *** DQN-lı, “Hyundai Sonata” minik markalı avtomobilin mülkiyyətçisi X5 tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün etibar edilmişdir. Etibarnamə xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarına olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron çıxarışdan görünür ki, PAA********** saylı X4 əsasında ** EF *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil "xxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. İş materiallarına olan xx.xx.2019-cu il tarixli, 2058 saylı ödəniş tapşırığına əlavədən görünür ki, "İddiaçı” Sığorta Şirkəti ASC tərəfindən X2 ödənilməli olan sığorta ödənişi ona məxsus bank hesabına ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 062896 nöməli Sığorta Aktından müəyyən olunur ki, ** EF *** DQN-lı “Hyundai Sonata” minik markalı avtomobil iddiaçı tərəfindən sığortalanmış “Toyota Rav4” markalı, ** SZ *** DQN-lı avtomobillə toqquşmuşdur. “xxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli Qiymətləndirmə Aktına uyğun olaraq 4047.64 AZN zərərlə bağlı ümumi məbləğ hesablanmışdır. Zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 AZN franşiza çıxılmaqla 3947.64 AZN sığorta ödənişi X1 ödənilmişdir. “xxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2019-cu il tarixli Qiymətləndirmə Aktından görünür ki, “Toyota Rav4” markalı, ** SZ *** DQN-lı avtomobilə dəymiş zərər 4047.64 AZN hesablanmışdır. xx.xx.2019-cu il tarixli TP ******* saylı X7 Haqqında Qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2019-cu il tarixli cavabdehə ünvanlanmış Pretenziya məktubundan müəyyən olunur ki, cavabdehin İcbari sığorta şirkəti olan “xxxxxxxxxxx” ASC subroqasiya qaydasında dəymiş zərərin 3150 AZN qismini İddiaçı Sığorta Şirkəti ASC-yə ödəmişdir. Cavabdeh, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsini, 797.64 AZN məbləğində pul vəsaitini ödəməsi barədə xəbardarlıq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinə əsasən sığortalının, təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti tərəfindən icbari sığorta olunmuş “Toyota Rav4” markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ** EF *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” minik markalı avtomobil xx.xx.2019-cu il tarixdə, Bakı şəhəri, Ş.Mehtiyev küçəsində toqquşmuşdur. İş materiallarında olan icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron çıxarışdan görünür ki, PAA********** saylı X4 əsasında ** EF *** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobil "xxxxxxxxxxx” ASC tərəfindən sığortalanmışdır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən 5000 manatadək olan maddi zərər sığorta şirkətinin məsuliyyəti dairəsindədir. Həmçinin məhkəmə araşdırması zamanı məhkəməyə təqdim olunmuş sübutlardan müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkətinin maddi ziyanla bağlı ödədiyi 3947.64 manat məbləğində pul vəsaitindən 3150 manat cavabdehin sığortaedicisi “xxxxxxxxxxx” ASC tərəfindən iddiaçıya ödənilmiş, 797.64 manat məbləğində pul qalıq qalmışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh 797.64 manat pul vəsaiti tələb etməkdə haqlı deyildir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsasız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar