Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2592/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Talıbov Cavabdeh1 və Qasımov Cavabdeh2 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Talıbov Cavabdeh1 və Qasımov Cavabdeh2 qarşı “avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması və maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Talıbov Cavabdeh1 və Qasımov Cavabdeh2 ona məxsus, “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC811 OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobilinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyularaq alınıb ona verilməsinə və ona dəyən 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində maddi ziyanın, 20 000 (iyirmi min) manat məbləğində isə mənəvi ziyan pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Talıbov Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən ona məxsus, avtomobil krediti üzrə “xxxx” ASC-də ipoteka ilə yüklü olan “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC811 OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobilini banka olan kredit borcunu ayba-ay vaxtı vaxtında ödəmək şərtilə 27 aprel 2015-ci il tarixli etibarnamə əsasında Talıbov Cavabdeh1 vermişdir. Lakin Talıbov Cavabdeh1 avtomobili ondan alandan sonra banka olan borcu ödəməmiş, onun xəbəri olmadan həmin avtomobili etibarnamə əsasında başqa şəxslərin istifadəsinə verib. Sonuncu etibarnamə ilə idarəçilik Qasımov Cavabdeh2 Əii oğluna verilib. Onun isə bundan 2017-ci ildə bankın ona qarşı pul tələbinə dair və tutlan pulun “xxxx” ASC-də ipoteka ilə yüklü olan “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC811 OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobilimə yönəldilməsi barədə iddia tələbindən sonra xəbəri olmuşdur. Həmin vaxt işə baxan məhkəməyə də bu barədə tərəfindən məlumat verilmişdir. Lakin bankın iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin iş № 2(005)-630/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ondan “xxxx” ASC-nin xeyrinə 16521,21 ABŞ dolları əsas borc, 1721,65 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, ümumilikdə isə 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, 86 sent) ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir. O, 26.04.2017-ci il tarixdə notariat kontoruna müraciət edərək həmin avtomobilə dair Talıbov Cavabdeh1 verdiyi etibarnaməni ləğv etdirmişdir. Eyni zamanda AR DİN-nin BDYPİ-nə müraciət edərək “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC81! OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobilinin üzərinə həbs qoyularaq cərimə meydançasına yerləşdirilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinə sorğu verərək həmin avqomobillə ölkədən giriş-çıxış edənləri sorğulamışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 13.02.2018-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC811 OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobili 06.04.2017-ci il tarixdə Qasımov Cavabdeh2 tərəfindən dövlət sərhəddindən çıxarılıb, geri qaytarılmayıb. Beləliklə, neçə illərdir avtomobilinin axtarışı ilə məşğul olsa da heç bir nəticə əldə edə bilməmiş. Qeyd edir ki, o oııa verdiyi etibarnamənin ləğv etdirmiş və o özbaşına olaraq ona məxsus avtomobili heç bir hüquqi əsas olmadan idarə edir. Bununla da o, həmçinin inzibati və digər qanunvericiliyin tələblərini də pozur. Bu isə onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Ona görə də hesab edir ki, cavabdehlər Talıbov Cavabdeh1 və Qasımov Cavabdeh2 ona məxsus, “KİA SPORTAGE” markalı, QARA rəngli, mühərrik G4KDDH405873, BAN KNAPC811 OLAN ** SM *** dövlət nömrə nişanlı MİNİK avtomobilinə qanunsuz olaraq sahiblik etmək hərəkətlərinə son qoyularaq alınıb ona verilməsinə və ona dəyən 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində maddi ziyamn, 20 000 (iyirmi min) manat məbləğində isə mənəvi ziyan üçün onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Talıbov Cavabdeh1 və Qasımov Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər X2 və X3 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(005)-630/2018 saylı qətnaməsi ilə, cavabdeh (borclu) İddiaçı xxxx ASC-nin xeyrinə 16521,21 ABŞ doliarı əsas borc, 1721,65 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, cəmi 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, səksən altı sent) ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutulacaq məbləğ kreditin təmini kimi cavabdeh İddiaçı məxsus «KİA SPORTAGE» markalı, qara rəngli, mühərrik G4KDDH405873, ban KNAPC811DD7459629 olan ** SM *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, satışdan əldə ediləcək məbləğ cavabdehin banka olan borcunun ödənilməsinə sərf edilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir. Mülki işin materiallarında olan 27.04.2015-ci il tarixində Bakı şəhəri 9 saylı notariat kontorunda ünvan 1al rayonu, Ə.Salamzadə küçəsi, ev 7, mənzil ünvanında qeydiyyatda olan Talıb Cavabdeh1 reyestrdə 7E-9572 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Mülki işin materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı ona məxsus olan daşınar əmlakına dair 04.04.2017-ci il tarixində Bakı şəhəri 21 saylı notariat kontorunda ünvan 2ənzil ünvanında qeydiyyatda olan Qasımov Cavabdeh2 reyestrdə 4323 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Mülki işin materiallarında olan 26.04.2017-ci il tarixdə Bakı şəhərinin notariusu Sadıqov R.Z tərəfindən AR DİN X10 İdarəsinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı ona məxsus olan daşınar əmlakına dair 27.04.2015-cı il tarixdə 7 E-9571 reyestr nömrəsi ilə Talıbov Cavabdeh1 etibarnamə vermişdir. X4 26.04.2017-ci il tarixdə 7E-9372 reyestr nömrəli yazılı ərizə ilə kontora müraciət etmişdir və həmin ərizənin əsasında etibarnamə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 24 aprel 2021-ci il tarixli 33/1370 nömrəli sorğuya cavab məktubundan görünür ki, “Kia Sportage” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncu dəfə Qasımov Cavabdeh2 tərəfindən 06.04.2017-ci il tarixdə Şıxlı dövlət sərhədindən buraxılış məntəqəsindən Gürcüstan Respublikası istiqamətində hərəkəti barədə İAMAS bazasında qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı”iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamCavabdeh1 itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, qanunun mənasına görə iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, «KİA SPORTAGE» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Qasımov Cavabdeh2 və Talıb Cavabdeh1 verdiyi etibarnamələr İddiaçı müraciətinə əsasən ləğv edilmişdir. Göründüyü kimi, mübahisəli avtomobil iddiaçının mülkiyyətindədir, həmin avtomobil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin avtomobili cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh avtomobili qaytarmaqdan imtina etmişlər. İddiaçı hazırda həmin avtomobilindən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan avtomobildən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və «KİA SPORTAGE» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdeh Qasımov Cavabdeh2 alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd edir ki, araşdırma zamanı «KİA SPORTAGE» markalı, ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sonuncu dəfə Qasımov Cavabdeh2 istifadəsində olduğu müəyyən edildiyindən, məhkəmə iddianı cavabdeh Talıbov Cavabdeh1 dair hissədə əsaslı hesab etmir və həmin hissədə təmin edilməməsi qənaətinə gəlir. İddia ərizəsinin 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, 86 sent) ABŞ dolları məbləğində maddi ziyan tələbi ilə barədə hissəsi isə təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 2(005)-630/2018 saylı qətnaməsi ilə, cavabdeh (borclu) İddiaçı xxxx ASC-nin xeyrinə 16521,21 ABŞ doliarı əsas borc, 1721,65 ABŞ dolları faiz borcu, 1 ABŞ dolları cərimə borcu, cəmi 18243,86 (on səkkiz min iki yüz qırx üç ABŞ dolları, səksən altı sent) ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutulacaq məbləğ kreditin təmini kimi cavabdeh İddiaçı məxsus «KİA SPORTAGE» markalı, qara rəngli, mühərrik G4KDDH405873, ban KNAPC811DD7459629 olan ** SM *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın, satışdan əldə ediləcək məbləğ cavabdehin banka olan borcunun ödənilməsinə sərf edilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ İddiaçı qaytarılması qət edilmişdir.. Həmin qətnamə üzrə tutulacaq borc tələbinin maddi ziyan olaraq cavabdehlərdən tutulması barədə iddia tələbinin isə heç bir hüquqi əsası yoxdur və təmin edilməməlidir. Məhkəmə 20 000 (iyirmi min) manat məbləğində isə mənəvi ziyana görə pulun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan “KİA SPORTAGE” markalı, qara rəngli, mühərrik G4KDDH405873, ban KNAPC811DD7459629, ** SM *** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdeh Qasımov Cavabdeh2 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2592/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2592/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver