Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2610/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinə qarşı əmlakın qiymətləndirilməsinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinin üzərinə icraatında olan xx/xx- 176679/18 saylı iş üzrə əmlakların cari qiymətlərinin müəyyən edilməsi məqsədilə işə qiymətləndirici cəlb edilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlara göndərilmiş bildirişlər əsasında məlum olmuşdur ki, cavabdeh Yasamal Rayon İcra Probasiya şöbəsinin xx/xx-176679/18 saylı, xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən Nəsimi r., 28 May küçəsi, bina 78.1mərt ü/s 29.6 kv.m, q/y sahəsi ilkin satış qiyməti 240000 AZN, Nəsimi r., 28 May küçəsi, ev 78, ü/s 45.2 kv.m 1 otaqlı, 11 saylı mənzil ilkin satış qiyməti 67800 AZN, Nəsimi r., 28 May küçəsi, ev 78, ü/s 76.5 kv.m 3 otaqlı, 13 saylı mənzil ilkin satış qiyməti 114750 AZN, Yasamal r., Həsən Məcidov küç. ev 14, ü/s 18 kv.m, 1 otaqlı, 11 saylı mənzil ilkin satış qiyməti 25 000 AZN və Yasamal r., Bəsti Bağırova küç., ev 14 ü/s 30 kv.m, 2 otaqlı, 10 saylı mənzil satış qiyməti 7000 AZN olmaqla satılmaq üçün açıq hərraca çıxarılmışdır. Göründüyü kimi, əmlakların ilkin satış qiyməti bu günki bazar qiymətlərindən xeyli aşağıdır. Bunun səbəbi isə ondan ibarətdir ki, bu qiymətlər 2017-ci il aparılmış qiymətləndirmə ekspertizasının nəticələrinə uyğun olaraq müəyyən edilmişdir. Cavabdeh tərəfindən sifariş göndərilərkən üç il ərzində qiymətlərin dəyişmiş ola biləcəyi ehtimalı nəzərə alınmamışdır. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə, hazırlıq iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə baxışına hazırlığına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7395/2019 saylı icra vərəqəsindən göründüyü kimi, 126389- 1-11327/1 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 328.794,25 ÄBS dolları borc, 126389-1-11327/2 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 292.868,25 ABŞ dolları borc, 126389-1-11866/3 saylı, xx.xx.2014-cü il tarixli kredit muqavıləsi üzrə cəmi 32.540,25 manat borc, 126389-1-11327/4 saylı, 30.01,2015-cü il tarixli kredit müqäviləsi üzrə cəmi 280.887,05 ABŞ dolları borc cavabdehlər İddiaçı1 və İddiaçı3 müştərək qaydada tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməli, tutma Bakı səhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 78 nömrəii binanın 1-ci mərtəbəsində 29.6 kv.m ümumi, 28.1 kv.m əsas, 1.6 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə (əmlakın ilkin satış qiyməti 240.000 manat məbləğində müəyyən edilməklə), Bakı səhəri, Nəsimi rayonu, 28 may küçəsində yerləşən 78 nömrəli evin 45.2 kv.m ümumi, 25.0 kv.m yaşayış, 20 kv.m yardımçı sahədən ibarət 1 otaqlı 11 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 67.800 manat məbləğində müəyyən edilməklə), Bakı şəhəri, Nəsimi rayonu, 28 mav küçəsində yerləşən, 78 nömrəli evin 76.5 kv.m ümumi, 41.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 13 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 114.750 manat məbləğində müəyyən edilməklə), Bakı şəhəri, Yasamal ravonu, Həsən Məcidov küçəsində yerləşən 14 nömrəli evin 18.0 kv.m ümumi, 18.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 11 nömrəli mənzilə (əmlak ilkin satış qiyməti 25000 manat məbləğində müəyyən edilməklə), Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən 14 nömrəli evin 30.0 kv.m ümumi, 24.6 kv.m yaşayış, 5.4 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 10 nömrəli mənzilə (əmlakın ilkin satış qiyməti 70000 manat məbləğində müəyyən edilməklə) yönəldilərək açıq hərracda satılmalı, ipoteka predmetlərinə tutma yönəldildikdə və o satıldıqda, məcburi qaydada boşaldılmalıdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 6082/2019 saylı qərarı ilə qanuni qüvvəsini almışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 51.1-ci maddəsinə görə, borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 167.1.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləliklə, məhkəmə hesab edir ki, ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiyməti qanunvericiliyin tələbinə uyğun olaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan onların qiymətləndirilməsi icra qurumunun səlahiyyətlərinə aid deyildir. Odur ki, hazırki mübahisə üzrə iddiaçıların hüquqlarının və ya qanunla qorunan mənafelərinin cavabdeh icra qurumu tərəfindən hər hansı bir pozuntusu müəyyən edilmədiyindən və ipoteka predmetləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qiymətləndirildiyindən, yeni qiymətləndiricinin cəlb edilməsi ilə bağlı tələbə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından (bu halda) və iddia ərizəsinin məhkəmə baxışına hazırlıq iclasında xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəlləsinin 170.3-cü maddəsinə görə isə bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Yasamal rayon İcra Probasiya şöbəsinə qarşı “əmlakın qiymətləndirilməsi tələbinə dair” mülki işə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin məhkəmə baxışına hazırlıq iclasında xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2610/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2610/2021
31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver