Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2636/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxslər “xxxx” ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxslər “xxxx” ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il məhkəməyə daxil olmuş ərizədən görünür ki, İddiaçı iddia ərizəsini icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə, Cavabdeh2nə və üçüncü şəxslər “xxxx” ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2636/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2636/2021
30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver