Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-264/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT MMC və X6 cəlb edilməklə cavabdehlər Abşeron rayonu 2 saylı Notariat Ofisi və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT MMC və X6 cəlb edilməklə cavabdehlər Abşeron rayonu 2 saylı Notariat Ofisi və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək “X1 Mərkəzi” MMC -nin 10 iyun 2021-ci il tarixli, 133 YP nömrəli hərrac protokolunun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ‘‘Notariat haqqında’ Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf “X8 Kredit Təşkilatı” MMC tələbi ilə ipoteka qoyan X2 İddiaçı 31041 manat 98 qəpik tutulması və X5 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində 0.025 ha torpaq sahəsini və üzərində yerləşən 171.6 kv.m ümumi, 105.9 kv.m yaşayış, 65.7 kv.m köməkçi sahəsindən ibarət 2 mərtəbəli 6 otaqlı 107 A saylı fərdi yaşayış evi ünvanında yerləşən əmlaka tutma yönəldilməsi və əmlak 30 (otuz) gün müddətinə boşaldılması, bundan əlavə ipoteka qoyan X2 tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 31061 manat 98 qəpik pul tutulması haqqında xx.xx.2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydi aparılmışdır. İcra qeydinin aparılması Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Abşeron rayon İcra Şöbəsinin icraatına daxil olmuş mülki iş, mənə bildiriş icraata başlama qərarının surəti təqdim edilmədən müxtəlif icra hərəkətləri aparılmış hərrac keçirilməsi barədə “X1 Mərkəzi” MMC-nə sifariş verilmiş, 25% aşağı olan qiymətilə 80.000 (səksən min) manat qiymətlə tələbkar eldə etmişdir. Kredit Təşkilatı ilə aramızda şifahi razılıq əsasında mənə məxsus əmlak hərracda satılmalı deyildi. "xxxx" Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi ona hissə-hissə ödəniş etməsini və onun da hərracdan satışı dayandırdığını bildirmişdir. Halbuki, icra məmuru əmlakı qiymətləndirərkən, yaxud satışa göndərərkən ipoteka qoyan kimi ona bildiriş verilməli, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyi ona təqdim olunmalı idi. Bundan başqa əmlak qiymətləndirilərkən baxış keçirilməmiş, anoloji qaydada rəy tərtib olunmuş “Qiymətləndirmə haqqında” qanunun tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirir ki, hərracla bağlı heç bir sənədi imzalamamışdır. Hərracın yenidən keçirilməsini istəyir. Lakin verilmiş suallar əsasında buna dair sübut təqdim etməmiş və tələbini ətraflı əsaslandıra bilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" BOKT MMC xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməməsinin üzrlü hesab edilərək iddia tələbini təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin faktiki əsaslarına dair sübut təqdim edə bilməmişdir. Belə ki, məhkəmənin 5 hazırlıq iclasından, yalnız 2 hazırlıq iclasında iştirak etmiş, digər iclaslarda iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəmə məlumat verməmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nə iddiaçı, nədə onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Abşeron rayonu 2 saylı Notariat Ofisi və “X1 Mərkəzi” MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, iddia ərizəsinə verilmiş etirazı, ona əlavə edilmiş sübutları, eləcə də iş materiallarında olan digər sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - “X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, YP 133 nömrəli protokolunun surətinə əsasən müəyyən olunur ki, Abşeron rayonu 2 saylı Notariat Ofisinin 8i-3040 saylı, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində 0.025 ha torpaq sahəsi və üzərində yerləşən 107 A saylı fərdi yaşayış evi açıq hərracda təkrar satış qiyməti 80.000 manat müəyyən edilməklə 51.000 manata "xxxx" Bokt MMC-yə satılmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, notariat ofisinin icra qeydinə əsasən tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi müəyyən edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərracın qanunsuz olduğunu iddia edərək hərracın yekun protokolunun və onun bütün nəticələrinin etibarsız hesab olunmasını xahiş edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair etiraz və sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə qeyd edir ki, hazırkı halda iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəlləsinin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Mülki Məcəlləsinin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəlləsinin 414.3-ci maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəlləsinin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Qanunveriliyin tələbinə əsasən əqdin etibarsız hesab edilməsinə əsas olan hallar üçün müəyyən edilmiş konkret hallar vardır. Hazırkı halda iddia tələbində mübahisələndirilən protokolun tərtib edilməsi və hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməsinin, protokolun qanunsuz və əsassız olmasının müəyyən edilməsi üçün həmin hərracın keçirilməsi ilə bağlı müvafiq sənədlər və sübutlar araşdırmalıdır. Lakin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq hazırkı halda iddiaçı iddia tələbi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin Yasamal rayon Məhkəməsinin 2(004)- 5176/2024 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən mübahisənin mahiyyəti üzrə düzgün həll olunması və sübutların toplanması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubu əsasında Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən, xüsusi mülkiyyətdə olan 0.025 ha torpaq sahəsi və onun üzərində yerləşən 107 A saylı fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın nəticələrinə dair hərrac işi üzrə bütün materialların əslini və ya təsdiq edilmiş surətləri “X1 Mərkəzi” MMC-dən götürülməsi qərara alınmış və qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilmişdir. Buna baxmayaraq bu günədək qərardad icra edilməmişdir. Göründüyü kimi iddia tələbinin əsaslarını sübut edən dəlillər iddiaçı tərəfindən təqdim edilməmiş, həmçinin məhkəmə tərəfindən də əldə olunması mümkün olmamışdır. Belə olan halda iddia tələbi sübut olunmadığından təmin edilə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X3 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" BOKT MMC və X6 cəlb edilməklə cavabdehlər Abşeron rayonu 2 saylı Notariat Ofisi və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinə dair protokolunun etibarsız hesab edilməsi” tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-264/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-264/2024
02.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver