Məhkəmə qərarları › İş №2(004)-2642/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2642/2023

01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2642/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər “X1” və Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və ilkin hərracın yenidən keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən iddiaçıya məxsus olan “X2 Prado” markalı 90GB333 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair verilmiş xx.xx.2023-cü il tarixli 0067/23 saylı ekspert rəyinin etibarsız hesab edilməsi və ilkin hərracın yenidən keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 02/2021 saylı 24 noyabr 2021-ci il tarixli Qərardadına əsasən “Borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir”. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-4509/2020 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə həmin icra sənədi üzrə icra icraatına başlamış Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına əsasən iddiaçıya məxsus avtomobil üzərinə həbs qoyulmuş, icra məmurunun sifarişi əsasında avtomobil qiymətləndirilmiş, hərracı həmin icra məmuru sifariş etmiş, hərrac baş tutmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ona məxsus avtomobilin ilkin (başlanğıc) satış qiymətini icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət qaydasında Binəqədi rayon məhkəməsində mübahisələndirməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, o, ona məxsus avtomobilə dair Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 0067/23 saylı ekspert rəyini Binəqədi Rayon İcra şöbəsinin icra məmurunun hərəkətlərindən şikayət qaydasında Binəqədi Rayon Məhkəməsində mübahisələndirə bilər. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət vermək olar. Hakim Təhminə Xəlilova İş № 2(004)-2642/2023 Məhkəmə iclasından kənar hərəkət barədə Protokol Yasamal Rayon Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı cavabdehlər “X1” və Cavabdeh1 MMC-yə qarşı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi və ilkin hərracın yenidən keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət 10:40-da başladı. Prosessual hərəkət 11:00-da başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar