Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2655/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus bir baş iribuynuzlu inəyin dəyəri olan 1800 (bir min səkkiz yüz manat) məbləğində sığorta ödənişinin və 38 ( otuz səkkiz) manat məhkəmə rüsumu olmaqla, ümumi olaraq 1838 manat pulun cavabdeh təşkilat "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Quba rayonu, Xanəgah kəndi ərazisində hərəkət edən 99GR680 dövlət qeydiyyat nişanİı Mitsubishi Pajero-İO minik markalı avtomobilin sürücüsü X13 hərəkətdə olarkən ehdiyyatsızlıq üzündən ona məxsus olan 1 (bir) baş iribuynuzlu heyvanı vurmuşdur. Hadisə baş verən gün vurulan iribuynuzlu mal ölməmişdir. Lakin hadisənin baş verməsindən bir gün sonra, mal onun həyətində ölmüşdür. İribuynuzlu heyvanın ölümünə səbəb, hadisə zamanı malın iç orqanlarının (ürək, dalaq, ağciyər, qaraciyər ) zədələnməsi olmuşdur. Bu fakt Quba rayonu Bad kəndində baytar köməkçisi işləyən İsrafilov Elman tərəfindən heyvanın yarılması zamanı öz təstiqini tapmışdır və bununla bağlı arayış Quba rayon Polis Şöbəsinin baş tədqiqatçısı Polis mayoru X2 təqdim edilmişdir. Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində, iş açılmış, araşdırılma aparılmış və qərar qəbul edilmişdir. Hadisə baş verən hün **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC şirkətində sığortalı olmuşdur. İnəyin ölümünə səbəb avtomobilin onu vurmasının olduğunu sübuta yetirilməsinə baxmayaraq, "xxxx" ASC ona dəymiş zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Hadisədən 7 ay keçməsinə baxmayaraq, hələ də sığorta şirkətindən pulunu ala bilməmişdir. Ona məxsus ölmüş inəyin bazar dəyəri 1800 manat dəyərində olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X14 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən iribuynuzlu inəyin bazar dəyərinin 1200 manat məbləğində qiymətləndirilmişdir. Odur ki, ddiaçıya həmin məbləğdə sığorta ödənişi ödənilməli olduğunu bildirərək, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Quba rayon Polis şöbəsinin TB-nun baş tədqiqatçısı, polis mayoru X1 xx.xx.2022-ci il tarixli qərarına əsasən müəyyən olunmuşdur ki, X9 barəsində cinayət işinin başlanması rədd edilmiş, X9 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surətinin Quba rayon Polis Şöbəsinin DYPB-yə göndərilməsi qərara alınmışdır. Qərarın məzmunundan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi Mitsubishi Pajero markalı 99GR-680 dövlət nömrə nişanlı avtomaşınla atası X5 ilə Quba şəhərinə getmək üçün hərəkətə başlamış və Quba rayonu, Xanagah kəndinin ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməmiş, nəticədə Quba rayonu Xanəgah kəndinin ərazisində yolun eniş hissəsində sağ tərəfdən qarşılarına bir neçə inək çıxmış və inəklərdən biri qaçıb avtomaşının qabağına keçmiş və o, əyləcdən isdifadə etsədə, avtomaşın inəyin qarın nahiyəsinə dəymiş və inək yerə yıxılmışdır. Səhəri gün yəni, 21 sentyabr 2022-ci il tarixdə Quba rayon Rustov kənd sakini X17 oğluna məxsus həmin bir baş inək həyətdə ölmüşdür. Bununla bağlı Natiq Güləliyevə 1800 manat məbləğində maddi ziyan dəymişdir. 21 sentyabr 2022-ci il tarixdə Quba rayonu Bad kəndində baytar köməkçisi İsrafilov Elman, Məngə kənd sakinləri İsrafilov Əkbər, həmin kənd sakini X7 iştirakı ilə sonuncuya məxsus 1 baş inəyi 20 sentyabr 2022-ci il tarixdə maşınla vurub öldürmüşdür. Heyvan orta köklükdə, diri çəkisi 300 kq, 5 yaşlı qırmızı rəngli və boğaz idi. Yarma zamanı heyvanın daxili orqanları (ürək, dalaq, ağciyər, qara ciyər və qarın) tamamilə zədələnmişdir. xx.xx.2022-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” elektron qərara əsasən X13 xx.xx.2022-ci il tarixdə saat 18:00-da Quba rayon Girdah kənd yolu ərazisində Mitsubishi Pajero İO-markalı 99GR680 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək barəsində 40 manat məbləğində cərimə edilmə tənbeh növü seçilmişdir. xx.xx.2022-ci il tarixli PXA********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan MİTSUBİSHİ PAJERO-İO markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 12 ay müddətinə icbari sığortalanmışdır. "xxxx" MMC tərəfindən tərtib olunmuş 0515-01/23 nömrəli, xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən müəyyən olunur ki, iribuynuzlu inəyin dəyəri 1200 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli № 3- 34/2-67/04-1/2023 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğu edilən məhsulun Dövlət Statistika Komitəsi tərəfindən qiymət müşahidəsi aparılan məhsulların siyahısına daxil olmadığını nəzərə almağımız xahiş edilir. Eyni zamanda bildirilmişdir ki, Dövlət Statistika Komitəsi tərəfindən məhsulların pərakəndə satış qiymətləri üzərində təşkil olunmuş statistik müşahidə məhsullarının hər bir növü üzrə deyil, əhali tərəfindən daha çox isdehlak edilən 425 adda ərzaq və qeyri ərzaq məhsulu üzrə yalnız istehlak qiymətləri indeksinin hesablanması məqsədi ilə aparılır. Qiymət müşahidəsi aparılan məhsullar üzrə orta aylıq pərakəndə satış qiymətləri və istehlak qiymətləri indeksi haqqında məlumatları Komitənin rəsmi informasiya mənbəyi olan www.stat.gov.az internet saytında https://www/stat/gov/az/source/price _tarif linkinin “Bülletenlər” bölməsində yerləşdirilmiş “Qiymətlər və qiymət indeksləri” adlı bülletendən əldə etmək olar. Azərbaycan Respublikasının Kənd Təsərüffatı Nazirliyi “X12” X21 tərəfindən xx.xx.2023cü il tarixli № 3-22-21/2-146/2023 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, məhkəmə icraatında iddiaçının pul tələbi ilə bağlı bir baş inəyin 2022-ci il 21 sentyabr tarixində olan bazar dəyəri ilə bağlı məlumatların ( mütəxəssis rəyinin) təqdim edilməsi barədə müraciətimizə Kənd Təsərrüfatı Nazirliyi X6 Mərkəzində aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, inəyin bazar qiyməti onun cinsindən yaşından fizioloji vəziyyətindən, təyinatından (damazlıq və ya əmtəəlik) təsərüfat yararlılığından və bir çox digər göstəriciləri əsasında formalışır. Eyni zamanda diqqətimizə çatdırılmışdır ki, müvafiq bazar iştirakçıları arasında aparılmış şifahi sorğuya əsasən 2022-ci ildə əmtəəlik inəyin diri çəkisinin 1 kiloqramının bazar qiyməti yaşından asılı olaraq 4-6 manat, damazlıq inəyin diri çəkisinin 1 kiloqramının bazar qiyməti isə süd məhsuldarlığından asılı olaraq 4-8 manat civarında olduğunun nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 884.6-cı maddəsinin tələblərinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci və 16.2-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində maddi zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirmir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1800 (bir min səkkiz yüz) manat sığorta ödənişi və iddia ərizəsinin verilməsinə görə ödənilmiş və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1800 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişi və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2655/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2655/2023
01.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver