Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-266/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş 2503,98 manat məbləğində maddi ziyan və sağlamlığına dəymiş fiziki zərərin və 4300 manat məbləğində mənəvi zərərin, cəmi 6803,98 manat məbləğində kompensasiyanın cavabdendən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra "iddiaçı") Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasında baş müəllim işləyir. xx.xx.2023-cü il tarixində işdən çıxıb yaşadığı ünvana qayıdarkən Ə.Ələkbərov küçəsində çox sürətlə gələn Kia Cerato markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada zolağının üzərindən keçərkən onu vurub yolun ortasına atmışdır. İddiaçı zərbənin gücündən özünü itirmiş, ətrafda toplanan insanlar iddiaçının dağılmış çantasını, sınmış eynəyini və əşyalarını bir yerə yığıb ona kömək etmək etmişlər. Yaxınlıqda olan polis əməkdaşları köməyə gəlmiş və iddiaçını yıxıldığı yerdən çox çətinliklə qaldırmışlar. İddiaçı bədəninin çanaq və qarın nahiyələrində həddindən artıq ağrılar hiss etmişdir. Kia Cerato markalı **-OB- *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh, həmin avtomobillə iddiaçıya xəsarət yetirən şəxs isə onun oğlu, hadisə baş verən vaxt sürücülük hüququ olmayan X16 olmuşdur. YPX əməkdaşlarından biri iddiaçını Respublika Klinik Xəstəxanasının X24 aparmışdır. X20 sol tərəfində kəskin ağrılar olduğu üçün iddiaçının 5 proyeksiyada - sol çiyin, sol dirsək, canaq, sol bud, sol baldır nahiyələri rentgendən keçirilmiş, qarın boşluğunda kəskin ağrılar olduğu üçün fasilələrlə 2 dəfə USM (uzi) müayinəsi olunmuşdur. Ağrı olduğu və sol tərəfində möhkəm əziklər müşahidə edildiyi üçün rentgen edilən nahiyələr və sol böyrək, bel-oma nahiyəsi daxil KT müayinəsi də edilmişdir. X24 daxil olduğu zaman iddiaçının təzyiqi yüksək olmuş, axşama yaxın düşmə müşahidə edilmişdir. İddiaçı saat 18.40-da Təcili Yardımdan evə buraxılmışdır. İddiaçı rentgen olunan vaxtda ona xəsarət yetirən avtomobili idarə edən Həsən Vəliyevlə bərabər onun anası Cavabdeh da orada olmuş, sınıq olmadığını öyrəndikdən sonra getmişlər. Hadisədən bir gün sonra Yasamal RPİ-nin təhqiqatçısı X9 zərərçəkmiş şəxs olaraq iddiaçıya zəng etmiş, xəsarət yetirən sürücünün anasının onu görmək istədiyini bildirmiş və zərərvuranlarla görüşməyi məsləhət görmüşdür. Avtomobillə iddiaçıya xəsarət yetirən X16 və anası Cavabdeh iddiaçı ilə onun evində görüşmüş və müalicə üçün gərək olanları almaq üçün pul yardımı etmək üçün 2-3 gün vaxt istəmişdir. Hadisə baş verəndən 6 gün sonra 17 aprel 2023-cü il tarixində Cavabdeh gündüz iddiaçıya zəng etmiş və 200 manat gətirəcəyini bildirmişdir (guya iddiçıya xəsarət yetirən Vəliyev Həsən aprelin 14-də imtahan verdikdən sonra telefonunu satacaq və əldə edəcəyi 200 manatı iddiaçıya verəcəkmiş). Bundan başqa, Cavabdeh telefon danışığı zamanı növbəti həftədə də iddiaçının qırılmış eynəyinin əvəzinə yenisini almaq üçün ona 300 manat (eynəyin 350 manat qiyməti vardır) verəcəyini və bundan sonra heç nəyə ümid etməməyi bildirmişdir. 2023-cü il aprelin 17-dən sonra Cavabdeh və X16 iddiaçı ilə telefonla, yaxud birbaşa hər hansı əlaqə qurmamışlar və ona heç bir maddi yardım etməmişlər. İddiaçı aldığı xəsarətlər üzündən uzun müddət ərzində müalicə olunmuş, indi də müalicə olunmaqda davam edir. Onun bədəninin qarın, sinə baş və boyun nahiyələrində ağrılar hazırda azalsa da, bəzən həmin ağrılar şiddətlənir və nəticədə funksional pozuntulara səbəb olur. İddiaçı aldığı xəsarətlər səbəbindən məcburiyyət qarşısında qalaraq 2 həftəlik bülleten götürmüşdür. Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X9 18 aprel 2023-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib. Həmin qərardan məhkəmə nəzarəti qaydasında iddiaçının verdiyi şikayətə baxan Yasamal Rayon Məhkəməsi qanunsuz və əsassız hesab edərək 12 may 2023-cü il tarixli həmin qərarı ləğv etmişdir. İddiaçının barəsində iki dəfə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə-tibb ekspertizasının 376 nömrəli birinci rəyində gəlinən nəticə ilə, təhqiqatçının qərarının məhkəmə tərəfindən ləğvindən sonra keçirilən təkrar ekspertizanın rəyində gəlinən nəticə eyni olmuşdur: "sağlamlığıma zərər vurmayan xəsarət" (həm ilkin, həm də təkrar ekspertiza rəyləri ərizəyə əlavə olunur). Hər iki rəy təsdiq etmişdir ki, iddiaçıya xəsarət məhz avtomobillə və hadisə baş verdiyi tarixdə yetirilmişdir. İşə yenidən baxan Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X9 26 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmişdir. İddiaçı həmin qərarı 11 sentyabr 2023-cü ildə almışdır. X1 əhəmiyyətli dərəcədə pozmasına, Məhkəmənin 12 may 2023-cü il tarixli ləğv qərarında göstərilən qanun pozuntularını aradan qaldırmamasına, ümumiyyətlə isə həmin pozuntuların adını belə qərarında xatırlamamasına baxmayaraq, CPM-in 113.2-ci maddəsinə əsasən onun yenidən eyni iş üzrə icraat aparması qanunsuz olmuşdur. Məhkəmə öz qərarında göstərmişdi ki, iddiaçıya maddi ziyan dəysə də, təhqiqatçı bunu öz qərarında göstərməmiş, bununla da inzibati xəta törətmiş şəxslərin əməllərini yanlış olaraq, İXM-in 332.2-ci (X10 əməli) və 335.1-ci (Cavabdeh əməli) maddələri ilə tövsif etmişdir. Əslində isə onların əməlləri müvafiq olaraq İXM-in 332.4-cü və 335.3-cü maddəsi ilə tövsif edilməli idi. Məhkəmənin 12 may 2023-cü il tarixli qərarında göstərilən və təhqiqatçının yol verdiyi qanun pozutularından biri də inzibati xətanı törədən X10 hansı yol hərəkəti qaydasını pozmasının müəyyən edilməməsi və bunun üçün yol-nəqliyyat ekspertizasının keçirilməməsi idi ki, təhqiqatçı yeni icraat aparan zaman və qərar qəbul edərkən bunları nəzərə almamış və əvvəlki qərardan fərqli məzmuna malik olmayan, əvvəlki qərarla tam eyni olan qərar çıxarmışdır. 15. İddiaçı inzibati xətanı törədən şəxsin hərətəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi ziyana görə kompensasiya almalıdır. Odur ki, o, məhkəməyə müraciət edir. İddiaçı ona vurulmuş maddi və fiziki zərərə görə kompensasiyanı belə əsaslandırır: 1)həkim müayinələrinə ödənişlərə çəkilən xərclər-263 manat; 2)dərman vasitələrinin alınmasına çəkilən xərclər 1395,78 manat; 3) nəqliyyat vasitələrinin (taksi, avtobus) xidmətindən istifadəyə çəkilən xərclər-76 manat; 4) qəza zamanı istifadəsi yararsız hala düşmüş gözlük, çanta ayaqqabı-749 manat; digər xərclər-20 manat olmaqla cəmi 2503,98 manat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və iclasda iştirak etməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilərək, Kia Cerato markalı **-OB-*** d.q.n-lı avtomobilin sürücüsü X12 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinin və Kia Cerato markalı**-OB-*** d.q.n-lı avtomobilin sahibi Cavabdeh 335.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokollar tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın sürəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(004)-65/2023 saylı qərarından görünür ki, şikayət təmin edilmiş, Yasamal Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyevin qəbul etdiyi İddiaçı xəsarət aldığı yol nəqliyyat hadisəsi üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 aprel 2023-cü il tarixli qərar qanunsuz hesab olunaraq ləğv edilmiş, qərarda göstərilənlər nəzərə alınaraq, pozuntuların aradan qaldırılması üçün material üzrə cinayət-prosessual qanunvericiliyinə uyğun zəruri hərəkətlərin yerinə yetirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru tərəfindən cinayət-prosessual qanunvericiliyə uyğun araşdırılmaya nəzarət həyata keçirilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Yasamal RPİ-nin Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(004)-132/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu ilə məhkəmə təqdim edilmiş sənədlərdən görünür ki, Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X16 AR İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli Uroloqun müayinəsinə əsasən, dediyinə görə 11.04.23-də 12:15 radələrində işdən çıxarkən Ə.Ələkbərov küçəsində maşın vurub. Polis maşını ilə Respublika xəstəxanasının X24 çatdırılmışdır. Orada müayinə olunur (rentegn, MRT) xəstənin sol tərəfində, çiyin qurşağı sol dirsək, çanaq, sol bud, sol baldır nahiyyəsindəki ağrı şikayətləri olmuşdur. Hal-hazırda xəstə sol çiynindəki, sol bud-çanaq oynağı, sol baldırın orta 1/3 layır. Nahiyyəsindəki ağrılardan şikayət edir. Diaqnoz: sol çiyin nahiyyəsinin sol dirsək, sol-budçanaq oynağı nahiyyəsinin, sol baldırın orta 1/3-nin əzniyi. 1) Diklofenak 3.0 X1 dəfə 5 gün gündə 2 dəfə. 2) Etoflex gündə 2 dəfə. “Biloji Təbabət” Klinakasının 14 aprel 2023-cü il tarixli, BT 1/170 saylı arayışından görünür ki, X2 budun bayır səthinin yuxarı 1/3 nahiyyəsinin yumşaq toxumasının əzilməsi, hematoma, qançır diaqnozu qoyulmuşdur. 0164950 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, X7 xx.xx.2023cü ildən xx.xx.2023-cü ilədək müvaqqəti olaraq başqa işə keçirilməsi, 25 aprel 2024-cü ildən işə başlaması müəyyən olunmuşdur. X3 Dupleks angioskan müayinəsinə əsasən ultrasəs müayinədə üst və dərin venaların keçiriciliyi pozulmayıb, tromp əlamətləri qeyd edilməyib. BDV və KDV diametrləri normaldır, patoloji reflüks aşkar edilmir. Dərin venaların qapaq sistemi funksioanaldır. Restikular varikoz. C-1 (CEAP) diaqnozu qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, 5 ədəd diklofenak 75mg 3ml ampul, 2 ədəd 5 ml şpris, 1 ədəd nimesil, 1 ədəd pambıq, 1 ədəd tibbi spirt üçün 3.61 manat məbləğində ödəniş edilmişdir. 3286 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 1 ədəd boyunluq üçün 15 manat məbləğində ödəniş edilmişdir. “Audiomed” Eşitmə Mərkəzinin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, tibbi xidmətə görə 35 manat məbləğində ödəniş edilmişdir. “Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı”nın xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, otorinlarinqoloun müayinəsinə görə 50 manat məbləğində ödəniş edilmişdir. “Bioloji Təbabət” Klinikasının xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, həkim terapevt müayinəsinə görə 50 manat məbləğində ödəniş edilmişdir. “Kəpəz Hospital”ın xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, oftalmoloq müayinəsinə görə 100 manat məbləğində ödəniş edilmişdir. Həkim məsləhətinə əsasən xəstəyə: 1) Augenstock lubricant 0.2% gündə 3 dəfə 1 damla iki gözə + 3-dür 2) Augenstock lotopred plus gündə 2 dəfə 1 damla iki gözə 2 – 3) Nixor tub 20 mg 1 tab səhər 1 tab axşam 2 ay qəbul etməsi tövsiyə olunmuşdur. "xxxx" İstehsal Kommersiya Şirkətinin xx.xx.2023-cü il tarixli qəbzinə əsasən Augenstock lubricant 0.2%, Augenstock lotopred plus və Nixor tub 20 mg üçün cəmi 28.93 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli satış qəbzindən görünür ki, optik şüşələrə görə 521 manat məbləğində ödəniş edilmişdir. “Avrasiya Hospital”ın xx.xx.2023-cü il tarixli qaimə-fakturasından görünür ki, fleboloqun müayinəsinə görə 30 manat məbləğində ödəniş edilmişdir. İddiaçı “Bolt” Taksi xidmətindən istifadəsi ilə əlaqədar ödəniş qəbzlərindən görünür ki, 11.04.23-cü il tarixdə Respublika Klinik Xəstəxanasından (ünvan:Bakı şəhəri, Yasamal rayonu, X25 küçəsi 212) K Kazımzadə 75-ə gediş haqqı 2.91 manat; 13.04.23-cü il tarixdə “Gənclik Mall”dan (ünvan: Olimpiya 28c ) X15 (İnşaatçılar Pr. 12/26 ünvan) gediş haqqı 4.23 manat; 13.04.23 X8 (İnşaatçılar Pr.62 ünvan) Yasamal Rayon Polis İdarəsinə (Abdülvahab Salamzadə 7 ünvan) gediş haqqı 2.26 manat; 13.04.23-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən (Əbdülvahab Salamzadə 10) Respublika Klinik Xəstəxanasına (X25 212) gediş haqqı 1.60 manat; 13.04.23-cü il tarixdə Respublika Klinik Xəstəxanasından (X25 212) Ələsgər Ələkbərov 98 ünvanına gediş haqqı 2.32 manat; xx.xx.2023-cü il tarixdə X22 534 ünvanından X13 (İnşaatçılar Pr.12/26) gediş haqqı 2.77 manat; 17.04.23-cü il tarixdə Akademik M.A.Topçubasov adına X23 (X25 718) ünvanından Referans Poliklinikasına (Xan Şuşinski 37) gediş haqqı 2.43 manat; 17.04.23 AUDİOMED eşitmə mərkəzindən (S.Rəhman 34) X15 (İnşaatçılar Pr.21) gediş haqqı 2.77 manat; 18.04.23 Kazım Kazımzadə 73 ünvanından Elmlər Akademiyası metrosu yaxınlığına (Bəxtiyar Vahabzadə 60b) gediş haqqı 1.76 manat; 18.04.23-cü il tarixdə X22 534 1-dən X19 (Akad. Həsən Əliyev 17) gediş haqqı 2.08 manat; 18.04.23-cü il tarixdə X14 Akad. Həsən Əliyev 17) Kazım Kazımzadə 125a ünvanına gediş haqqı 1.87 manat; 18.04.23-cü il tarixdə X8 Kazım Kazımzadə 71 ünvanına gediş haqqı 1.76 manat; 20.04.23-cü il tarixdə Azadlıq Pr. 128a-dan X27 Pr. 98-ə (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası)-na gediş haqqı 4.00 manat; 20.04.23-cü il tarixdə X27 Pr.34 ünvanından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (Abdülvahab Salamzadə 10) gediş haqqı 2.45 manat; 20.04.23-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən (Əbdülvahab Salamzadə 10) CELT College Elmlər fililalına (Məmməd Rahim 50) gediş haqqı 1.89 manat; 05.05.23-cü il tarixdə Hüseyn Cavid 95A-dan Xarici Dairəvi 18a-ya gediş haqqı 4.65 manat; 12.05.23-cü il tarixdə Kazım Kazımzadə 73 ünvanından Yasamal Rayon Məhkəməsinə (Mikayıl Müşfiq küç.3) gediş haqqı 1.92 manat; 26.05.23-cü il tarixdə X14 X27 Pr. 34 ünvanına gediş haqqı 2.22 manat; 26.05.23 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və X6 Rayon Polis İdarəsinə gediş haqqı 2.51 manat; 26.05.23 Yasamal Rayon Polis İdarəsindən (Abdülvahab Salamzadə 10) Bakı Dövlət Universitetinə (Akad.Zahid Xəlilov küç.23) gediş haqqı 1.76 manat; 26.04.23-cü il tarixdə Bakı Dövlət Universitetindən (Akad.Zahid Xəlilov küç.23) Yasamal rayon Prokurorluğuna gediş haqqı 2.24 manat; 02.06.23-cü il tarixdə X14 (Akad. Həsən Əliyev 17) X27 Pr. 34 ünvanına gediş haqqı 2.40 manat; 20.07.23 Kazım Kazımzadə 73 ünvanından Yasamal Rayon Polis İdarəsinə (Abdülvahab Salamzadə 10) gediş haqqı 2.13 manat; 20.07.23-cü il tarixdə Yasamal Rayon Polis İdarəsindən (Abdülvahab Salamzadə 10) Akad.Həsən Əliyev 17-yə gediş haqqı 1.92 manat təşkil edir. Digər xərclərin ödənişi cədvəlinə əsasən, ekspertizaya təqdim etmək üçün şəkillərin çıxarılması (2 nüsxə) 9.00 manat; məhkəməyə şikayət ərizəsinin poçtla sifarişli göndərişi (3 dəfə) 8.40 manat; Daxili işlər Nazirliyinə ərizənin poçtla sifarişli göndərişi 2.80 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X16 xx.xx.2023-cü il tarixində saat 12:15 radələrində anası Cavabdeh məxsus Kia Cerato markalı 90-OB138 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Ə.Ələkbərov küçəsində hərəkətdə olduğu zaman piyada zolağından keçən İddiaçı vurmuşdur. Məhkəmə-tibb ekspertizasının 376 nömrəli rəyinə əsasən, vətəndaş İddiaçı sağlamlığa zərər vurmayan xəsarət yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan məsuliyyət yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zamanı zərər çəkmiş şəxsin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olduqda yaranır. Odur ki, Kia Cerato markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 əməlində cinayət tərkibi deyil, inzibati xəta olması müəyyən edilmişdir. Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə X16 AR İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Yasamal Rayon DYPŞ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh AR İXM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 60 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı Cavabdeh tərəfindən ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanının ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, qismən təmin edilməlidir. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin təqsiri üzündən sağlamlığına dəymiş ziyanla bağlı həkim müayinələrinə ümumilikdə 265 manat, dərmanlara 47,54 manat, optik eynəyə 521 manat, taksi xidmətlərinə görə 38,86 manat, poçt xidmətlərinə görə isə 11,2 manat məbləğində xərc çəkmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixdə 5 ədəd “senadeksin 70 mg” adlı dərmanı hansı resept əsasında almasını iş materialları ilə müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı tərəfindən tərtib olunmuş “tibbi müayinələr üçün çəkilən xərclər” cədvəlinin 2-ci bəndində adıçəkilən dərmanlara görə 14.73 manat, 4-ci bəndində adıçəkilən dərmanlara görə 177.12 manat məbləğində xərc çəkməsini təsdiq edən sübutlar iş materiallarında aşkar olunmamışdır. İddiaçının 4 seans Kriolazer müalicəsi alması, endokrinoloq müayinəsi, labarotoriya və digər xərclərinin hazırki işlə əlaqəsi məhkəmə tərəfindən müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər –inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlərin yetirilməsinin, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinin işdə olan sənədlərlə sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, mənəvi zərərin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 700 manat mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 883,6 (səkkiz yüz səksən üç manat altmış qəpik) manat məbləğində maddi ziyan və 700 (yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 883,6 (səkkiz yüz səksən üç manat altmış qəpik) manat məbləğində maddi ziyan və 700 (yeddi yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-266/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-266/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver