Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2678/2020 25.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili X5, müstəqil tələb irəli sürməyən X2 nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dairmülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasından imtina etməsini qəbul edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək bildirdi ki, o, artıq cavabdehlərlə məhkəmədən kənar razılıq əldə etmişdir və bu səbəbdən də, iddiasından imtina etmək qərarına gəlmişdir. İddiadan imtina etməsinin nəticələri ona məlumdur, hazırda və eləcə də, gələcəkdə cavabdehlərə qarşı hər hansı tələbi olmayacaqdır. Odur ki, ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili X6 ərizəyə etiraz etməyərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən X2 nümayəndəsi və eyni zamanda vəkili X4 da, ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini məhəmədən xahiş etdi. Məhkəmə iddiadan imtina edilməsi barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina edilməsi qəbul edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı öz iddia tələbindən imtina edilməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək məhkəməyə təqdim etmişdir. Ona görə də, iddiaçının öz iddia tələbindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən X3 qarşı maddi və mənəvi zərərin ödənilməsitələbindən imtinası qəbul edildiyi üçün iş üzrə icraata xitam verilməli və iddiaçıya Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən X3 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair2(004)-2678/2020 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2678/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2678/2020
25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver