Məhkəmə qərarları › İş №2(004)-2688/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2688/2024

11.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2688/2024 11.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və üçüncü şəxslər "xxxx" QSC-yə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nə qarşı hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və üçüncü şəxslər "xxxx" QSC-yə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nə qarşı hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələrin hərracın yekunlarına dair xx.xx.2024-cü il tarixli 24/24 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" QSC-nin adına verilmiş **********97-10301 nömrəli reyestr və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hərracın yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-37/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən İddiaçı, X6 və X3 tələbkar "xxxx" QSC-nin xeyrinə 47378,21 manat pul vəsaitinin tutulması, tutmanın İddiaçı və X8 məxsus, Gəncə şəhəri, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına tələbin təmin edilməsi qət edilmişdir. Bundan sonra, icra vərəqəsi əsasında ipoteka predmeti olan əmlak satılması üçün açıq hərraca çıxarılmış və icra məmurunun sifarişi ilə hərracın keçirilməsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir. Hərrac baş tutmadığından, hərracın yekunlarına dair xx.xx.2024-cü il tarixli 24/24 saylı protokola əsasən, əmlak ipoteka saxlayan "xxxx" QSC tərəfindən 174 738,75 manata əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən isə həmin əmlak **********97-10301 nömrəli reyestr və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə "xxxx" QSC-nin mülkiyyətinə keçmişdir. Bildirmişdir ki, Cavabdeh1 açıq hərracın keçirilməsi ilə bağlı Cavabdeh2 MMCyə verdiyi sifarişdən, həmçinin hərrac təşkilatı tərəfindən keçirilmiş hərraclardan onun xəbəri olmayıb. Belə ki, hərracların keçirilmə yeri və vaxtı barədə ona bildirişlər göndərilməyib, hərrac onun iştirakı olmadan keçirilib. Bununla da, həm Cavabdeh1, həm də hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi qaydaları ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun bir sıra tələbləri pozulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata hərracın keçirilməsi barədə sifariş verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Lakin, icra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığı olmadan hərracın keçirilməsini Cavabdeh2 MMC-yə həvalə etmişdir. Bununla bağlı Gəncə İcra İdarəsindən, həmçinin hərrac təşkilatı tərəfindən ona hər hansı müraciət edilməyib və onun belə bir razılığı alınmayıb. Bundan başqa, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində qeyd olunan sifarişli poçt göndərişinin (məktubun) anlayışı “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsində verilmişdir. Həmin maddəyə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafıq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Lakin, yuxanda qeyd etdiyim kimi, hərracların keçirilmə yeri və vaxtı barədə o, bildiriş almamış, hərrac onun iştirakı və xəbəri olmadan keçirilib. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən, həmin qanunla müəyyən edilən qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə (onların etibarsızlığına) səbəb olur. Ona görə də, “İpoteka haqqında və “İcra haqqında” qanunlarla müəyyən edilmiş qaydaların pozulması ilə keçirilən hərracın nəticələri və yaşayış evinə dair hərracın yekunları barədə protokola əsas daşınmaz əmlakın dövlət reyestrindən "xxxx" ASC-nin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh2 MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdehlər Əmlak Hərrac Mərkəzi MMC-yə, Cavabdeh1nə və üçüncü şəxslər "xxxx" QSC-yə və Daşınmaz Əmlakln Kadastrı və Reyestri X9rşı “hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “Gəncə şəhəri, Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0.0714 ha torpaq sahəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın nəticələri və hərracın yekunlarına dair xx.xx.2024-cü il tarixi, 24/24 saylı protokolun və həmin əmlaka dair daşınmaz əmlakın reyestri xidməti tərəfindən "xxxx" QSC-nin adına verilmiş **********97-10301 nömrəli reyestr və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, hərracın yenidən təşkil olunması barədə” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hərracın keçirilmə yeri və vaxtı barədə bildiriş almamış, hərrac onun iştirakı və xəbəri olmadan keçirilib. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əlavə edilən AR Ədliyyə Nazirliyi Gəncə Şəhər üzrə İcra İdarəsi tərəfindən verilmiş A.C e-262084/23 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 37/2023 saylı, xx.xx.2023-cü il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 274.100 (iki yüz yetmiş dörd min yüz) manat, "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyətdə olan, ünvan 1 ünvanında yerləşən 10 saylı fərdi yaşayış evi və 0.0714 ha torpaq sahəsinin açıq hərracda satılması Əmlak Hərrac Mərkəzi MMC-yə sifariş olunmuşdur. (xx.xx.2023-cü il tarixli sifarişin surəti əlavə edilir). Sözügedən hərrac sifarişi uzrə ilkin hərracın keçirilməsi 09 yanvar 2024-cü il, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclular İddiaçı, X8, X7ma, eləcə də tələbkar Accessbank QSC-nə 2383/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş göndərilmişir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.binanews.azt dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com’') yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 09 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. (xx.xx.2024-cü il tarixli protokolun surəti əlavə edilir) Nəzərə çatdırmağı zəruri hesab edir ki, 09 yanvar 2024-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla 26 yanvar 2024-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X1 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2024-cü il tarixə, saat 10:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X1 (Portalında) (www.birianews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) dərc olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “təkrar hərracın keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli, 31/24 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. (Bildirişin və poçt qəbzinin surəti əlavə edilir) Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasına dair” 26 yanvar 2024-cü il tarixli protokolun surətindən görünür ki, 26 yanvar 2024-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2024-cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən xx.xx.2024-cü il tarixli, 87/24 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" QSC-ti xx.xx.2024-cü il tarixli, OUT-2024/02/05-50 nömrəli məktubla ipoteka predmetini təklif edilən qiymətə əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X2” nəzdində Cavabdeh2 MMC-ti tərəfindən xx.xx.2024-cü il tarixli, 24/24 saylı “X10 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin müşayiət məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi İcra Şöbəsinə göndərilmişdir. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də etiraz mülahizələrinə əlavə edilən sənədlərdən görünür ki, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borclulara müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Göstərilənləri nəzərə almaqla, işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək və bu barədə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, icra mərhələsində, hərrac dövründə belə ipotekaqoyan məlumatlı olub. Borclu ilə borcun güzəştli şərtlərlə bağlanması barədə ipotekasaxlayan tərəfindən cəhdlər edilsədə cəhtləri nəticəsiz qalmışdır. Hərracın qanunauyğun şəffaf formada keçirilməsi ipotekasaxlayana da bəllidir. Hətta əmlakını hərracda yüksək qiymətə satılması üçün alıcı taparaq satılması təklif edilsə də, nəticəsiz qalmışdır. Hesab edir ki, iddianın verilməsi qanunvericiliklə verilmiş hüquqlardan sui istifadə edilməsidir və məhkəmə aktının icrasını uzatmaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alıb, işin hüquqi və faktiki hallarını nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh2 MMC, Cavabdeh1 və üçüncü şəxs “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi” məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyərək, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 MMC etiraz ərizəsində işə nümayəndələrinin iştirakı olmadan baxaraq iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı, X11 və X3 müştərək qaydada 06R000010735 nömrəli kredit razılaşması üzrə əsas 11337,50 ABŞ dolları əsas, 1948,79 faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 13296,29 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, 06RQQ0019495 nömrəli kredit razılaşması üzrə 54132,60 ABŞ dolları əsas, 9304,75 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 63447,35 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsı üzrə, 006R********** nömrəli kredit razılaşması üzrə 5917,64 ABŞ dolları əsas, 1014,38 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə olmaqla, cəmi 6942,02 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 21 manat xidmət haqqı "xxxx" QSC-nə ödənilməsi; tutmanın öhdəliyinin təmini kimi ipoteka ilə yüklü edilmiş paylı mülkiyyət hüququ üzrə İddiaçı və X8 məxsus Gəncə şəhəri Nizami küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması; ilkin satış qiyməti 220000 manat dəyərində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Nizajrıi küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin və 0,0714 ha torpaq sahəsinin satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi; ünvan 1ndə yerləşən 10 nömrəli fərdi yaşayış evinə və 0,0714 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılması və "xxxx" QSC-nə təhvil verilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə məhkəmə ekspertiza xərci 165 manat İddiaçı, X11 və X3 müştərək qaydada tutularaq X4, KOD 210005 VÖEN ********* m/h, AZ41NABZ******************** SWİFT BİK: CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** büdcə səviyyəsinin kodu 3 hesab AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319 ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-26/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin 220000 manat dəyərində qiymətləndirilməsi” hissəsində dəyişdirilmiş, həmin hissədə ipoteka predmetinin likvid satış qiyməti 274100 manat müəyyən olunmuş, ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdeh İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AzMEM, VÖEN 140155071, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ******************** SWİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2681/2023 saylı, 28 avqust 2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- 37/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 28 avqust 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi 17 oktyabr 2023-cü il tarixdə verilmişdir. Hərracın keçirilməsi haqqında Cavabdeh1 A.C № e-262084/23 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubu Cavabdeh2 MMC-yə daxil olmuş və Cavabdeh2 MMC tələbkar "xxxx" QSC və borclular İddiaçı, X11 və X5 Cavabdeh1 A.C № e-262084/23 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən ünvan 1ndə yerləşən 10 nömrəli fərdi yaşayış evin və 0,0714 ha torpaq sahəsinin xx.xx.2024-cü il tarixdə, saat 10:00-da ilkin hərrac, xx.xx.2024-cü il tarixdə, saat 10:00-da satılmaq üçün təkrarən açıq hərraca çıxarılacağı barədə məlumatlandırmış, bu barədə sonuncuya 2383/23 saylı, xx.xx.2023-cü il tarixli və 31/24 saylı, xx.xx.2024-cü il tarixli bildirişlər rəsmi qaydada poçt vəsitəsi ilə göndərilmişdir. Bununla yanaşı hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Cavabdeh2 MMC-nin ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokoluna əsasən, Cavabdeh1 sifarişi əsasında hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən Cavabdeh2 MMC cavabdehə məxsus ünvan 1ndə yerləşən 10 nömrəli fərdi yaşayış evi və 0,0714 ha torpaq sahəsini təkrar hərraca çıxarmış və ipoteka saxlayan "xxxx" QSC həmin əmlakı 174738,75 manata əldə etmiş və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair X10 barədə 24/24 saylı, 09 fevral 2024-cü il tarixli Protokola əsasən, sözü gedən fərdi yaşayış evi və torpaq sahəsi tələbkar "xxxx" QSC-yə 174738,75 manata satılmasına dair, Cavabdeh2 MMC ilə "xxxx" QSC arasında hərracın nəticələrinə dair protokol tərtib olunmuşdur. Daha sonra mübahisəli əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 fevral 2024-cü il tarixli çıxarışına əsasən "xxxx" QSC-nin adına tam mülkiyyət hüquqi kimi qeydiyyata alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43.2-ci maddəsinə əsasən bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.3-cü maddəsinin tələblərinə görə hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İstinad olunan Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Göründüyü kimi Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, o, qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, bu barədə iddiaçının qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada bildirişlər göndərmiş, hərrac barədə “Birjanyus” X1 (Portalında) (www.birjanews.az) elan verilmişdir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və üçüncü şəxslər "xxxx" QSC-yə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nə qarşı hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1nə və üçüncü şəxslər "xxxx" QSC-yə və “Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi”nə qarşı hərracın nəticələrinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar