Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2698/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdehlər “Cavabdeh2» BOKT MMC və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər “Cavabdeh2» BOKT MMC və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, cavabdehlərdən “X1 Mərkəzi” MMC-nin hüquqi ünvanı ünvan 1 mənzil 24-dür. Digər cavabdeh “Cavabdeh2» BOKT MMC-nin hüquqi ünvanı isə ünvan 2 Məhkəmə qeyd edir ki, cavabdehlərin rəsmi qeydə alındığı ünvan Səbail və Xətai rayonu olduğundan bu iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəməsində deyil, ərazi aidiyyəti üzrə iddiaçının seçiminə görə Səbail Rayon Məhkəməsi və ya Xətai Rayon Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər “Cavabdeh2» BOKT MMC və “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsi və ya Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edə bilərlər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2698/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2698/2021
31.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver