Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-270/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı Tapdıq oğlunun, İddiaçı Tapdıq oğlunun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Tapdıq oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tapdıq oğlu müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 iddiaçı və cavabdehlərin paylı mülkiyyətindədir. Həmin əmlakın 2/6 hissəsi iddiaçının paylı mülkiyyətindədir. Sözügedən əmlak faktiki olaraq naturada ayrılmışdır. Göstərilənlər nəzərə alınmaqla əmlakın hüquqi baxımdan naturada ayrılması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı Tapdıq oğlunun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Tapdıq oğlu məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Digər avabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanı İddiaçı Tapdıq oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 paylı mülkiyyətindədir (müvafiq paylar çıxarışda qeyd edilmişdir). İddiaçı Tapdıq oğlunun payı 2/6 hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/9959 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin daxilində yerləşdiyini, faktiki olaraq digər tikililərdən təcrid şəkildə ayrıldığını, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının küçəyə tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin faktiki vəziyyətinə uyğun olaraq naturada ayrılmasının “AzDTN 2.7-3 “Fərdi yaşayış evləri layihələndirmə normaları”nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkündür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. MM-in 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. MM-in 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3747 nömrəli rəyini əsaslı hesab edir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmiş hüquqi mövqeyini əsas götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xüsusatlar əsas götürülməklə məhkəmə nəzərə alır ki, sözügedən daşınmaz əmlak paylı mülkiyyətçi qismində iddiaçının payına münasibətdə faktiki olaraq ayrılmışdır. Hazırki iddia tələbi ilə faktiki ayrılmanın leqallaşdırılması xarakteri daşıyır. Əmlakın naturada ayrılması yolu ilə mülkiyətçilərin mülkiyyət hüquqlarının operativ təminatı təşkil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı Tapdıq oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə xərcinin tərəf(lər)dən tutulması mülki prosessual qanunvericiliyin imperativ (məcburi) tələbidir. Məhkəmənin həmin hissədə alternativ hərəkət etmək imkanı qanunla məhdudlaşdırılmışdır. Dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsində tələb olmadığından ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Tapdıq oğlunun 2/6 hissədə mülkiyyətçisi olduğu payı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitarqovşağı və s.) tikililərin İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin daxilində yerləşdiyini, faktiki olaraq digər tikililərdən təcrid şəkildə ayrıldığını, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının küçəyə tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin faktiki vəziyyətinə uyğun olaraq naturada ayrılmasının “AzDTN 2.7-3 “Fərdi yaşayış evləri layihələndirmə normaları”nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tapdıq oğlunun müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “payın naturada ayrılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı Tapdıq oğlunun 2/6 hissədə mülkiyyətçisi olduğu payı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin yerləşmə vəziyyətinə uyğun olan digər tikililərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin daxilində yerləşdiyini, faktiki olaraq digər tikililərdən təcrid şəkildə ayrıldığını, həmin tikililərə ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının küçəyə tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı Tapdıq oğlunun istifadəsində olan tikililərin faktiki vəziyyətinə uyğun olaraq naturada ayrılmasının “AzDTN 2.7-3 “Fərdi yaşayış evləri layihələndirmə normaları”nın 5.1 və 5.2 bəndlərinin, eləcə də Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq bölünsün. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci İddiaçı Tapdıq oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Tapdıq oğluna aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-270/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-270/2025
31.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver