Məhkəmə qərarları › İş №2(004)-2751/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2751/2021

14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2751/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Turalı Qara oğlunun katibliyi ilə, Üçüncü şəxsin “xxxx” ASC-nin nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 Mərkəzi” MMC-yə qarşı üçüncü şəxslər “xxxx” ASC, Abşeron Rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 Mərkəzi” MMC-yə qarşı üçüncü şəxslər “xxxx” ASC, Abşeron Rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs qismində iştirak edən “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddiaçının ərizəsini geri göturməsinə etirazını bildirməmişdir. Cavabdehlərin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı üçüncü şəxslər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, Abşeron Rayon İcra Şöbəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti cəlb edilməklə “hərracın etibarsız hesab edilməsi” tələbinə dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli Əsli ilə düzdür Hakim: Aytən Mir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar