Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2769/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsinin İddiaçı professor elmi adı verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmaqdan 30 mart 2023-cü il tarixli 14/1 saylı imtinasının qanunsuz hesab edilməsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsinin üzərinə İddiaçı professor elmi adı verilməsi üçün AR Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırmaq vəzifəsinin qoyulması, iddianın qaldırılması üçün çəkilmiş xərclərin cavabdehdən tutuması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, hazırki işi ictimailəşdirmək fikrində olmamışdır, düşünmür ki, cavabdehin onunla əlaqədar ədalətsiz qərarları universitetin məcmu bir qərarıdır, bu bir nəfər şəxsin subyektiv yanaşmasıdır və əslində də qanun pozuntusudur. O, Bakı Dövlət Universitetinin dosentidir, 7 il əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə Fərəh xanımın rektor olduğu vaxtda dəvət olunmuş, akademik karyera qurması üçün son 7 ilini həmin universitetdə keçirdib, 01 ildən sonra artıq təqaüdə çıxacağını bildirmişdir. O, hüquqları pozulduğu üçün rayon məhkəməsinə müraciət etmişdir. Lakin qeyd etmişdir ki, iddia tələbinə mahiyyəti üzrə inzibati məhkəmədə baxılmalıdrsa, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyi bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, cavabdeh dövlət orqanıdır, bu səbəbdən işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2 inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4 inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5 inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7 inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə dair iddialara; 2.2.8 bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrinə qarşı iddialarına. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 4-cü bəndinə əsasən, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, iddia tələbi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəyyən olunmuş imtinasının qanunsuz hesab edilməsindən və onun üzərinə vəzifə qoyulmasından ibarətdir. Belə kateqoriya işlərə Bakı İnzibati Məhkəməsində baxılır. Cavabdeh Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti hüquqi şəxsdir və dövlət orqanıdır. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə əsasən İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda İddiaçı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti” X4rşı professor elmi adının verilməsi üçün vəsatət qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2(004)-2769/2023 nömrəli mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2769/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2769/2023
09.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver