Məhkəmə qərarları › İş №2(004)-2771/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2771/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2771/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X2 ayrılmış sosial müavinətin, 4283,37 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2011-ci il təvəllüdlü X5 onun nəvəsidir. Onun valideynləri Cavabdeh2 Allahverdi oğlu, X8r. Valideynlər arasında rəsmi nikah Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X5 anasının himayəsinə verilmişdir. Qızı Ş.R.Əliverdiyeva 3 il bundan öncə dünyasını dəyişdi. Həmin vaxtdan da nəvəsi Əli onun himayəsində qalmışdır. Uşaq anadan olduqdan bu günədək atası onunla maraqlanmamış və demək olar ki, 14 ildir ki, uşaq atasını görmür və tanımır. Bundan sonra tərəfindən Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X3 onun – nənəsi İddiaçı himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeçiliyində DSMF-ə müraciət edilərək, ailə başçısının itirilməsi ilə əlaqədar nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X2 ödənilən sosial müavinətin ona verilməsi xahiş edilmişdir. DSMF ünvanladığı məktubla bildirmişdir ki, həmin müavinət xx.xx.2021-ci il tarixədn proaktiv qayada təyin edilmiş və ödənişlər xx.xx.2025-ci il tarixədək Cavabdeh2 ödənilmişdir. Bundan sonra tərəfndən cavabdeh ABB ASC-yə müraciət edilmiş və müraciətinin nəticəsinə bank tərəfindən xx.xx.2025-ci il tarixdə rəsmi olaraq bildirilmişdir ki, 4283,37 manat vəsait Cavabdeh2 hesabına köçürülmüşdür. Belə ki, Cavabdeh2 saxta yollarla hər kəsi aldatmış, azyaşlı və valideynsiz böyüyən X2 çatacaq pul vəsatini əsassız olaraq mənimsəmişdir. Uşaq anadan olduğu tarixdən bu günədək onun himayəsindədir və atasını tanımır. Yenidən tərəfindən cavabdeh ABB ASC-yə müraciət edilərək müavinətin Cavabdeh2 deyil, ona ödənilməsi xahiş edilmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə bundan imtina edilmişdir.

3. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçının qaldırmış olduğu iddia tələbi tamamilə qanunsuzdur, onun əvvəlki illərə görə pul tələb etməsi üçün subyektiv hüququ yoxdur. Bundan başqa həmin pullar onun tərəfində uşağın saxlanılmasına xərclənmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh1 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, M.Əliverdizadəyə xx.xx.2021-ci il tarixindən proaktiv qaydada təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin ödənişi xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 ödənilmişdir.

9. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 474 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh2 məxsus AZ81İBAZ******************** saylı hesabdan vəsaitin İddiaçı verilməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.1-ci və 964.2-ci maddələrinin tələbinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərənamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə isə yalnız məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş hallarda yol verilir. Qanunvericiliyin qeyd edilən tələbləri nəzərə alınmaqla, Cavabdeh2 məxsus hesabdan vəsaitlərin ona verilməsi mümkün deyildir.

10. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 468 nömrəli məktubuna əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının №44/ xx.xx.2025-ci il tarixli qəyyumluq sərəncamına əsasən və Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/2-m-40513/2025 saylı müraciət məktubuna uyğun olaraq bildirirlər ki, Cavabdeh2 AZ81İBAZ******************** saylı hesabına xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 4283,37 manat vəsait köçürülmüşdür.

11. Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin 03 mart 2025-ci il tarixli, 5-21-3/2-44/2025 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və qeydiyyatdadır, ailə tərkibi: nəvəsi – X4r.

12. Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ- İİİ seriyalı, 679935 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.

13. Azərbayan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti başçısının xx.xx.2025-ci il tarixli, 44 nömrəli sərəncamına əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 mülkiyyətlərinə hüququ olmadan nənəsi İddiaçı himayədar təyin edilmişdir.

14. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, iddiaçının 2008-ci ildən qonşusudur. Uşağın anası vəfat etdikdən sonra uşaq həmişə nənəsinin yanında qalmışdır. Atasını heç görməmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, iddiaçının 2002-ci ildən qonşusudur. İddiaçının nəvəsi 2 yaşından anası vəfat edəndən sonra nənəsinin himayəsindədir. Atasını təxminən 1-2 dəfə görüb. Uşağın anası və özü iddiaçının yanında yaşayıblar. Uşaq hal-hazırda da həmin evdə nənəsi ilə birlikdə yaşayır.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

22. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

23. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

25. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

26. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 tərəfindən M.Əliverdizadəyə xx.xx.2021-ci il tarixindən proaktiv qaydada təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin ödənişi xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 ödənilməsi nəzərdə tutulmuş və "xxxx" ASC tərəfindən Cavabdeh2 AZ81İBAZ******************** saylı hesabına xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 4283,37 manat vəsait köçürülmüşdür.

27. Göründüyü kimi qanunvericilikdə öhdəliyin zərər vurulması, əsassız varlanma və müqavilə əsasında yaranması nəzərdə tutulmuşdur. X2 xx.xx.2021-ci il tarixindən proaktiv qaydada təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinətin ödənişi xx.xx.2025-ci il tarixinədək Cavabdeh2 ödənilmişdir. Proaktiv qaydada təyin edilmiş ailə başçısını itirməyə görə pensiya isə ailə başçısını (məsələn, valideyn, həyat yoldaşı və ya ailəni maddi baxımdan təmin edən şəxs) itirmiş şəxslərə dövlət tərəfindən avtomatik, yəni müraciət etmədən təyin olunan sosial təminat növüdür. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olundu ki, yetkinlik yaşına çatmayan X7 anası vəfat etdiyi tarixdən faktiki olaraq nənəsi olan İddiaçı himayəsində olmuş, rəsmi qaydada isə xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyət Başçısının sərəncamına əsasən himayəsinə verilmişdir. Həmin vaxtadək yetkinlik yaşına çatmayan X1 faktiki olaraq nənəsinin himayəsində olması həm yetkinlik yaşına çatmayanın izahatı, həm də iş üzrə dindirilmiş digər şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh iddiaya etiraz edərək həmin məbləğin uşağın saxlanmasına xərcləndiyini bildirsə də, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin cavab məktubundan, həm də nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, Cavabdeh2 hesabında xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək yığılmış olan ümumi 4283,37 manat pul vəsaiti üzrə hər hansı məxaric əməliyyatı aparılmamışdır. Belə olan halda cavabdehin həmin pul vəsaitinin yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün xərclənməsi dəlili əsassızdır.

28. Bundan başqa məhkəmə cavabdehin etirazında qeyd etdiyini iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmaması dəlilinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

29. İddia tələbinin qanuni əsasının tapılması isə tərəflər arasında hansı hüquq münasibətinin yaranmasının düzgün müəyyən edilməsindən ibarətdir.

30. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir.

31. Qeyd olunan maddənin dispozisiya şərtlərindən də görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

32. Yuxarıda qeyd edilən işin hallarından da göründüyü kimi, cavabdeh heç bir hüquqi əsas olmadan varlanmış, hazırda yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi İddiaçı olduğundan məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 hesabından 4283,37 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir

34. Həmçinin iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 63 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

35. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh2 hesabından 4283,37 (dörd min iki yüz səksən üç manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamənin icrası "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar