Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2772/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, "xxxx" MMC-nə, Cavabdeh3 qarşı üçüncü şəxslər Səbail rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 ASC cəlb edilməklə hərrac nəticələrinin ləğvi, avtomobilin yenidən qiymətləndirilməsi və satışdan əldə olunmuş pulun ümumi borca yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, "xxxx" MMC-nə, Cavabdeh3 qarşı üçüncü şəxslər Səbail rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 ASC cəlb edilməklə hərrac nəticələrinin ləğvi, avtomobilin yenidən qiymətləndirilməsi və satışdan əldə olunmuş pulun ümumi borca yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"MMC tərəfindən 17-546 saylı 14 iyul 2017-ci il tarixli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Y-478 saylı, 06.09.2017-ci il tarixli Hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və ona məxsus olmuş ağ rəngli, buraxılış ili 2012-ci il olan MG-750 markalı 99- FD-972 dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiymətin müəyyən edilməsi, müəyyən olunacaq dəyərində pul vəsaitini "Bank Avrasiya“ASC ilə bağlanmış 12.08.2013-cü il tarixdə SF-521 saylı kredit müqaviləsi üzrə qalıq qalmış borca yönəlməsi tələbinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 12.08.2013-cü il tarixdə Sİ-521 saylı kredit müqaviləsini "Bank Avrasiya“ASC ilə bağlamış və 36 ay müddətinə 27582 ABŞ dolları məbləğində 17.5 % ilə avtomobilin alınması məqsədi ilə kredit qəbul elmiş və MG-750 markalı **- FD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi girov qoyulmuş və Bankın xeyrinə yüklü edilmişdir. Məlum avtomobil üçün ödəniş qrafiki açılmışdır və vaxtı-vaxtında ödənişləri həyata keçirmişdir. Ölkə ərazisində həm ABŞ dolların Azərbaycan manata nisbətdə bahalaşması və maliyyə vəziyyəti ilə bağlı nəqliyyat vasitəsini digər şəxsə etibarnamə əsasında hüquqlarını ötürmüşdür. 2020-ci ilin oktyabr ayında ona məlum olmuşdur ki, həmin avtomobilin borcu ilə bağlı onun əmək haqqının 50% tutulur və həmin borca ödənilir. Məhkəmə və icra şöbələrindən məlumat toplayan zaman məlum olmuşdur ki, birinci cavabdeh "Səraf- N“MMC tərəfindən 14 iyul 2017-ci il 17-546 saylı qeyd ilə daşınar əmlakı 3000 (üç min) manal qiymətində dəyərləndirmiş və ikinci cavabdeh tərəfindən 06.09.2017-ci il tarixdə Y-478 saylı protokol ilə 3000 manata həmin nəqliyyat vasitəsini üçüncü Cavabdeh3 satılmışdır. Həmin nəqliyyat vasitəsinin qiyməti heç bir halda 3000 manat ola bilməz idi. Hazırda ”turbo.az" saytına nəzər salsaq buraxılış ili 2011-ci ilin eyni rəngli eyni vəziyyətli avtomobili 19500 manat dəyərində satışa çıxarılmışdır. Bir qrup mütəşəkkil şəxslər tərəfindən, qabaqcadan onun mülkiyyətində olan avtomobili ucuz, qiymətə dəyərləndirməklə və sonradan salaraq gəlir əldə etmişdirlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ASC iddia ərizəsinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə mübahisə predmeti olan MG-750 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərrac vasitəsilə realizə olunmazdan əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon icra şöbəsinin 13.06.2017-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarına müvafiq olaraq 14.07.2017-ci il tarixində "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və buna müvafiq olaraq 14.07.2017-ci il tarixli, 17546 N2-İİ “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat” tərtib edilmişdir. Hesabatdan müəyyən olunur ki, qiymətləndirici tərəfindən əmlakın qiymətləndirilməsi həyata keçirilərkən əmlaka 23.06.2017-ci il tarixində baxış keçirilmiş və həmin tarixə onun real dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə kağız üzərində deyil, birbaşa baxış həyata keçirilməklə icra olunduğundan baxış zamanı nəqliyyat vasitəsinin texniki xarakterizəsində avtomobilin təkərlərinin, salonun yararsız olmağı, buferlərinin, şüşələrinin, akmulyatorun, təhlükəsizlik yastıqlarının mövcud olmaması, audio sistemin, kondisonerin, mərkəzləşdirilmiş idarəetmə sisteminin, işləməməsi, qapıların, banın, körpücüyün qismən yararlı olması öz əksini tapmışdır. Ümumilikdə ekspertiza rəyində avtomobilin əsaslı təmirə ehtiyacı olması qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, avtomobil 2012-ci il buraxılışlıdır və əsaslı təmirə ehtiyac var, belə olan halda nəqliyyat vasitəsinin qiymətinin 3 000 (üç min) manat məbləğində müəyyən edilməsi onun real dəyərindən aşağı qiymətləndirilməsi kimi xarakterizə oluna bilməz. Mübahisələndirilən hesabatdan göründüyü kimi "xxxx" MMC tərəfindən tərtib edilmiş ekspert rəyi iddiaçının nəqliyyat vasitəsinə birbaşa baxış keçirməklə və yoxlamalar aparılmaqla həyata keçirilmişdir. Bu hal hesabatın tam, obyektiv və ədalətli olmasını şübhə altına almır. Bundan başqa qiymətləndirmə həyata keçirilməzdən əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon icra şöbəsinin 13.06.2017-ci il tarixli “qiymətləndiricinin dəvət edilməsi haqqında” qərarı, habelə hərrac keçirilməzdən əvvəl "xxxx" MMC tərəfindən 04.08.2017-ci il tarixli 3740 saylı və 18.08.2017-ci il tarixli 3988 bildirişlər İddiaçı qeydiyyatda olduğu ünvan 1 ünvanına, habelə Səbail rayon İcra Şöbəsinə və Cavabdeh4 ASCyə göndərilmişdir. Təqdim edilmiş bildirişlərdə hərracın keçirilmə vaxtı və yerindən əlavə, avtomobilin ilkin satış qiyməti ilə bağlı məlumat da təqdim edilmiş, lakin İddiaçı tərəfindən buna etiraz edilməmişdir. Nəticədə hərracın qalibi olmuş Cavabdeh3 ilə "xxxx" MMC arasında 06 sentyabr 2017-ci il tarixdə Hərracın nəticələri haqqında Ne Y-478 saylı protokol imzalanmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh4 ASC-nin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC-nin, "xxxx" MMC-nin, üçüncü şəxs Səbail rayon İcra və probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlər Cavabdeh3, Cavabdeh1 MMC-nin, "xxxx" MMC-nin, üçüncü şəxs Səbail rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh4 ASC-nin cavabdehlər X3 və İddiaçı qarşı “borc tələbinə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi təmin edilmiş, cavabdehlər İddiaçı və X2 iddiaçı Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 311.24 (iyirmi iki min üç yüz on bir ABŞ dolları 24 ABŞ dolları əsas borc və 75.95 (yetmiş beş ABŞ dollar 95 sent) faiz borcu olmaqla cəmi 22 387,19 (iki min üç yüz səksən yeddi ABŞ dolları 19 sent) ABŞ dolları məbləğində borc və 30 manat rüsumu tutulması, tutmanın İddiaçı məxsus DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB969972 saylı şəhadətnamə əsasında Ban LSJW16N60CG001442, ağ rəngli, buraxılış ili 2012-cı il olan MG 750 markalı, ** FD *** nişanlı avtomobilə yönəldilməsi və açıq hərracdan satılması, 22 31 1.24 (iyirmi iki min üç yüz on bir ABŞ dolları 24 sent) ABŞ dolları əsas borc və 75.95 (yetmiş beş ABŞ dollar 95 sent) faiz borcu olmaqla cəmi 22 387.19 (iyirmi iki min üç yüz səksən yeddi ABS dolları 19 sent) ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı məxsus DİN BDYPİ QİŞ tərəfindən verilmiş AB 969972 saylı şəhadətnamə əsasında Ban LSJW16N60CG001442, AĞ rəngli, buraxılışili 2012-ci il olan MG 750 markalı, ** FD *** nişanlı avtomobilin hərracdan satışından əldə olunan vəsait hesabına alınaraq "Bank Avrasiya” ASC-nə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin 14.07.2017-ci il tarixli məktubundan görünür ki, Səbail rayon İcra Şöbəsinə Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabat göndərilmişdir. Həmin hesabatda avtomobilin həmin tarixə, yəni 23 iyun 2017-ci il tarixə qiyməti fakt üzrə, yəni avtomobilə baxış keçirilməklə aparılmış, avtomobilin texniki xarakterizəsində avtomobilin təkərlərinin, salonun yararsız olmağı, buferlərinin, şüşələrinin, mühərrikin, akumlyatorun, təhlükəsizlik yastıqlarının mövcud olmaması, audio sistemin, kondisonerin, mərkəzləşdirilmiş idarəetmə sisteminin, işləməməsi, qapıların, banın, körpücüyün qismən yararlı olması, əsaslı təmirə ehtiyacı olması və qiymətinin 3 000 (üç min) manat məbləğində müəyyən edilməsi öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 18 avqust 2017-ci il tarixli 3988 saylı bildirişindən görünür ki, İddiaçı 06.09.2017-ci il tarixdə MG 750 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac yolu ilə satılacağı, ilkin satış qiymətinin isə 3000 manat olması barədə məlumat verilmişdir. İddiaçı hərracın keçirilməsi barədə bildiriş göndərilsə də, göstərilən tarixdə keçirilmiş hərracda iştirak etməmiş, etməməsinin üzürlü səbəbləri barədə sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan "xxxx" MMC-nin “hərracın nəticələri haqqında” 06.09.2017-ci il tarixli Y-478 nömrəli protokolundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli icra sənədi əsasında sifarişçi satıcısı Səbail Rayon İcra Şöbəsi olmaqla MG 750 markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil hərracın ilkin və son qiyməti 3000 (üç min) manat olmaqla hərraca çıxarılmış və X1. İş materiallarında olan Səbail rayon icra şöbəsinin böyük icra məmuru X4 30.10.2017-ci il tarixli qərarından görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli icra sənədi icra olunduğundan icra üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2772/2021 saylı 14 iyun 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2021-ci il tarixli məlumatından görünür ki, avtomobil təqdim edilmədiyindən iş üzrə ekspertizanın keçirilməsindən imtina edilmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra-hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun: 7-ci maddəsinə əsasən qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir); 10-cu maddəsinə əsasən qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Qanunun qeyd edilən tələblərindən görünür ki, qiymətləndirmənin nəticələri haqqında rəy Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən qaydalar daxilində tərtib olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarının: 1-ci hissəsinə əsasən qiymətləndirmə standartlarında əmlakın qiymətləndirilməsinin məqsədi, vəzifələri və qiymətləndirmə işlərinin yerinə yetirilməsi zamanı qiymətləndiricilər qarşısında qoyulan tələblər və vəzifələr, bəzi terminlərin təyinatı, qiymətləndirmə aparılan zaman zəruri olan məlumatların keyfiyyətinə və nəticələri haqqında hesabatın məzmununa qoyulan tələblər, müvafiq standartların yerinə yetirilməsinə nəzarət və məsuliyyət formaları öz əksini tapmalıdır; 1.6-cı bəndinə əsasən qiymətləndirmə standartları tam şəkildə bu sahədə olan beynəlxalq normalara və prinsiplərə uyğun hazırlanmalıdır. Standartların bir hissəsi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitə tərəfindən hazırlanmış standartlara əsasən hazırlanmalıdır. Digər hissəsi isə həmin komitə tərəfindən beynəlxalq standartlaşdırma sahəsində rəhbər tutulan prinsiplər əsasında işlənməlidir; Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, qətnamə əsasında verilmiş icra sənədi icraya yönəldilmiş, Cavabdeh1 MMC sözügedən avtomobilə baxış keçirməklə, fakt üzrə qiymətləndirilmə aparmış, avtomobil əsaslı təmirə ehtiyacı olduğundan 23 iyun 2017-ci il tarixə 3000 (üç min) manat qiymətləndirilmiş, əmlak satılmaq üçün hərraca çıxarılmış, hərracın yeri və vaxtı barədə borclu və tələbkara Əmlak İxtisaslaşdırılmış hərrac mərkəzi” MMC tərəfindən məlumat verilmiş, 06 sentyabr 2017-ci il tarixdə hərrac keçirilmiş, borclu İddiaçı məxsus MG 750 markalı, ** FD *** nişanlı avtomobilin alıcısı X6 qalib olmuşdur. İcra sənədi icra olunduğundan Səbail rayon icra şöbəsinin böyük icra məmuru X4 30.10.2017-ci il tarixli qərarı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2984/2014 saylı, 25.06.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilmiş cavabdeh "xxxx"MMC tərəfindən 17-546 saylı 14 iyul 2017-ci il tarixli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat tərtib edilərkən həmin avtomobilə baxış keçirilməklə fakt üzrə qiymətləndirilmiş, avtomobilin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilmiş və 3000 manat qiymətləndirilmişdir. Göründüyü kimi avtomobil həmin tarix üçün ekspertə təqdim edilmiş vəziyyətdə qiymətləndirilmişdir. Belə olan halda həmin avtomobilin dəyərinin 3000 manat qiymətləndirilməsi sözügedən hesabatın ləğvi üçün əsas ola bilməz. Məhkəmə, eyni zamanda qeyd edir ki, "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMCtərəfindən keçirilmiş 06.09.2017-ci il tarixli hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir və hərracın nəticələrinin ləğvi üçün əsas yoxdur. İddiaçının iddia tələbinin “satışdan əldə olunmuş pulun ümumi borca yönəldilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hesabatın və hərracın ləğvi hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, qiymətləndirilmə və hərrac keçirilərkən qanunvericiliyin tələbləri pozulmadığından, iddiaçının iddia ərizəsində qeyd etdikləri hallar sübutlarla öz təsdiqini tapmadığından, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, "xxxx" MMC-nə, Cavabdeh3 qarşı üçüncü şəxslər Səbail rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 ASC cəlb edilməklə hərrac nəticələrinin ləğvi, avtomobilin yenidən qiymətləndirilməsi və satışdan əldə olunmuş pulun ümumi borca yönəldilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə, "xxxx" MMC-nə, Cavabdeh3 qarşı üçüncü şəxslər Səbail rayon İcra və probasiya şöbəsi və Cavabdeh4 ASC cəlb edilməklə cavabdeh "xxxx"MMC tərəfindən 17-546 saylı 14 iyul 2017-ci il tarixli Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi, cavabdeh "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-nin Y-478 saylı, 06.09.2017-ci il tarixli Hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və ona məxsus olmuş ağ rəngli, buraxılış ili 2012-ci il olan MG-750 markalı 99- FD-972 dövlət qeydiyyat nişanlı avtomobilin real bazar qiymətin müəyyən edilməsi, müəyyən olunacaq dəyərində pul vəsaitini "Bank Avrasiya“ASC ilə bağlanmış 12.08.2013-cü il tarixdə SF-521 saylı kredit müqaviləsi üzrə qalıq qalmış borca yönəlməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2772/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2772/2021
27.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver