Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2782/2020 29.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan “Hyundai Getz” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqiyyat hadisəsi zamanı vurulmuş maddi zərərinə əvəzi olaraq 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbindən imtina barədə xx.xx.2020-ci il tarixli ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı məxsus olan “Hyundai Getz” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı Cavabdeh1 aralarında barışıq əldə etmişlər, Cavabdeh1 İddiaçı 600 manat pul ödəmişdir. Bu səbəbdən İddiaçı iddia tələbindən imtina edir. Odur ki, iddiaçının iddiasından imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər öz aralarında sülh yolu ilə məsələni həll etmişlər. Cavabdeh1 İddiaçı 600 manat pul ödəmişdir. Bu səbəbdən İddiaçı iddia tələbindən imtina edir. Odur ki, İddiaçı iddiadan imtinasının qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, mübahisəni sülh yolu ilə həll etmişlər, o, İddiaçı nümayəndəsi və vəkili X2 600 manat pul ödəmişdir. Odur ki, İddiaçı iddiadan imtinasının qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, İddiaçı iddiadan imtina barədə ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, proses iştirakçılarının izahatlarından, iddiaçının nümayəndəsi və vəkili X1 iddia tələbindən imtina barədə xx.xx.2020-ci il tarixli ərizəsindən müəyyən edilir ki, cavabdeh X5 iddiaçıya 600 manat pul ödəmişdir. Hazırda mübahisə məhkəmədən kənar qaydada həll edilmişdir. Bu səbəbdən, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasından imtina edir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266- 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “İddiaçı məxsus olan “Hyundai Getz” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqiyyat hadisəsi zamanı vurulmuş maddi zərərinə əvəzi olaraq 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2782/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2782/2020
29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver