Məhkəmə qərarları › İş №2(004)-2795/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2795/2021

08.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2795/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qəbələ rayon Hacıalılı kənd bələdiyyəsi cəlb olunmaqla cavabdehlər Bakı şəhəri, 19 saylı notariat kontoru, Cavabdeh2 və DƏDRX-in 9 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 qarşı vərəsəlik haqqında şəhadətnamənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 02.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş 10.09.2018-ci il tarixli, 2V-133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan, 01.10.2018-ci il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 20.05.2021-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək 2(004)-2795/2021 saylı mülki iş cavabdeh qismində Bakı şəhər 19 saylı Notariat Kontoru, Cavabdeh2 və DƏDRX-in 9 saylı Ərazi İdarəsinin cəlb olunmasını xahiş etmişdir. Caavdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsi 08.06.2021-ci il tarixdə ərizə göndərərək məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, 20 oktyabr 2003-cü il tarixdə Qəbələ rayonu Çarxana Bələdiyyəsinin sədri X10 ilə X1 bələdiyyəsinin ərazisində yerləşən 0,54 ha torpaq sahəsinin 99 il müddətinə icarəsinə verilməsi ilə bağlı icarə müqaviləsini bağlamışlar. Bu müqavilə Mehdi Heydərov tərəfindən 2004-cü ilin sonlarında ləğv edilmişdir. X5 Çarxana Bələdiyyəsi ilə bağladıqları 20 sentyabr 2005-ci il tarixli, 04 saylı icarə müqaviləsi əsasında həmin ləğv olunmuş müqavilədə göstərilən torpaq sahəsinin 0,45 hektar ölçüsündə hissəsi 99 illik müddətinə Vüqar Daşdəmirovun icarəsinə verilmişdir. 12 yanvar 2006-ci il tarixdə Çarxana bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi əsasında yuxarıda qeyd olunan 0,54 ha torpaq sahəsinin 0,09 ha ölçüdə hissəsi, həmçinin həmin sahəyə bitişik 0,33 ha ölçüdə torpaq sahəsi, cəmi 0,42 ha ölçüdə torpaq sahəsi onun 99 illik icarəsinə verilmişdir. Qeyd olunanlara baxmayaraq, mərhum 14 noyabr 2004-cü il tarixdə vəfat edən X2 arvadı Cavabdeh2 20 sentyabr 2012-ci il tarixdə Qəbələ rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 2004-cü ildə Çarxana bələdiyyəsinin sədri Mehdi Heydərov tərəfindən ləğv olunmuş 0,54 ha torpaq sahəsinin mərhum əri İ.Daşdəmirovun icraəsinə verilməsi ilə bağlı müqaviləni məhkəməyə təqdim etmiş və həmin müqavilədə göstərilən 0,54 hektar torpaq sahəsinin koordinatlarını göstərməklə yerində ona tanıdılması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə onun işlirakı olmadan həmim iddia təmin edilmişdir. X16 Məhkəməsi Mülki Kollegiyasının 10.12.2018-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş və Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Onun tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 26 aprel 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il taixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə Qəbələ rayon Məhkəməsinin 04 dekabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayon Çarxana bələdiyyəsinin 20 oktyabr 2003-cü il tarixli 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış «Torpağın icarəyə verilməsi haqqında» müqavilə üzrə verilmiş 0,54 ha torpaq sahəsinin koordinatları göstərməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh2 həmin 0,54 hektar torpaq sahəsinin 0,13 hektar hissəsini 30 may 2017-ci il tarixli, seriya RX №1056053 çıxarışla mərhum əri X3 adına rəsmiləşdirmişdir. Bundan sonra 10 sentyabr 2018-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X11 tərəfindən tərtib olunmuş 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməsi ilə həmin 0,13 hektar torpaq sahəsi Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Beləliklə də, nəticədə Cavabdeh2 həmin 0,13 hektar ölçüsündə torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən seriya RX №1388627 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 01 oktyabr 2018-ci il tarixli Çıxarışı ilə öz adına rəsmiləşdirilmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli qərarına əsaslanaraq cavabdeh orqana müraciət edərək, mərhum X4 adına tərtib edilmiş 30.05.2017-ci il tarixli RX seriyalı ******* nömrəli və üçüncü şəxs Cavabdeh2 adına tərtib edilmiş 01.10.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışların ləğv edilməsini xahiş etmişdir, lakin cavabdeh orqan çıxarışların ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. O, Şəki İnzibati Məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək «Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mərhum X4 adına tərtib edilmiş 30.05.2017-ci il tarixli ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə mərhum X3 adına tərtib edilmiş 30.05.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Hazırki vəziyyətdə 10 sentyabr 2018-ci il tarixli Bakı şəhəri 19 saylı notariat kontorunun notariusu X11 tərəfindən tərtib olunmuş 2V-133 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, yəni həmin 0,13 hektar torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsi ilə bağlı hissəsində və bu şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş seriya RX №1388627 saylı 01 oktyabr 2018-ci il tarixli çıxarış tam ləğv edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər Bakı şəhəri, 19 saylı notariat kontoru və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 1ində yerləşən 0,13 ha topaq sahəsi Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət reyestrində 01.10.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 10.09.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən 14.11.2004-cü il tarixdə ölmüş X4 vərəsəsi Cavabdeh2dır və o, 30.05.2017-ci ildə icarə əsasında X4 xeyrinə hüquq yüklü edilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,13 ha olan torpaq sahəsindən ibarət olan miras əmlakdan pay almalıdır. Şəki Apelyasiya Məhkəməsinin 04.09.2019-cu il tarixli, 2(107)-2298/2019 saylı qətnaməsi ilə İddiaçı Qəbələ rayon Məhkəməsinin 04.12.2012-ci il tarixli, 2(025)-625/2012 saylı qətnaməsindən verlmiş şikayət təmin edilərək Qəbələ rayon Məhkəməsinin 04.12.2012-ci il tarixli, 2(025)-625/2012 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayon Çarxana Bələdiyyəsinin 20.10.2003-cü il tarixli, 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış topağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 ha torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1325/2020 saylı, 27.10.2020-ci il tarixli qərarının surətinə əsasən DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə mərhum X4 adına tərtib edilmiş 30.05.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Beləliklə, işin mübahisəsiz halları odur ki, X7 10.09.2018-ci ildə X4 vərəsəsi olmaqla, 30.05.2017-ci ildə icarə əsasında X4 xeyrinə hüquq yüklü edilmiş **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan torpaq sahəsindən miras payı almışdır. Lakin Şəki Apelyasiya Məhkəməsinin 04.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh Qəbələ rayon Çarxana Bələdiyyəsinə qarşı “Qəbələ rayon Çarxana Bələdiyyəsinin 20.10.2003-cü il tarixli, 19 saylı qərarı əsasında 99 il müddətinə bağlanmış topağın icarəyə verilməsi haqqında müqavilə üzrə verilmiş 0,54 ha torpaq sahəsinin koordinatları göstərilməklə yerində ona tanıdılması” tələbinə dair iddiası təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 27.10.2020-ci il tarixli qərarı ilə 30.05.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ləğv edilmişdir. Hazırda İddiaçı **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında tərtib edilmiş 10.09.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan, 01.10.2018-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 30.05.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunduğundan həmin çıxarış əsasında verilmiş vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 01.10.2018-ci il tarixli çıxarış ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmi edilməli, Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş 10.09.2018-ci il tarixli, 2V-133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan, 01.10.2018-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 19 saylı Xüsusi Notariat Kontorunda tərtib edilmiş 10.09.2018-ci il tarixli, 2V-133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Cavabdeh2 adına rəsmiləşdirilmiş ******* RX seriyalı, qeydiyyat nömrəsi ********** olan, 01.10.2018-ci il tarixli çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar