Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-28/2024 13.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı ev İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Bildirir ki, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 2(004)-1422/2020 saylı, xx.xx.2020-ci il tarixli İcra sənədi Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilmiş və 18 may 2021-ci il tarixdə akt tərtib edilərək X12 və qeyriləri Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı mənzildən çıxarılmış və mənzil boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilmişdir. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq səhəsi üzərində texniki pasportda mövcud olmayan həyətə giriş darvazasının sağ tərəfində yerləşən və küçəyə çıxışı olan ümumi ölçüsü təxminən 10-15 kv.m-lik təyinatı məlum olmayan tikinti mövcuddur. Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən mənzil boşaldılan zaman həmin tikinti sahəsinin mənzilin çıxarışında və texniki pasportunda mövcud olmadığı səbəbindən həmin tikinti sahəsi hazırda köhnə mülkiyyətçilər Cavabdeh1, X2 Cavabdeh2 və Cavabdeh3 istifadəsində qalmaqla onlara məxsus əşyalar saxlanılmaqdadır. Məhkəmədən İddiaçı məxsus evin həyatyanı sahəsində qanunsuz olaraq inşa edilmiş qeyd olunan tikinti sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava 45 saylı evin 365,9 m2 torpaq sahəsinin bir hissəsində inşa edilmiş, yəni həyətə giriş darvazasının sağ tərəfində yerləşən və küçəyə çıxışı olan təxmini ölçüsü 40-50 m2, təyinatı məlum olmayan qanunsuz tikilinin daxilində saxlanılan əşyaların çıxarılaraq həmin tikilinin küçə istiqamətində olan divarı (hasara aid hissə) saxlanılmaqla digər divarları və dam örtüyünün cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülməsi, həmçinin hasardan küçəyə açılmış qapının ləğv edilərək hasarın bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının mülkiyyətində olan həyətyanı sahədəki iki tikilidən 49 kv.metr sahəsi olan tikilini deyil, 54 kv.metr sahəsi olan tikilini mübahisələndirir. İddianın 54 kv.metr sahəsi olan tikiliyə münasibətdə təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli ipoteka haqqında müqavilədən müəyyən edilir ki, cavabdehlə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 233,5 kv/m olan fərdi yaşayış evini İddiaçı xeyri ipoteka ilə yüklü etmişdir. Qeyd olunan fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən mübahisəli tikili evin həyətyanı sahəsində mövcud olmuş və market kimi fəaliyyət göstərmişdir. Daha sonra icra qeydinə əsasən tutma ipoteka predmetinə yönəldilib, məhkəmənin qətnaməsinə əsasən cavabdehlər fərdi yaşayış evindən köçürüldükdən sonra cavabdehlər qeyd olunan tikiliyə köçmüş hazıradək orada yaşamağa davam edirlər. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki, hazırkı iş üzrə iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair məhkəmə mübahisəsi olmuşdur. Həmin məhkəmə işi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5995/2022 saylı qərarına əsasən iddia təmin edilmiş və fərdi yaşayış evinin yerləşdiyi 365,9 kv.m (həyətyanı və tiktinti altı) torpaq sahəsinə iddiamı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmuşdur. İnzibati məhkəmənin həmin qərarından cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apelyasiya şikayəti verilmişdir. İnzibati orqan verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanına əsasən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, texniki pasportla faktiki sahələrarası konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur. Belə ki, torpaq sahəsinin ölçüsü texniki pasporta əsasən 365,9 kv.m olsa da, faktiki ölçüsü 324 kv.m təşkil edir. Həmin məhkəmə işi üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli 2-1(103)-1920/2023 saylı qərar qəbul edilərək, şikayət qismən təmin edilmiş birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 167,9 tikintialtı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. İnzibati məhkəmədə baxılan işlə bağlı həmçinin müəyyən edilmişdir ki, dövlət mülkiyyətində olmaqla istifadədə olan torpaq sahəsinin texniki pasporta göstərilən ölçüsü ilə faktiki ölçüsü arasında fərqlər mövcuddur. Belə ki, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,01647 ha, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,036590 ha göstərilmişdir. Hətta iş materiallarından görünür ki, İddiaçı adına verilmiş eyni tarixli eyni nömrəli reyestrdən iki müxtəlif çıxarışlar verilmişdir ki, həmin çıxarışlarında da torpaq sahəsinin ölçüsü müxtəlif göstərilmişdir. Bu da ona dəlalət edir ki, çıxarışdakı ölçülər həqiqəti əks etdirmir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sahə olmaqla istifadəyə verilmişdir. Oraya ümumi həyət kimi istifadə edilib, tikili isə 2008-ci ildə cavabdehlərin istifadəsində olan dövrdə inşa edilibdir. Bundan başqa ekspert rəyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssis rəyinə istinad etmişdir. Hansı ki, həmin rəydə göstərilən ölçülərlə, inzibati məhkəmənin qərarlarından göründüyü kimi cavabdeh tərəf olan həmin inzibati orqan tərəfindən təqdim edilən sənədlərdə göstərilən ölçülər fərqlidir. Hətta həmin inzibati orqan özü apelyasiya şikayətində texniki pasportda torpaq sahəsinin ölçülərinin həqiqiliyini şübhə altına almışdır. Bundan başqa ekspert rəyində məhkəmə tərəfindən qoyulan suallara tam və hərtərəfli cavab verilməsi təmin edilməmişdir. Ekspert yalnız mütəxəssis rəyini təkrar edib. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin vermiş olduğu mütəxəssis rəyi digər işlə bağlı vermiş olduğu rəylə ölçülər baxımından üst-üstə düşmür. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasıda iştirak edən Cavabdeh2 izahat verərək bildirir ki, nümayəndə və vəkilinin izahatını təsdiq edir. İddianın rədd edilməsini xahiş edir. Verilmiş suallara əsasən bildirir ki, qeyd olunan tikiliyə fərdi yaşayış evindən çıxarıldıqdan sonra köçmüşdür. Bundan öncə isə fərdi yaşayış evi onun paylı mülkiyyətində olarkən inşa edilmiş və market kimi fəaliyyət göstərmişdir. Qeyd olunan tikilidə anası, arvadı və uşaqları ilə birlikdə yaşamaqla yeganə yaşayış yeridir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Yasamal rayonu 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evi xx.xx.2002-ci il tarixdə X9 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra fərdi yaşayış evi Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-01-143 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixdə X3; daha sonra Bakı şəhəri 12 saylı DNK-nın 2V-01-08 reyestr nömrəli xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə evin ¼ hissəsi X2, ¼ hissəsi Cavabdeh1, ¼ hissəsi Cavabdeh2, ¼ hissəsi Cavabdeh3 adlarına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Notarius R.Z.Sadıqov tərəfindən xx.xx.2019-cu il tarixdə 8İ-11887 reyestr nömrəsi ilə təsdiq edilmiş icra qeydinə, hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün xx.xx.2019-cu il tarixli 65/01 nömrəli hərracın yekunları barədə protokola, xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli xx/xx- 1216xx/xx-32512 nömrəli məktubuna əsasən xx.xx.2020-ciil tarixdə İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda eyni zamanda qeyd edilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0,036590 ha torpaq sahəsinin mülkiyyət hüququna əsasən qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Məktuba əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli sərəncamı, Yasamal Rayon Məhkəməsinin 2-72/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsinə əsasən X9 adına verilmiş fərdi yaşayış evinin texniki pasportu və torpaq sahəsinin planından müəyyən edilir ki, torpağın həqiqi sahəsi 365,9 m2, tikinti altında sahəsi isə 167,9 m2, boş torpaq sahə 198,0 m2; Fərdi yaşayış sahəsinin otaq sayı 4, ümumi sahəsi 233,5 m2, yaşayış sahəsi 121,2 m2, köməkçi sahəsi 112,3 m2 qeyd edilmişdir. - Məktuba əlavə edilmiş Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-01-143 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, satıcı X15 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi ünvanda faktiki 0,03659 ha torpaq sahəsində yerləşən iki mərtəbəli dörd otaqlı yaşayış sahəsi 121,2 m2, köməkçi sahəsi 112,3 m2 olmaqla, ümumi sahəsi 233,5 m2 olan 45 nömrəli fərdi yaşayış evini X1. Qeyd olunan müqavilədə göründüyü kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki sahəsi 0,03659 ha qeyd edilmişdir. - Məktuba əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, hər birinin ¼ hissədə payı olmaqla X8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olmuş Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evin ümumi sahəsi 233,5 m2, evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi isə 0,01647 ha təşkil edir. - Məktuba əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, İddiaçı tam pay hüququ üzrə xüsusi mülkiyyətində olan və bu barədə xx.xx.2020-ci il tarixdə **********5 nömrə ilə qeydiyyatı aparılmış Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evin ümumi sahəsi 233,5 m2, evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi isə 0,01647 ha təşkil edir. Lakin iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş eyni nömrəli və tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, eləcə də yaşayış sahəsinin texniki pasportu və torpaq sahəsi üzrə eksplikasiya sənədinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evin ümumi sahəsi 233,5 m2, evin yerləşdiyi torpaq sahəsinin ümumi sahəsi isə 0,036590 ha təşkil edir. Torpaq sahəsinin planından görünür ki, həqiqi sahəsi 365,9 m2, tikinti altında sahəsi isə 167,9 m2, boş sahə 198,0 m2 təşkil edir. Göründüyü kimi, İddiaçı adına olan iki eyni çıxarışda torpaq sahəsinin ölçüləri arasında fərqlilik mövcuddur. Məhkəmə tərəfindən qeyd olunan halla bağlı sorğulanmışdır, lakin inzibati orqan tərəfindən bu hissəyə cavab verilməyərək məsələ açıq saxlanılmışdır. Həmçinin qeyd olunan çıxarışlardan müəyyən edilir ki, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları kimi, mülkiyyət növü isə “dövlət mülkiyyəti”, torpaq sahəsi üzərində hüququn növü – “istifadə” kimi qeyd edilmişdir. Bundan başqa texniki pasportlara əsasən yaşayış evinin 1990-cı ildə inşa edilməsi müəyyən edilir. Texniki İnventarlaşdırma və Mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən fərdi yaşayış evinə ilkin olaraq xx.xx.2002-ci il tarixdə texniki pasport verilmiş və torpaq sahəsinin planı çəkilmişdir. - Məktuba əlavə edilmiş 24 saylı MKİS-nin arayışından müəyyən edilir ki, cavabdehlər qeyd olunan ünvanda 2011-ci ildən qeydiyyatdadırlar. - xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka predmeti olan Yasamal rayonu 1-ci Alatava yaşayış sahəsi, 45 ünvanında yerləşən ümumi sahəsi 233,5 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət üzrə mülkiyyətçilər ¼ hissdə X8, ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Cavabdeh3 tərəfindən 3M/1069 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Notarius R.Z.Sadıqov tərəfindən xx.xx.2019-cu il tarixli 8İ-11887 reyestr nömrəsi ilə təsdiq edilmiş icra qeydinə əsasən müəyyən edilir ki, 136.000 borc məbləğinə dair tutma Yasamal rayonu 1-ci Alatava yaşayış sahəsi, 45 ünvanında yerləşən ümumi sahəsi 233,5 kv.m olan fərdi yaşayış evinə yönəldilmişdir. -Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-11887 saylı icra qeydinin və Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən xx.xx.2019-cu il tarixli hərracın nəticələrinə dair protokola əsasən paylı mülkiyyət hüququ üzrə mülkiyyətçilər ¼ hissdə X8, ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2, ¼ hissədə Əliyeva X11 rayonu 1-ci Alatava yaşayış sahəsi, 45 ünvanında yerləşən ümumi sahəsi 233,5 kv.m olan fərdi yaşayış evini 127.500 manata İddiaçı satmışlar. -Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, Cavabdeh1, X8, Cavabdeh3, X20, X6, X7, Cavabdeh2 və X10 Yasamal rayonu 1-ci Alatava, 45 saylı fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılması qət edilmişdir. - Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5995/2022 saylı qərarından müəyyən edilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilmiş və fərdi yaşayış evinin yerləşdiyi 365,9 kv.m (həyətyanı və tiktinti altı) torpaq sahəsinə iddiaşı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (fərdi yaşayış evi və torpaq sahəsi) çıxarışın verilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2- 1(103)-1920/2023 saylı qərardan müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5995/2022 saylı qərarı ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 167,9 tikintialtı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2- 1(103)-1920/2023 saylı qərardan həmçinin müəyyən edilir ki, cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, texniki pasportla faktiki sahələrarası konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur. Belə ki, torpaq sahəsinin ölçüsü texniki pasporta əsasən 365,9 kv.m olsa da, faktiki ölçüsü 324 kv.m təşkil edir. İnzibati məhkəmədə baxılan işlə bağlı həmçinin müəyyən edilmişdir ki, dövlət mülkiyyətində olmaqla istifadədə olan torpaq sahəsinin texniki pasporta göstərilən ölçüsü ilə faktiki ölçüsü arasında fərqlər mövcuddur. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2- 1(103)-1920/2023 saylı qərardan həmçinin müəyyən edilir ki, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı evin mülkiyyət hüququ ilə onun adına qeydə alınmasına dair çıxarış təqdim etsə də onun adına olan texniki pasport texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dən sonra tərtib olunmuşdur. Belə olan təqdirdə iddiaçının adına bütövlükdə (yəni, həm evin tikintialtı, həm də həyətyanı) evin yerləşdiyi 0,036590 ha (365,9 kv.m) torpaq sahəsinin mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün əsas yaranmır. Bu halda Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının yalnız fərdi yaşayış evinin tikintialtı sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması mümkündür. Həmçinin məhkəmə xx.xx.2002-ci il tarixdə verilmiş “Texniki pasporta” istinad edərək qeyd etmişdir ki, tikinti altında yerləşən torpaq sahəsi 167,9 kv.m təşkil edir (cəmi 365,9 kv.m, torpaq sahəsinin 198,0 kv.m hissəsi həyətdir) Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 600/2024 saylı qərarına əsasən Bakı Apellyasiya xx.xx.2023-cü il tarixli 2-1(103)- 1920/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, sadalanan hüquqmüəyyənedici sənədlərin təhlilindən, eləcə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi məktubdan müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, eləcə də tikinti altı torpaq sahəsinin ölçüləri müxtəlif göstərilmişdir. Qeyd olunan xüsusatın araşdırılması zərurəti ilə əlaqədar olaraq məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı ilə bağlı işə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb olunmuşdur. Ekspertiza tədqiqatı ilə bağlı AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisi Nəcəf Cəfərov tərəfindən verilmiş xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintialtı torpaq sahəsi 140.0 kv.metr təşkil edir. Faktiki olaraq göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ümumi ölçüsü 362.2 kv.metr təşkil edir. Göstərilən fərdi yaşayış evi ikimərtəbəli olaraq qeydiyyatdan keçmişdir (mansard mərtəbəsi qeydiyyatdan keçməmişdir). Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində digər şəxslər tərəfindən əlavə 49.7 kv.metr və 54.8 kv.metr olan birmərtəbəli yaşayış evi inşa edərək istifadə edirlər. Qeyd olunanlarla bağlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə (arxiv texniki pasportda əsasən) 365.9 kv.metr olsa da, faktiki olaraq 362.2 kv.metr təşkil edir (baş plana əsasən qismən fərq mövcuddur). AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/6337 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunur ki, mütəxəssis rəyinə istinad edilərək belə nəticəyə gəlinmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintialtı torpaq sahəsi 140.0 kv.metr təşkil edir. Faktiki olaraq göstərilən (fərdi yaşayış evinin yerləşdiyi) torpaq sahəsi 362.2 kv.metr təşkil edir. Göstərilən fərdi yaşayış evi ikimərtəbəli olaraq qeydiyyatdan keçmişdir (mansard mərtəbəsi qeydiyyatdan keçməyib). Sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində digər şəxslər tərəfindən əlavə 49.7 kv.metr və 54.8 kv.metr olan birmərtəbəli yaşayış evi inşa edərək istifadə edirlər. Qeyd olunanlarla bağlı sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi sənəd üzrə (arxiv texniki pasportda əsasən) 365.9 kv.metr olsa da, faktiki olaraq 362.2 kv.metr təşkil edir (baş plana əsasən qismən fərq mövcuddur). Əvvəlki məhkəmə iclasında iştirak edən mütəxəssis X16 ifadə verərək bildirdi ki, həmin ünvanda 2 mərtəbəli mansarlı tikili və həyətdə 49 və 54 kvadrat metr sahəsi olan tikililər var. Hazırda mübahisəli tikili 54 kvadrat metr sahəsi olan tikilidir. Torpaq dövlət torpağı olduğu üçün cavabdehin orada heç bir tikili tikməyə hüququ yoxdur. Əvvəlki çıxarışda torpaq sahəsinin ölçüsünün 0,01647 hektar ölçü yazılmağı tikinti altı sahənin ölçüsü ilə bağlıdır. Sonradan verilən çıxarışda isə tikinti sahəsi də ölçülərə daxil edilmişdir. Qeyd olunan fərqlilik bununla əlaqədar olmuşdur. Məhkəmənin qərardadına əsasən dəqiq ölçülər aparılmaqla rəydə göstərilən nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona məxsus Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 45 saylı evin 365,9 m2 torpaq sahəsinin bir hissəsində inşa edilmiş, yəni həyətə giriş darvazasının sağ tərəfində yerləşən və küçəyə çıxışı olan təxmini ölçüsü 40-50 m2, təyinatı məlum olmayan qanunsuz tikilinin daxilində saxlanılan əşyalar çıxarılaraq həmin tikilinin küçə istiqamətində olan divarı (hasara aid hissə) saxlanılmaqla digər divarları və dam örtüyü cavadehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsaiti hesabına sökülməsi, həmçinin hasardan küçəyə açılmış qapının ləğv edilərək hasarın bərpa edilməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi ev 45-ə aid olan torpaq sahəsinin ölçüləri fərqlidir. xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,01647 ha, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda isə torpaq sahəsinin ölçüsü 0,036590 ha göstərilmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sahədir. Oraya ümumi həyət kimi istifadə edilir, tikili isə 2008-ci ildə tikilmişdir. Həmçinin mülkiyyətçi fərdi yaşayış evini qeyd olunan vəziyyətdə yüklü şəkildə mülkiyyətinə keçirmişdir. Beləliklə məhkəmə tərəfləri diləyib, iş materialları müqayisəli təhlil edib, işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərlə aralarında yaranmış kredit münasibətlərindən irəli gələrək, borcun ipoteka ilə təminat altına alınmış mübahisə predmeti olan fərdi yaşayış evinə tutma yönəldilməsi nəticəsində mülkiyyət hüququnu əldə etmişdir. Tərəflər arasında bağlanmış ipoteka haqqında müqavilənin məzmunundan da göründüyü kimi, iddiaçı Yasamal rayonu 1-ci Alatava yaşayış sahəsi, 45 ünvanında yerləşən ümumi sahəsi 233,5 kv.m olan fərdi yaşayış evini borcun təminatı kimi öz xeyrinə yüklü edilməsini qəbul etmişdir. Dolayısı ilə fərdi yaşayış evinin həyatyanı sahəsi dövlət mülkiyyətində olduğundan onun həyətyanı sahəsi ipoteka predmetinə daxil olmamışdır. İşin faktiki hallarının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən tərəflərin və mütəxəssisin keçirilmiş yerli baxış zamanı, mütəxəssis rəyində qeyd edildiyi kimi, ümumi olaraq torpaq sahəsində 3 tikilinin olması müəyyən edilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən fərdi yaşayış evi A tikilisidir və tikinti altı sahəsi mütəxəssisin baxış zamanı qeyd etdiyi kimi faktiki olaraq 140.0 kv.metr, digər şəxslər tərəfindən istifadədə olan tikililərin faktiki sahəsi isə 49.7 kv.metr və 54.8 kv.metr təşkil edir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdehlər ümumi sahəsi 54.8 kv.metr təşkil edən tikilidə faktiki olaraq yaşayırlar. Baxış zamanı iddiaçının nümayəndəsi sökülməsi tələb olunan tikilinin mülkiyyətçinin hüquqlarına nə kimi maneçilik və ya məhdudiyyət yaratmasını əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və hazırda qanuni qüvvədə olan xx.xx.2023-cü il tarixli 2-1(103)-1920/2023 saylı qərardan müəyyən edildiyi kimi, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 167,9 tikintialtı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətinə yalnız fərdi yaşayış sahəsi və tikintialtı sahəsi daxildir. Onun sökülməsini iddia etdiyi tikili isə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmçinin məhkəmə araşdırması ilə mübahisə predmeti olan cavabdehlərin yaşadığı tikilinin iddiaçının mülkiyyət hüququnun həyata keçirməsinə nə kimi maneçilik yaratması və ya məhdudiyyət yaratması aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu və keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-28/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-28/2024
13.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver