Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2800/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X3 qarşı “pul tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X3 qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X1 5.860 manat əsas borc, dəymiş maddi zərərə görə 300 manat və 31 manat dövlət rüsumu alınaraq, cəmi 6.191 manat pul tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh MMC TOURİSM COMPANY şirkəti vasitəsi ilə Türkiyə Respublikası “Armoniya Bodrum” istirahət mərkəzinə 15 günlük üçün 2700 manat və “İSİL BODRUM” 5 uluzlu istirahət mərkəzində istirahət edə bilmək üçün isə 3660 manat tur paket sifariş edərək, cəmi 6.360 manat pul ödəmişdir. Bu barədə mənə 15 yanvar 2020-ci il tarixdə “Cavabdeh“ MMC tərəfindən (VÖEN **********) №-li 243272 saylı Mədaxil qəbzi verilərək həmin 6.360 manat pulu ilkin olaraq 2.000 manat beh verərək bir gün ara verməklə 4.360 manatını isə əlavə ödəyərək tam ödəməsi barədə həmin mədaxil qəbzində qeyd edilmişdir. Aralarında olan razılaşmaya əsasən ilkin olaraq o, 03.07.2020-ci il tarixdən 18.07.2020-ci il tarixə kimi “Armoniya Bodrum” istirahət mərkəzinə 15 günlük istirahət üçün gedib gəlməliymiş. İkinci Tura isə 16.08.2020-ci il tarxdən 31.08.2020-ci il tarixə kimi “İSİL BODRUM” 5 uluzlu istirahət mərkəzinə 15 günlük istirahətə getməli idi. “Covid-19” pondemiyası ilə bağlı bütün reyslər təxirə salındı deyə həmin tur paketdən yararlana bilməmişdir. Dəfələrlə şifahi müraciətlərindən sonra 02.10.2020-ci il tarixdə cəmi 500 manat pul qaytarılaraq 5.860 manat pulun turizm şirkətində qalmasına dair R.Ə.Rəhimov adlı şirkətin əməkdaşı qəbzə imza etmişdir. Ondan sonra təkrar dəfələrlə cavabdehə müraciət edərək, turizm şirkətinə ödədiyi pullarının geri qaytarılmasını xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Məcbur qalaraq Cavabdeh MMC TOURİSM COMPANY-nin X4 Əlibəyliyə 31.10.2020-ci il tarixdə müraciət edərək ərizəsində qeyd etmişdir ki, qalıq 5.860 manat pulun turizm şirkətindən alınaraq ona qaytarılmasını təmin etsin. Cavabdehi dəfələrlə xəbərdar etməyinə baxmayaraq qalıq 5.860 manat pul turizm şirkətindən ona geri qaytarılmasını təmin etməmişdir. Ona görə də mülki qaydada pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, cavabdehə ödənilmiş 5.860 manat vəsaitin, iddia ərizəsinin zazırlanması üçün vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etdi. Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri, cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazını nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı ilkin ödəniş kimi 2000 manat, daha sonra isə 4360 manat olmaqla, ümümilikdə 6.360 manat pulu Cavabdeh MMC-yə ödəmişdir. Covid-19 ümumdünya pandemiyası səbəbindən əvvəlcədən razılaşdırılmış tarixdə tur paket baş tutmamışdır. Daha sonra Cavabdeh MMC ödənilmiş 6.360 manat puldan 500 manatını 02.10.2020-ci il tarixdə İddiaçı qaytarsa da, qalan 5.860 manat pulu hazırkı vaxta kimi qaytarmamışdır. 5.860 manat vəsaitin turizm şirkətində qalmasına dair R.Ə.Rəhimov adlı şirkətin əməkdaşı qəbzə 02.10.2020-ci il tarixli imza etmişdir. 31.10.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-nin baş direktoru X3 borcun qaytarılması baradə müraciət etmişdir. Lakin yenidən müraciətləri cavabsız qalmışdır. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə görə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Həmin Qanunun 6-cı maddəsinin 1.4-cü bəndinə görə turist turizm məhsulunun pərakəndə alqı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ var. Odur ki, pandemiya ilə əlaqədar tur paketin təşkil olunmaması səbəbindən iddiaçı ödədiyi 6.360 manat vəsaitin qaytarılmayan 5.860 manat hissəsinin qaytarılmasını Cavabdeh MMC-dən tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh MMC-yə ödədiyi 6.360 manat vəsaitdən ödənilməmiş qalan 5.860 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 5.891 manat pul Cavabdeh MMC-dən (VÖEN **********) tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - Cavabdeh MMC-dən dəymiş ziyana görə 300 manat tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı vəkilə 300 manat pul ödəməsini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etməmişdir, yəni 300 manat dəymiş ziyanla bağlı tələbini sübuta yetirə bilməmişdir. İddia tələbi - Cavabdeh MMC-nin baş direktoru X3 qarşı hissədə tam rədd edilməlidir. Çünki, pul vəsaiti X2 rəhbəri olduğu Cavabdeh MMC-yə ödənildiyinə görə, həmin vəsaitin qaytarılması üçün Cavabdeh MMC məsuliyyət daşıyır. X5 Cavabdeh MMC-nin qanuni təmsilçisi olsa da, pul vəsaiti həm MMC-dən, həm də onun rəhbərindən müştərək qaydada tutula bilməz. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh MMCyə ödədiyi 6.360 manat vəsaitdən ödənilməmiş qalan 5.860 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 5.891 (beş min səkkiz yüz doxsan bir) manat pul Cavabdeh MMCdən (VÖEN **********) tutularaq İddiaçı ödənilsin. İddia tələbi - Cavabdeh MMC-dən dəymiş ziyana görə 300 (üç yüz) manat tutulması hissəsində rədd edilsin. İddia tələbi - Cavabdeh MMC-nin baş direktoru X3 qarşı hissədə tam rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2800/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2800/2021
17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver