Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2825/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdehlər "Bakı Hərrac Mərkəzi MMC, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinə Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdehlər "Bakı Hərrac Mərkəzi MMC, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “Holcim (Azərbaycan)” ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri baradə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlmədikdə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin cavabdehlər "Bakı Hərrac Mərkəzi MMC, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2825/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2825/2022
16.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver