Məhkəmə qərarları › İş №2(004)-2833/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2833/2025

12.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2833/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Cavabdeh "xxxx" MMM-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MTK və "xxxx" MMM-yə qarşı "hüquqmüəyyənedici sənədin təqdim olunması, yeraltı avtodayanacağın əvəzsiz və müddətsiz istifadəsinə verilməsi və istifadə edilməsinə maneəçiliyin yaradılmaması" tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər "xxxx" MTK və "xxxx" MMM-yə qarşı "hüquqmüəyyənedici sənədin təqdim olunması, yeraltı avtodayanacağın əvəzsiz və müddətsiz istifadəsinə verilməsi və istifadə edilməsinə maneəçiliyin yaradılmaması" tələbinə dair ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlanılan hüquqmüəyyənedici sənədin - pay haqqını (dəyərini) 27 dekabr 2007-ci il tarixdə tam ödədiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 MənzilTikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx"-mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim olunmasından imtina edilməsi barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin 02 iyul 2024-cü il tarixli və 28 oktyabr 2024-cü il tarixli imtina məktublarının qanunsuz və əsassız hesab edilməsi; "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə və Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona verilmiş 27 dekabr 2007-ci il tarixli Maliyyə Arayışına əsasən pay haqqını (dəyərini) 27 dekabr 2007-ci il tarixdə tam ödədiyi Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil- Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) hüquqmüəyyənedici sənədin mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə binanın sahə mülkiyyətçisi ("xxxx"-mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi; ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının binanın sahə mülkiyyətçisi kimi ona və binanın digər sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan zirzəmisində yerləşən və yalnız binanın sahə mülkiyyətçilərinə xidmət edən binanın sahə mülkiyyətçisi kimi ona ümumi payli mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağın (yeraltı avtomobil qarajının) "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilədən irəli gələn öhdəliyinin icra edilərək rəsmiləşdirilmə aparılmaqla ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün əvəzsiz və müddətsiz istifadəsinə verilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi; ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının binanın sahə mülkiyyətçisi kimi mənə və binanin digər sahə mülkiyyətçilərinə ümumi paylı mülkiyyət hüququ ilə məxsus olan zirzəmisində yerləşən və yalnız binanın sahə mülkiyyətçilərinə xidmət edən binanın sahə mülkiyyətçisi kimi ona ümumi payli mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakın dövlət reyestrinə daxil edilmiş binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağından (yeraltı avtomobil qarajından) ümumi paylı mülkiyyətçi kimi onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün istifadə etməyinə maneçiliyin yaradılmamasının hazırda ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini həyata keçirən idarəedici təşkilat cavabdeh "xxxx" X4 həvalə edilməsi; habelə hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehlər Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən və "xxxx" X2 müştərək qaydada iddiaçı kimi onun xeyrinə 100 (bir yüz) manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2008-cu il tarixli Qərarına əsasən Cavabdeh1 MənzilTikinti Kooperativinin keçmiş sədri X10 və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin hazırki sədri X7 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.1, 178.2.3, 178.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmə), 308.1 -ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 -ci (vəzifə səlahiyyətlərini aşma), 322-ci (özbaşınalıq) maddələrində nəzərdə tutulmuş və əvvəllər Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin sədri vəzifəsində işləmiş, hazırda isə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə hüquqi xidmət göstərən X11 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 178.2.1, 178.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd etmə), 32, 308.1 -ci (vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə), 32, 309.1 -ci (vəzifə səlahiyyətlərini aşma cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə), 32, 322-ci (özbaşınalıq cinayətinin törədilməsini təşkil etmə, təhrik etmə və kömək etmə) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin aşkar olunmasına dair xüsusi qərardad qəbul edərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi iddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi o, ünvan 2 ünvan: ünvan 3 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin dəyərini 27 dekabr 2007-ci il tarixdə tam ödəyərək həmin mənzili almışdır və Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilmiş 27 dekabr 2007-ci il tarixli Maliyyə Arayışında "xxxx" kimi onun həmin 55 saylı mənzillə əlaqədar Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə borcunun olmaması göstərilmişdir. Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənzil- tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokolla rəsmiləşdirilmiş qərar qəbul edilmişdir və həmin qərar Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlandır. Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən 20 oktyabr 2008-ci il tarixdə rəsmi qaydada "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona göndərilmiş və 22 oktyabr 2008-ci il tarixdə 1141 saylı poçt şöbəsi tərəfindən ona rəsmi qaydada təqdim edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin bildirişində göstərilmişdir ki, Cavabdeh1 MTK-nın İ.Qutqaşınlı 89 ünvanda inşa etdiyi yaşayış binasında inşaat işlərinin başa çatması ilə əlaqədar 55 saylı mənzilin sakini İddiaçı... BİLDİRİŞ: Cavabdeh1 MTK-nın rəhbərliyi nəzərinizə çatdırır ki, xx.xx.2008-ci il tarixdən etibarən binanın inşası başa çatır. İ.Qutqaşınlı 89 ünvanda inşaat işlərinin başa çatdığını nəzərə alaraq mənzillər sizin istismarına verilir. Mənzillər üçün bütün kommunal xərcləri xx.xx.2008-ci il tarixdən hesablanacaqdır”. Həmin bildirişini o, 22 oktyabr 2008-ci il tarixdə rəsmi qaydada aldıqdan sonra 2008-ci ilin noyabr avının əvvəlində Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilin Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona təhvil verilmişdir. Daha sonra o, Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilində əsaslı təmir isləri aparmışdır və həmin 55 saylı mənzilim hazırda onun istifadəsindədir. Bundan sonra, o, həmin 55 saylı mənzil ilə əlaqədar müqavilə əsasında 2008-ci ilin sentyabr ayından 2009-cu ilin sentyabr ayınadək olan müddət ərzində hər ay 151.23 manat (bir yüz əlli bir manat iyirmi üç qəpik) olmaqla mənzilkommunal xidmət haqqlarını Cavabdeh1 Mənzil- Tikinti Kooperativinə ödəmiş və bu barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona müvafiq qaimələr təqdim edilmişdir. Onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin 2.3-cü bəndində Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin öhdəliyi kimi göstərilmişdir: “Mənzili “Kooperativ” "xxxx"ya aşağıdakı texniki vəziyyətdə təhvil verməlidir: - həyətdə yeraltı qaraj yerləşdirəcək, "xxxx"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər”. Daha sonra Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının (hazırda Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı ünvanda yerləşən çoxmənzilli yaşayış binasının) idarə edilməsi və istismarı Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının 01 oktyabr 2009cu il tarixli qərarına və Cavabdeh1 Mənzil-Tikinti Kooperativi ilə "xxxx" X6 arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli Müqaviləyə əsasən "xxxx" X4 həvalə edilmişdir. Belə ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağının 01 oktyabr 2009-cu il tarixli protokoluna əsasən səsvermə yolu ilə Cavabdeh1 MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı "xxxx" X4 (MMM) tapşırılması qərara alınmışdır. Cavabdeh1 MTK İdarə Heyətinin sədri X14 ilə "xxxx" MMM-in direktor X12 arasında bağlanmış 01 oktyabr 2009-cu il tarixli Müqavilənin 1-ci, 1.1-ci, 1.2-ci və 1.3-cü (müqavilənin mahiyyəti) bəndlərində göstərilmişdir: “Bakı Şəhər İH-nin 45 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 4 ünvanda çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsi və tikintisi həyata keçirilmişdir. Həmin tikinti Cavabdeh1 MTK üzvlərinin vəsaiti hesabına həyata keçirilib. Cavabdeh1 MTK Yasamal rayon, İsmayılbəy Qutqaşınlı küçəsi 89 ünvanda çoxmərtəbəli yaşayış binasının sakinlərinə xidmət göstərilməsini təşkil edir. Müqavilənin “1.1.” bəndində göstərilənə əsaslanaraq “Sifarişçi ” kommunal xidmət göstərilməsini bu müqavilə ilə “İcraçı ”ya həvalə edir. “İcraçı” tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər (islər) üzrə yaranan münasibətlər “İcraçı” ilə sakinlər arasında imzalanan fərdi müqavilələr ilə tənzimlənir”. Daha sonra onunla "xxxx" X6 arasında 01 avqust 2009-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə” bağlanmışdır və həmin 01 avqust 2009-cu il tarixli Müqaviləyə əsasən “Sifarişçi” olaraq o, öz üzərinə hər ay 157.12 manat olmaqla mənzil-kommunal xidmət haqqlarını “İcraçı” kimi "xxxx" X4 ödəməyinə dair öhdəlik götürmüşdür. "xxxx" X6 tərəfindən ona verilmiş 29 sentyabr 2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin sentyabr ayına kommunal xərcləri üçün 114,24 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, 21 oktyabr 2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin oktyabr ayına kommunal xərcləri üçün 157,12 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, 04 noyabr 2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin noyabr ayına kommunal xərcləri üçün 157,12 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Daha sonra tərəfindən "xxxx" X4 ünvanlanmış 13 noyabr 2009-cu il tarixli müraciətində hər ay tərəfimdən mənzil-kommunal xidmət haqqları kimi 157,12 manat ödənilməsinə baxmayaraq, istismar xərclərinin qanunvericliklə müəyyən edilmiş tariflərə uyğun olmaması ilə əlaqədar artıq ödənilmiş pul vəsaitinin geri qaytarılmasını yaxud sonrakı aylar üçün ödənişlə əvəzləşdirilməsini xahiş etmişdir. Bundan sonra onunla "xxxx" X6 arasında əldə edilmiş razılaşma nəzərə alınaraq "xxxx" X6 tərəfindən ona verilmiş 16 dekabr 2009-cu il tarixli Maliyyə Arayışına əsasən 2009-cu ilin dekabr ayına kommunal xərcləri üçün 120 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. 06 yanvar 2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin yanvar ayına kommunal xərcləri üçün 120 manat onun tərəfimdən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Daha sonra mülkiyyətində olan mənzillə bağlı “Sifarişçi” kimi onunla “İcraçı” kimi "xxxx" X6 arasında yeni 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə” bağlanmışdır və həmin 01 mart 2010-cu il tarixli Müqaviləyə əsasən “Sifarişçi” olaraq o, öz üzərinə hər ay 117.84 manat olmaqla mənzil-kommunal xidmət haqqlarını “İcraçı” kimi "xxxx" X4 ödəməyinə dair öhdəlik götürmüşdür. "xxxx" X6 tərəfindən ona verilmiş 03 mart 2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin fevral və mart aylarına kommunal xərcləri üçün 240 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur, 20 may 2010-cu il tarixli Maliyyə Arayışına əsasən 2010-cu ilin aprel ayına kommunal xərcləri üçün 120 manat onun tərəfindən "xxxx" X4 ödənilmişdir və onun qalıq borcu yoxdur. Qeyd etdiyi bu faktlar (hallar) iddiaçı "xxxx" X3 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh1 Mənzil-Tikinti Kooperativi cəlb edilməklə cavabdeh kimi ona qarşı irəli sürdüyü kommunal xidmət haqqı borcunun ödənilməsi barədə iddia tələbi üzrə iddianın qismən təmin edilməsi barədə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı səhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2600/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə bir daha müəyyən olunmuşdur və təsdiq edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2600/2023 nömrəli 05 iyul 2023-cü il tarixli qətnaməsi onun tərəfindən icra edilərək 20 noyabr 2023-cü il tarixdə "xxxx" X4 kommunal xidmət haqqı kimi 4304,66 manat pul məbləğini ödəmişdir. Daha sonra hər ay onun tərəfindən mənzilkommunal xidmət haqqı kimi 117.84 manat ödəməli olması barədə 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında Müqavilə”nin müddətinin yenə də 01 mart 2024-cü il tarixdən 01 mart 2025-ci il tarixinə kimi 1 (bir) il müddətinə eyni şərtlərlə uzadılması ilə əlaqədar o, 2023-cü ilin may ayından 2024-cü ilin iyun ayının sonuna kimi 14 (on dörd) ay müddət üçün hər ay 117.84 manat (mənzilin 1 (bir) kv.metri üçün 60 (altmış) qəpik ödənilməsi hesqbı ilə - riyazi qaydada “117,84:196,4=0,6”) hesablanmaqla cəmi məbləğ kimi 1649,76 manat kommunal xidmət haqqını 11 iyun 2024-cü il tarixdə "xxxx" X4 ödəmiş və bu barədə "xxxx" X6 tərəfindən mənə GEĞ234836 seriya və nömrəli 11 iyun 2024-cü il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzi verilmişdir. Həmin mədaxil qəbzində onun qalıq borcunun olmaması göstərilmişdir. 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” Müqavilə 4.4-cü və 6-cı bəndlərinə əsasən eyni şərtlərlə, eyni qaydada və eyni müddətə - 01 mart 2025-ci il tarixdən 01 mart 2026-cı il tarixinə kimi 1 (bir) il müddətinə uzadılmışdır. Həmçinin bildirir ki, onun mülkiyyətində və istifadəsində olan mənzilə verilən elektrik enerjisi ilə əlaqədar istehlakçı kimi o, **********90055 nömrəli abonent kodu üzrə "xxxx" Acıq Səhmdar Cəmiyyətində, həmin 55 saylı mənzilinin su təchizatı və göstərilən kanalizasiya xidməti ilə əlaqədar istehlakçı kimi o, **********550 nömrəli abonent kodu üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində qeydiyyatdadır və onun mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küşəsi 89 saylı binada yerləşən 55 saylı mənzilində istehlak etdiyi elektrik enerjisi və su sərfiyyatı, habelə kanalizasiya xidməti ilə əlaqədar yaranmış borc məbləğləri bildiriş-xəbərdarlıqlara əsasən onun tərəfindən vaxtında "xxxx" ASC-yə və "xxxx" ASC-yə ödənilir. Onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli ikitərəfli alqı-satqı müqaviləsinə və həmin ikitərəfli alqı-satqı müqaviləsinə əsaslanan öhdəliklərə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci, 528-ci maddələrinə və 27 dekabr 2007-ci il tarixli Müqavilənin 6-cı və 6.1-ci bəndlərinə (müqavilənin müddəti) əsasən 2008-ci ilin noyabr avının əvvəlində xitam verilmişdir. Mənzilin dəyərini 27 dekabr 2007-ci il tarixdə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə tam ödədiyi andan həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinə və hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən həmin yaşayış sahəsinə - Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən ümumi sahəsi 196.4 kv.metr olan 4 otaqlı 55 saylı mənzilinə 27 dekabr 2007-ci il tarixdən mülkiyyət hüququ əldə etmişdir. Mənzilə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzilə onun adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin təmin edilməsi barədə onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə də müraciət etmişdir. Müraciətinə cavab məktubunda Bakı Səhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 28 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi basa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Cavabdeh1 MTK göstərildiyi, qeyd olunan yaşayış binasında yerləşən mənzilə dair Cavabdeh1 MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə müraciət edəcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacağı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olması bildirilmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlanılan hüquqmüəyyənedici sənədin - pay haqqını (dəyərini) 27 dekabr 2007-ci il tarixdə tam ödədiyi mənzilinin "xxxx" (mənzil-tikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi mənə təqdim olunmasından imtina edilməsi barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən ona göndərilmiş 02 iyul 2024-cü il tarixli və 24 oktyabr 2024-cü il tarixli imtina məktublarında həmin hüquqmüəyyənedici sənədin ona təqdim olunması üçün qanunsuz şərt kimi imzalanması tələb olunan imtina məktubuna qoşma kimi əlavə edilmiş 17 (on yeddi) ilə yaxın müddətdən sonra 27 dekabr 2007-ci il tarixli müqaviləyə əlavə və dəyişikliklərin edilməsi barədə 27 iyun 2024-cü il tarixli Əlavənin (Əlavə Müqavilənin) layihəsinin 3-cü bəndində göstərilmiş “Tərəflər razılaşırlar ki, mənzilin 27 dekabr 2007-ci il tarixli müqavilədə göstərilən ümumi 196,4 kv.m. sahəsi onun yekun ümumi sahəsini nəzərdə tutur və gələcəkdə mənzilin təmiri, yenidən ölçülməsi və ya mənzilin dövlət reyestrindən sənədləri texniki pasportu alınarkən bu sahədən fərqli sahə müəyyən edilərsə (az və ya çox), heç bir tərəf digər tərəfə qarşı bununla bağlı iddia və ya tələblə çıxış edə bilməz” şərtləri öz mahiyyəti üzrə də Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı, 57-ci, 60-cı və 71ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına, habelə onun Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında bağlanmış 27 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinin 3-cü bəndinə və 3.1-ci bəndinin b) yarımbəndinə (tərəflərin öhdəlikləri) tam zidd olmaqla qanunsuz və əsassızdır. 28 sentyabr 2024-cü il tarixli ərizə ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni sədri X9 təkrar müraciət edərək mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzilin "xxxx" (mənziltikinti kooperativinin üzvü) kimi ona verilməsi (ayrılması) barədə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən təsdiq edilmiş Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) - hüquqmüəyyənedici sənədin binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsini xahiş etmişdir. Onun 28 sentyabr 2024-cü il tarixli təkrar müraciətinə cavab olaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin yeni sədri X13 tərəfindən yenə də həmin (əvvəlki) qanunsuz və əsassız dəlillər göstərilərək, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" - mənziltikinti kooperativinin üzvü) kimi ona təqdim olunmasından qanunsuz və əsassız olaraq imtina edilmişdir. Nəticədə isə artıq uzun müddətdir ki, binanın sahə mülkiyyətçisi ("xxxx" mənzil-tikinti kooperativinin üzvü) kimi onun Bakı səhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı binada yerləşən 55 saylı mənzili ilə əlaqədar Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təminat verilmiş konstitusion mülkiyyət və mənzil hüquqları Cavabdeh1 Mənzil-Tikinti Kooperativi tərəfindən pozulur. 29 noyabr 2024-cü il tarixli şikayət ərizəsi ilə o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edərək kommersiya hüquqi şəxs olan və sahibkarlıq fəaliyyətini həyata keçirən Cavabdeh1 Mənzil-Tikinti Kooperativi (VÖEN: **********) tərəfindən mənzil hüquqlarının uzun müddət pozulması məsələsinin Azərbaycan Respublikası Prezidentinin 1531 nömrəli 14 iyul 2017-ci il tarixli Fərmanına əsasən araşdırılmasını və Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) binanın sahə mülkiyyətçisi ("xxxx" - mənzil-tikinti kooperativinin üzvü) kimi ona təqdim edilməsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin rəhbərliyinə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov tərəfindən ona göndərilmiş 3-21-1/2- 451/2025 nömrəli 13 yanvar 2025-ci il tarixli məktubunda Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə görə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və ona tabe olan qurumların daşınmaz əmlakı və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması sahəsində fəaliyyət göstərdiyi, ümumi yığıncağın qərarının təqdim edilməsi ilə başlı Cavabdeh1 MTK-ya müraciət edilməsinin məqsədəmüvafıq olması qeyd edilmişdir. Hazırda Cavabdeh1 Mənzil-Tikinti Kooperativində saxlanılan həmin hüquqmüəyyənedici sənədin ona təqdim edilməsindən heç bir aidiyyəti və əlaqəsi olmayan, qanunsuz və əsassız tələblər irəli sürməklə və dəlillər göstərməklə imtina etməsi nəticəsində Cavabdeh1 Mənzil-Tikinti Kooperativi qanunvericiliyin tələblərini və aralarında bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqaviləyə əsaslanan öhdəliklərini pozmuşdur və hüquqi məsuliyyət yaradan bu qanunsuz hərəkətləri ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi aramızda bağlanmış 27 dekabr 2007-ci il tarixli Müqavilənin icra edilməsinə mülkiyyətində və istifadəsində olan Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi 89 saylı çoxmənzilli yaşayış binasında yerləşən ümumi sahəsi 196,4 kv.metr olan 4 (dörd) otaqlı 55 saylı mənzili ilə əlaqədar çıxarışın və texniki pasportun verilməsinə hüquqdan sui-istifadə etməklə qanunsuz maneələr və məhdudiyyətlər yaratmışdır. Cavabdeh "xxxx" MTK İddiaçı qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əsassız və qanunsuz şikayətləri əsasında Cavabdeh1 MTK-nın məruz qaldığı məktub - ərizələrin hüquqi formatda yazdırılması - hazırlanması, poçt xidməti, nəqliyyat – taksi xidməti və hüquq mühafizə orqanlarında boş – boşuna gözləmələrin kompensasiyası kimi 950 (doqquz yüz əlli) manatın, həmçinin 30 (otuz) manat məhkəmə rüsumunun, cəmi 980 (doqquz yüz səksən) manat məbləğin İddiaçı tutularaq Cavabdeh1 MTK-ya ödənilməsi, həmçinin iddia ərizəsinə əlavə edilən kommunal xidmət müqaviləsinin, kombi sistemi üzrə ərizənin, kooperativdən şikayəti olmamasına dair ərizənin, sənədlərin təqdim edilməsinə dair ərizənin, sahə fərqinin olmamasına dair ərizənin, sənədlərin təhvilinə dair iltizam – bildirişin, parkinqlə bağlı müqaviləyə əlavənin imzalanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarındakı mübahisə onun əsassız və qanunsuz tələbləri, eləcə də, hüquqdan sui istifadə etmək istəməsi ilə əlaqədardır. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MTK-ya ünvanladığı müraciətə aşağıdakı məzmunda cavab verilmişdir: - “Sizin xx.xx.2024-cü il tarixli təkrar müraciətinizə cavab olaraq (daxil olub xx.xx.2024) bildirirlər ki, oxşar məzmunlu ərizənizə Cavabdeh1 MTK tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi cavab verilib və sənədlərin surəti həmin məktuba əlavə olunub. Həmçinin, Yasamal rayon Prokurorluğunun müstəntiqi Mail Vəliyevin çağırışı ilə həmin prokurorluqda izahat verilib, həmçinin xx.xx.2024-cü il tarixdə rəsmi cavab göndərilib, sizə aid sənədlərin surəti şəxsən təqdim edilib. Göstərilənlərə əsasən bir daha qeyd edirlər ki, Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində sizin mənzil üçün “çıxarış” alınması üçün hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması (belə ki, kommunal xidmət haqqını ödəyirsiniz, amma müqaviləyə imza atmırsınız?), həmçinin Cavabdeh1 MTK-nın əlehinə olan hərəkətlərə son qoyulması (MTK-nı əsassız olaraq hüquq mühafizə orqanlarına şikayət edirsiniz), kooperativ barədə şikayətçi olmadığınıza dair iradə ifadəniz, həmçinin aramızda imzalanan 27 dekabr 2007-ci il tarixli müqavilə əsasında mənzilin yekun ümumi sahəsi və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsi, bundan əlavə mənzilinizdə kombi sistemi quraşdırmaq istədiyiniz təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından rəsmi icazənin alınmasına dair öhdəlik götürməyiniz, eləcə də kooperativdən təhvil aldığınız sənədlər barədə iltizama imza atmağınız zəruridir”. Həmin məktuba qoşma şəklində xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubların surəti əlavə edilib. Həmçinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, bizdən şikayət etmişdir. Həmin xidmətə aşağıdakı məzmunda cavab göndərilib: - “İddiaçı və Cavabdeh1 MTK arasında imzalanan xx.xx.2007-ci il tarixli müqaviləyə, həmçinin MTKya yazdığı həmin tarixli ərizəyə əsasən ona, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531 ünvanda inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzil ayrılmışdır. Həmin mənzil hazırda həmin şəxsin istifadəsindədir və təmir işləri aparılıb. İddiaçı iddia edir ki, həmin binanın yeraltı hissəsindəki qarajdan istifadə etməlidir, lakin, MTK ona şərait yaratmır. Bildirirlər ki, xx.xx.2007-ci il tarixli müqavilənin “2.3.-cü” bəndində göstərilib ki, "xxxx" qarajdan istifadə etmək istədikdə, bu münasibətlər müqaviləyə “Əlavə” ilə tənzimlənəcək. Yəni, qarajdan istifadə etmək istəyən "xxxx" MTK ilə müqaviləyə “Əlavə” imzalamalıdır. Digər "xxxx"larla olan razılaşmalara əsasən (həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasən qarajlar satılmışdır və hazırda həmin binada boş, yəni sahibi olmayan qaraj qalmamışdır) həmin qarajlar müqaviləyə “Əlavə” əsasında sakinlərə dəyəri ödənilməklə satılıb və sakinlər tərəfindən mülkiyyətlərinə qəbul edilib. Həmin sakinlər əldə etdikləri qarajlara dair “çıxarış”lara malikdir və həm sahiblik, həm sərəncam, həm də istifadə hüquqları mövcuddur. Lakin, İddiaçı "xxxx"lar qarajdan istifadə etmək istədikdə, tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” müddəasını elə başa düşmək istəyir ki, qarajlar təmənnasız və ancaq istifadə hüququ ilə sakinlərin, daha doğrusu İddiaçı ixtiyarına verilməlidir. Belə bir güzəştli şərait Cavabdeh1 MTK tərəfindən nəzərdə tutulmamışdır və bizim imkanlarımız xaricindədir. İddiaçı tərəfindən hazırki problem, onun tərəfindən ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı mənzili üzrə 10 ildən artıq dövr üçün kommunal xidmət haqqı məbləğini ödəmək istəməməsindən sonra qaldırılmışdır. Belə ki, həmin binaya və İddiaçı mənzilinə qanuni əsaslarla kommunal xidmət göstərən təşkilat "xxxx" MMM Yasamal rayon məhkəməsində İddiaçı qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair iddia qaldırılmışdır. Həmin iddia tələbindən sonra İddiaçı dayanmadan dövlət orqanlarına çoxsaylı şikayətlər yazmaqla məşğuldur və həmin şikayətlərin bir surətini də bizim və ya partnyor şirkətlərin əməkdaşlarına göndərir. Görünən odur ki, İddiaçı özü hüquqşünas olsa da, istifadəsində olan mənzil üzrə kommunal xidmət haqqını ödəmək istəmir. Halbuki, o, bununla bağlı müqaviləyə də imza atıb”. Həmçinin cavabdeh Yasamal rayon Prokurorluğuna müraciət – şikayət edib və prokurorluğun müstəntiqi cənab Mail Vəliyevə aşağıdakı məzmunda cavab göndərilib: - “İddiaçı Yasamal rayon Prokurorluğuna ünvanladığı əsassız şikayət ərizəsinə əsasən bildiririk ki, həmin şəxsin Cavabdeh1 MTKnın İdarə heyətinə yazdığı 27 dekabr 2007-ci il tarixli ərizəsində qeyd edilib ki, koopartivin “Nizamnamə”si ilə tanış olub, onu bütövlükdə qəbul edir və kooperativin payçılarının üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinizə zəmanət verir. Bundan əlavə onunla kooperativ arasında imzalanan 27 dekabr 2007-ci il tarixli müqavilənini “3.2.b” və “3.2.c” bəndlərindən görünür ki, üzərinə öhdəlik götürüb ki, kommunal xidmət haqqını vaxtıvaxtında ödəyəcək və sakinlərə kommunal xidmət göstərən müəssisə ilə müqavilə bağlayacaq. Lakin, onun tərəfindən sadalanan öhdəliklərə əməl edilməyib və üzərinizə düşəni icra etməyib. Belə ki, uzun müddət kommunal xidmət haqqını ödənilməyib. Daha sonra sakinlərə və binaya kommunal xidmət göstərən təşkilat ilə aralarında məhkəmə mübahisəsi olub və qərar qəbul edilib ki, kommunal xidmət haqqını ödəsin. Həmin qərar üzrə mənzilin hər bir metr sahəsinə düşən kommunal xidmət haqqı tərəfindən ödənilsə də, həmin ödəniş üçün müqavilə bağlamaqdan imtina edir. Bundan əlavə aramızda imzalanan müqavilədə binanın yeraltı hissəsində mövcud olan dayanacaq yerlərindən – qarajlardan istifadə şərtləri açıq-aydın göstərilsə də, qarajlardan ödənişsiz istifadə etmək niyyətində olub bə bunun üçün əsassız olaraq kooperativi müxtəlif dövlət orqanlarına şikayət edib. Bununla da yersiz şəkildə kooperativə əlavə problemlərin yaradılmasına, iş yükünün artırılmasına və resursların yersiz xərclənməsinə səbəb olub. Göstərilənlərə baxmayaraq Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində İddiaçı mənzili üçün “çıxarış” alınmasına hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması, həmçinin Cavabdeh1 MTK-nın əlehinə olan hərəkətlərə son verilməsi, kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aramızda imzalanan 27 dekabr 2007-ci il tarixli müqaviləyə əlavə şəklində mənzilin yekun ümumi sahəsi barədə işlərin və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsinin yekunlaşdırılması, bundan əlavə mənzildə kombi sistemi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından rəsmi icazənin alınmasına dair öhdəlik götürməsi, eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atması zəruridir. Hörmətli Mail müəlim ! Sizin qəbulunuzda olarkən və izahatımız alınarkən yuxarıdakılar barədə məlumat verilib. Rəsmi olaraq hazırki məktuba əlavə sənədləri diqqətinizə çatdırırıq və bildiririk ki, tədqim edilən sənədlərə İddiaçı imza atdığı təqdirdə Cavabdeh1 MTK tərəfindən ona “çıxarış” alınması üçün hüquq müəyyənedici sənədlərin təqdim edilməsinə etiraz etmirik. Xahiş edirik nəzərə alasınız. Qoşma: 1. Kommunal xidmət müqaviləsinin surəti – 1 nüsxə; 2. Kombi sistemi üzrə ərizə – 1 nüsxə; 3. Şikayət olmamasına dair ərizə – 1 nüsxə; 4. Sənədlərin təhvilinə dair iltizam – bildiriş – 1 nüsxə; 5. Müqaviləyə əlavə - 1 nüsxə”. Göründüyü kimi cavabdeh onlara qarşı yersiz və əsassız müraciət, şikayət və iddialarla çıxış etməklə, onların vaxtını, enerjilərini və resurslarını alır və əlavə xərcə düşməklərinə səbəb olur. Həmin xərci 950 (doqquz yüz əlli) manat (məktub və ərizələrin hüquqi formatda yazdırılması - hazırlanması, poçt xidməti, nəqliyyat – taksi xidməti, hüquq mühafizə orqanlarında boş – boşuna gözləmələr və s.) məbləğində qiymətləndirirlər. Həmçinin, Cavabdeh1 MTK olaraq cavabdehə dair qanuni tələbləri barədə dəfələrlə həm özünə, həm də onları şikayət etdiyi qurumlara göndərdikləri rəsmi məlumat və cavablara istinad edərək, kommunal xidmət müqaviləsinin, kombi sistemi üzrə ərizənin, bizdən şikayəti olmamasına dair ərizənin, sənədlərin təhvilinə dair iltizam – bildirişin, müqaviləyə əlavənin imzalanmasını məhkəmə qaydasında hazırki qarşılıqlı iddia ərizəsi ilə tələb edirlər. Əlavə olaraq qeyd edilməlidir ki, qanunverici çoxmənzilli binaların saxlanması xərclərinin ödənməsindən boyun qaçıran şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.4.-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahəsinin kirayəçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Bu məsuliyyətin müəyyən edilməsi həmin ödənişlərin nə dərəcədə vacib olduğuna dəlalət edir. Cavabdeh illərdir müəyyən edilmiş kommunal xidmətlərin dəyərinin tam ödənilməsindən boyun qaçırır. Bu isə ayrıca olaraq qanunla tənzimlənir və inzibati xəta hesab edilməklə bərabər müvafiq məsuliyyətə səbəb olur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2833/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" MTK-nın İddiaçı qarşı “maddi ziyanın ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən Cavabdeh1nə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMM-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının nə vaxtsa avtomobili olsa və onlar tərəfindən qarajda saxlanılmasına icazə verilməzsə o zaman onlara qarşı iddia qaldıra bilər. İddiaçı və digər cavabdeh "xxxx" MTK-ya məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MTK məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixə təyin edilən iclasın onların iştirakı olmadan keçiririlməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh1 MTK (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 16-cı mərtəbəsində yerləşən 196.4 kv.m təşkil edən 4 otaqlı 55 saylı mənzili "xxxx"- İddiaçı təhvil verməyi, sonuncu isə binanın tikintisi başa çatdıqdan sonra mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən qeyd edilən binaya ünvan 7 ünvanı verilmişdir. Müqavilənin 3.2-ci bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçı mənzilin, eləcə də binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq, binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin vaxtı-vaxtında ödənilməsini, eyni zamanda öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öhdəsinə götürür. Müqavilənin 4-cü bəndinə əsasən layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisinə xx.xx.2004-cü il tarixdə başlamaq və 2008-ci ilin birinci rübündə başa çatdırmaq nəzərdə tutulmuşdur. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri "xxxx"- İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və borcu yoxdur. xx.xx.2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Qutqaşınlı küçəsində yerləşən 89 saylı evin 55 saylı mənzilinin dəyəri kimi 266.000 ABŞ X1 tam şəkildə ödənilmişdir. Cavabdeh1 İdarə Heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağının xx.xx.2009-cu il tarixli protokoluna əsasən müəyyən edilir ki, səsvermə yolu ilə Cavabdeh1 MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı "xxxx" MMM-nə tapşırılması qərara alınmışdır. “Xəzər Mənzil Servis" X6 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli Müqavilə ilə müəyyən edilir ki, Bakı Şəhər İH-nin 45 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən layihələşdirilməsi və tikintisi həyata keçirilmiş ünvan 8 ünvanında çoxmərtəbəli yaşayış binasının sakinlərinə kommunal xidmətlərin göstərilməsi və binanın idarəçiliyi “Xəzər Mənzil Servis" MMM-ə həvalə edilmişdir. Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış bildirişin surətindən müəyyən olunur ki, MTK ünvan 9 ünvanında inşa edilən yaşayış binasının inşası xx.xx.2008-ci il tarixdən başa çatdığından mənzillərin istismara veriləcəyi və mənzillər üçün bütün kommunal xərclərin xx.xx.2008-ci il tarixdən hesablanacağı barədə İddiaçı xəbərdar edilmişdir. Poçt zərfindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2008-ci il tarixdə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh1 MTK tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli, 21 nömrəli qaimənin surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 89, 55 saylı mənzil ilə bağlı İddiaçı tərəfindən müqavilə əsasında sentyabr və oktyabr ayları üçün cəmi 302,46 manat kommunal xərci olmaqla, 2 ədəd su sayğacı, 1 ədəd elektrik sayğacı, 1 ədəd qaz sayğacı, 1 ədəd qazın kəsilməsi cihazı, 1 ədəd domofon xətti üçün ümumilikdə 1206,46 manat məbləğində vəsaitini MTK-ya ödəmişdir. xx.xx.2008-ci il tarixli 35 nömrəli, xx.xx.2009-cu il tarixli 02 nömrəli, xx.xx.2009-cu il tarixli 28 nömrəli, xx.xx.2009-cü il tarixli 92 nömrəli, xx.xx.2009-cu il tarixli 122 nömrəli, xx.xx.2009-cu il tarixli 151 nömrəli, xx.xx.2009-cu il tarixli qaimələrdən müəyyən edilir ki, İddiaçı tərəfindən 2008-cilin dekabr ayından 2009-cu ilin iyul ayınadək kommunal xərcləri ilə bağlı hər ay 151 manat, 2009-cu ilin avqust-sentyabr ayları üzrə isə cəmi 200 manat pul vəsaitini MTK-ya ödəmişdir. “Xəzər Mənzil Servis" MMM ilə İddiaçı arasında bağlanmış 01 avqust 2009-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqavilədən görünür ki, “Xəzər Mənzil Servis" MMM ünvan 10 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizə etməyi, mənzil sahibi (sifarişçi) isə icraçı (“Xəzər Mənzil Servis" MMM) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 157.12 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Xəzər Mənzil Servis" MMM-in tərtib etdiyi “bina üzrə sakinlərə göstərilən xidmət və ümumi istifadədə olan sahələrin istismar xərclərinin hesabatı”ndan müəyyən edilir ki, kommunal xərclər mənzilin 1 m2 sahəsinə görə 0,8 AZN-dən hesablanmışdır. “Xəzər Mənzil Servis" MMM tərəfindən tərtib edilmiş 28 sentyabr 2009-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən kommunal xərclər üçün 114,24 manat məbləğində pul vəsaiti “Xəzər Mənzil Servis" X4 ödənilmişdir. “Xəzər Mənzil Servis" MMM tərəfindən tərtib edilmiş 21 oktyabr 2009-cu il tarixli və 04 noyabr 2009-cu il tarixli maliyyə arayışlarından görünür ki, İddiaçı tərəfindən kommunal xərclər üçün 157,12 manat məbləğində pul vəsaiti “Xəzər Mənzil Servis" X4 ödənilmişdir İddiaçı tərəfindən MMM-nə ünvanlanmış xx.xx.2009-cu il tarixli müraciətdən görünür ki, o, 157 manat komunal xərcin qanunvericiliyin tələbinə zidd olmasını əsas gətirərək artıq ödənilmiş vəsaitin geri qaytarılmasını, yaxud əvəzləşdirilməsini xahiş etmişdir. İcraçı qismində “Xəzər Mənzil Servis" MMM ilə sifarişçi qismində İddiaçı arasında bağlanmış 01 mart 2010-cu il tarixli “Mənzil-kommunal xidməti haqqında” müqavilədən görünür ki, “Xəzər Mənzil Servis" MMM ünvan 10 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismarı, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanılması və mühafizəsini təmin etməyi, mənzil sahibi (sifarişçi) isə icraçı tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 117.84 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. “Xəzər Mənzil Servis" MMM tərəfindən tərtib edilmiş 16 dekabr 2009-cu il, 06 yanvar 2010-cu il, 03 mart 2010-cu il, 20 may 2010-cu il tarixli maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 89, 55 saylı mənzilə görə İddiaçı tərəfindən kommunal xərclər üçün müvafiq olaraq 2009-cu ilin dekabr ayından 2010-cu ilin aprel ayınadək olan dövr üzrə hər ay 120 manat məbləğində pul vəsaiti “Xəzər Mənzil Servis" X4 ödənilmişdir. “Xəzər Mənzil Servis" MMM-in İddiaçı ünvanlanmış M-24/04 nömrəli, 09 aprel 2014cü il tarixli məktubundan görünür ki, o, 01 aprel 2014-cü il tarixə kimi kommunal xidmətə görə 7.384 manat borcunun yaranması barədə xəbərdar edilmiş və xx.xx.2014-cü il tarixədək borc ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. Poçt xəbərnaməsindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2014-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. İddiaçı “Xəzər Mənzil Servis" MMM-ə ünvanlanmış 26 aprel 2014-cü il tarixli müraciətindən görünür ki, o, 09 aprel 2014-cü il tarixli məktubda qeyd edilmiş 7384 manat borcun hansı kommunal xidmətlər üzrə və hansı qiymətlərə əsasən müəyyənləşdirilməsi barədə məlumatın verilməsini tələb etmişdir. Poçt qəbzindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə rəsmi qaydada göndərilmişdir. İ.Qutqaşınlı küçəsi, ev 89, mənzil 55 ünvanında yaşayan İddiaçı ünvanlanmış bildirişdən görünür ki, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası prezidenti tərəfindən imzalanmış və xx.xx.2015-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, fiziki şəxslərin mülkiyyətində olan əmlak vergisi Vergi Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadrat metrinə əsasən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 101 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsininin 198.1.11-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi Bakı şəhırində yerləşən binalara zonalar üzrə tətbiq edilir. Onun əmlakı 4-cü zonaya aid olduğu üçün əmlakının vergisinin hesablanmasına 1,2 əmsalı tətbiq edilir. Ona görə də onun Əmlakının 1 kv.metri 0,40 x 1,2 = 0,48 manat hesablanır. Qanunvericiliyin tələblərinə əsasən mülkiyyətində olan əmlakına üç il üçün hesablanmış 239,70 manat vergini Yasamal Bələdiyyəsinin bank hesabına ödənilməsi xahiş edilmişdir. Həmçinin Çıxarışın (kupça) və şəxsiyyət vəsiqənin surətinin Yasamal Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş təsdiqindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 MMM-yə kommunal xidmətlərin dəyəri olan 4304,66 manat ödənilmişdir. Cavabdeh2 tərəfindən verilmiş GEĞ seriyalı 234836 nömrəli 11 iyun 2024-cü il tarixli mənzil-kommunal xidməti üçün mədaxil qəbzindən görünür ki, 2023-cü ilin maydekabr və 2024-cü ilin yanvar-iyun aylar üzrə İddiaçı tərəfindən ümumilikdə 1649,76 manat ödəniş edilmişdir və onun qalıq borcu yoxdur. Cavabdeh1 MTK tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış 08 iyun 2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı və Cavabdeh1 MTK arasında imzalanan xx.xx.2007-ci il tarixli pviləyə. həmçinin MTK-ya yazdığı həmin tarixli ərizəyə əsasən ona, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531 ünvanda inşa edilən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 96.4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzil ayrılmışdır. Həmin mənzil hazırda həmin şəxsin istifadəsindədir və təmir işləri aparılıb. İddiaçı iddia edir ki, həmin binanın yeraltı hissəsindəki qarajdan istifadə etməlidir, lakin, MTK ona şərait yaratmır. Bildirilmişdir ki, xx.xx.2007-ci tarixli müqavilənin “2.3.-” bəndində göstərilib ki, "xxxx" qarajdan istifadə etmək istədikdə, bu münasibətlər müqaviləyə “Əlavə” ilə tənzimlənəcək. Yəni, qarajdan istifadə etmək istəyən "xxxx" VK ilə müqaviləyə “Əlavə” imzalamalıdır. Digər “Payçılarla olan razılaşmalara əsasən (həmin şəxslərin müraciətlərinin ardıcıllığına əsasan qarajlar satılmışdır və hazırda həmin binada boş, yəni sahibi olmayan qaraj qalmamışdır) həmin qarajlar müqaviləyə “Əlavə” əsasında sakinlərə dəyəri ödənilməklə satılıb və sakinlər tərəfindən mülkiyyətlərinə qəbul edilib. Həmin sakinlər əldə etdikləri qarajlara dair “çıxarışlara malikdir və həm sahiblik, həm sərəncam, həm də istifadə hüquqları mövcuddur. Lakin, İddiaçı “Payçılar qarajdan istifadə etmək istədikdə, tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” müddəasını elə başa düşmək istəyir ki, qarajlar təmənnasız və ancaq istifadə hüququ ilə sakinlərin, daha doğrusu İddiaçı ixtiyarına verilməlidir. Belə bir güzəştli şərait Cavabdeh1 MTK tərəfindən nəzərdə tutulmamışdır və onların imkanları xaricindədir. İddiaçı tərəfindən hazırki problem, onun tərəfindən ümumi sahəsi 196,4 kv.m. olan, 4 otaqlı mənzili üzrə 10 ildən artıq dövr üçün kommunal xidmət haqqı məbləğini ödəmək istəməməsindən sonra qaldırılmışdır. Belə ki, həmin binaya və İddiaçı mənzilinə qanuni əsaslarla kommunal xidmət göstərən təşkilat "xxxx" MMM Yasamal rayon Məhkəməsində İddiaçı qarşı “kommunal xidmət haqqının ödənilməsi tələbinə dair iddia qaldırılmışdır. Həmin iddia tələbindən sonra İddiaçı dayanmadan dövlət orqanlarına çoxsaylı şikayətlər yazmaqla məşğuldur. Görünən odur ki, İddiaçı özü hüquqşünas olsa da, istifadəsində olan mənzil üzrə kommunal xidmət haqqlnı ödəmək istəmir. Halbuki, o, bununla bağlı müqaviləyə də imza atıb. İddiaçı Cavabdeh1 MTK-ya ünvanlanmış 07 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin ona verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının qərarının (protokoldan çıxarışı) ona təqdim edilməsini xahiş etmişdir. Poçt xəbərnaməsindən isə müəyyən edilir ki, həmin bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. xx.xx.2024-cü il tarixli iltizam – bildirişdən görünür ki, İddiaçı Cavabdeh1 MTK tərəfindən inşa edilən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 89 ünvanda yerləşən 1 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasında, 15-ci mərtəbədə (faktiki olaraq 16-cı mərtəbə), ümumi sahəsi 196, 4 kv.m. olan, 4 otaqlı, 55 saylı mənzilin aşağıdakı hüqüq üəyyənedici sənədlərini təhvil almışdır: 1. Mənzilin protokoldan çıxarış - 1 nüsxə əsli 2. Mənzilin borc olmamaq haqqında arayışı – 1 nüsxə əsli 3. Müqaviləyə əlavə - 1 nüsxə əsli. Təsdiq edir ki, mənzili suvaqlı vəziyyətdə, sahəsi barədə protokoldan çıxarışda göstərilənlərdən heç bir əskiklik olmadan uzun müddətdir ki, təhvil almışdır və mənzilin “çıxarış”ını aldıqdan sonra da onun texniki pasportunda göstərilən sahə ilə ilkin ölçüləri (sahəsi) barədə hər hansı bir fərq – uyğunsuzluq olarsa Cavabdeh1 MTK-ya qarşı heç bir iddia və tələbi olmayacaq. Mənzilin “çıxarış” və texniki pasportunu əldə etdikdən sonra, dərhal bir nüsxəsi tərəfindən Cavabdeh1 MTK-ya və xidmət göstərən təşkilata təqdim ediləcək. Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 02 iyul 2024-cü il tarixli məktubdan görünür ki, onun Cavabdeh1 MTK-nın İdarə heyətinə yazdığı 27 dekabr 2007ci il tarixli ərizədə qeyd edilib ki, kobpartivin “Nizamnamə”si ilə tanış olmuşdur, onu bütövlükdə qəbul edirs və kooperativin payçılarının üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyinə zəmanət verir. Bundan əlavə aralarında imzalanan 27 dekabr 2007-ci il tarixli müqavilənini “3.2.b” və “3.2.c” bəndlərindən görünür ki, üzərinə öhdəlik götürmüsünüz ki, kommunal xidmət haqqını vaxtı-vaxtında ödəyəcək və sakinlərə kommunal xidmət göstrən müəssisə ilə müqavilə bağlayacaq. Lakin, onun tərəfindən sadalanan öhdəliklərə əməl edilməyib və üzərinə düşəni icra etmir. Belə ki, uzun müddət İddiaçı tərəfindən kommunal xidmət haqqı ödənilməyib. Daha sorna sakinlərə və binaya kommunal xidmət göstərən təşkilat ilə aralarında məhkəmə mübahisəsi olmuş və qərar qəbul edilmişdir. Həmin qərar üzrə mənzilinizini hər bir metr sahəsinə düşən kommunal xidmət haqqı tərəfinizdən ödənilsə də, həmin ödəniş üçün müqavilə bağlanmasından yayınır. Bundan əlavə aralarında imzalanan müqavilədə binanın yeraltı hissəsində mövcud olan dayanacaq yerlərindən - qarajlardan istifadə şərtləri açıq-aydın göstərilsə də, qarajlardan ödənişsiz istifadə etmək niyyətində olduğu üçün əsassız olaraq kooperativi müxtəlif dövlət orqanlarına şikayət etmişdir və 'bununla da yersiz şəkildə kooperativə əlavə problemlərin yaradılmasına, iş yükünün artırılmasına və resursların yersiz xərclənməsinə səbəb olmuşdur. Göstərilənlərə baxmayaraq Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində onun mənzil üçün çıxarış alınmasına hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə müqaviləsi olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə kommunal xidmət haqqı üzrə müqavilə imzalanması, həmçinin Cavabdeh1 MTK-nın əlehinə olan hərəkətlərə son verilməsi, kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aralarında imzalanan 27 dekabr 2007-ci il tarixli müqaviləyə mənzilin yekun ümumi sahəsi və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsi, həmçinin mənzilinizdə kombi sistemi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından rəsmi icazənin alınmasına dair öhdəlik götürməsi, eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atması zəruridir. İddiaçı Cavabdeh1 MTK-ya ünvanlanmış 28 sentyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 89 saylı binada yerləşən 55 saylı mənzilin ona verilməsi barədə Cavabdeh1 MTK-nın ümumi yığıncağının qərarının (protokoldan çıxarışı) ona təqdim edilməsini xahiş etmişdir. Poçt xəbərnaməsindən isə müəyyən edilir ki, həmin bildiriş ona xx.xx.2024-cü il tarixdə rəsmi qaydada çatdırılmışdır. Cavabdeh1 MTK tərəfindən İddiaçı ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 MTK mövcud qanunvericilik çərçivəsində onun mənzil üçün “çıxarış” alınması üçün hüquq müəyyənedici sənədlərin verilməsinə etiraz etmir. Lakin, həmin sənədlərin təqdim edilməsi üçün Cavabdeh1 MTK ilə olan və sakinlərə, həmçinin binaya kommunal xidmət göstərən təşkilat ilə xidmət haqqı üzrə müqavilə imzalanması (belə ki, kommunal xidmət haqqını amma müqaviləyə imza atmırsınız?), həmçinin Cavabdeh1 MTK-nın əlehinə olan son qoyulması (MTK-nı əsassız olaraq hüquq mühafizə orqanlarına şikayət, kooperativ barədə şikayətçi olmadığına dair iradə ifadəsi, həmçinin aralarında 27 dekabr 2007-ci il tarixli müqavilə əsasında mənzilin yekun ümumi sahəsi və dayanacaq yerlərinə dair əlavə sənədin rəsmiləşdirilməsi, bundan əlavə mənzilinizdə kombi quraşdırmaq istədiyi təqdirdə onun işlək hala gətirilməsi üçün dövlət orqanlarından icazənin alınmasına dair öhdəlik götürməsi, eləcə də kooperativdən təhvil aldığı sənədlər barədə iltizama imza atmasının zəruri olduğu bildirilmişdir. Sifarişçi İddiaçı ilə icraçı Cavabdeh2 MMM arasında bağlanmış xx.xx.2024-cü il tarixli Mənzil-kommunal xidməti haqqında müqavilədən görünür ki, “Xəzər Mənzil Servis" MMM ünvan 10 ünvanında yerləşən mənzilin və yerləşdiyi binadan istifadə ilə bağlı istismar, mənzil-kommunal xidmətlərinin həyata keçirilməsi, həyətyanı sahənin abad saxlanılması və s öhdəliyini, mənzil sahibi (sifarişçi) isə icraçı (“Xəzər Mənzil Servis" MMM) tərəfindən yerinə yetirilmiş iş və xidmət, eləcə də istismar haqlarını hər ay 190,51 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Cavabdeh1 MTK (Kooperativ) ilə İddiaçı (payçı) arasında imzalanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Tərəflərin razılığı ilə 27 dekabr 2007-ci il tarixli müqaviləyə aşağıdakı əlavə və dəyişikliklər edili: 1-ci bəndinə əsasən, Müqavilənin “2.3.” bəndində göstərilən - “mənzilin daxilində kanal tipli kondisioner quraşdırılacaq (əlavə ödəniş etmək şərti ilə)” və “həyətdə yeraltı qaraj yerləşdiriləcək” sözləri müqavilədən çıxarılır. 2-ci bəndinə əsasən, Müqavilənin “2.3.” bəndində göstərilən - "xxxx"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” sözləri onu etiva edir ki, binanın yeraltı hissəsində (həyət xaric) avtormobillər üçün açıq parkinq yerləri mövcud olmuşdur. Hazırda onun əksər hissəsi satılmışdır. "xxxx" avtomobillər üçün açıq parkinq əldə edərək ondan istifadə etmək istəyərsə, əlavə razılaşma ilə parkinq yerinin alqı-satqısı və ya icarəsi həyata keçirilə bilər. Tərəflər təsdiqləyirlər ki, avtomobillər üçün açıq parkinq əldə edilməsi və ondan istifadə ayrıca razılıq ilə rəsmiləşdirilməlidir. 3-cü bəndinə əsasən, Tərəflər razılaşırlar ki, mənzilin 27 dekabr 2007-ci il tarixli müqavilədə göstərilən (fanimi 196,4 kv.m sahəsi onun yekun ümumi sahəsini nəzərdə tutur və gələcəkdə mənzilin təctiri, yenidən ölçülməsi və ya mənzilin dövlət reyestrindən sənədləri - texniki pasportu alınarkən bu sahədən fərqli sahə müəyyən edilərsə (az və ya çox), heç bir tərəf digər tərəfə çarşı bununla bağlı iddia və ya tələblə çıxış edə bilməz. 4-cü bəndinə əsasən, bu “Əlavə” imzalandığı andan qüvvəyə minir, müqavilənin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.2011 -ci il tarixli, 28 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının” aktında sifarişçinin nümayəndəsi Cavabdeh1 MTK göstərilmişdir. Qeyd olunan yaşayış binasında yerləşən mənzilə dair Cavabdeh1 MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.6-cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə müraciət edəcəyi təqdirdə ərizəsinə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 3.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) shəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Mülki işlər məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, müraciətində göstərdiyi xüsusat mülki xarakterli olduğundan Yasamal rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ərazidə tikinti işlərini həyata keçirən şirkətin rəhbərliyi ilə (“Bisütun MTK) onun və yaxud digər sakinlərin münasibətləri tərəflər arasında bağlanılmış müqavilə öhdəlikləri əsasında nizamlanılır. Narazılığa səbəb olan məsələlərlə bağlı bildirilmişdir ki, qeyd edilən tikinti şirkəti ilə ümumi razılıq əldə edilmədiyi təqdirdə məsələnin hüquqi müstəvidə həll edilməsi üçün aiddiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilir Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edilir. Eyni zamanda qeyd edilmişdir ki, Mülki Məcəllənin 109.1-ci maddəsinə görə kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Həmin Məcəllənin 109.12-ci maddəsinə görə kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, mənziltikinti kooperativinin üzvünün istehlakçı, yaxud digər statusda iddiaçı qismində məhkəmə prosesində iştirakı müvafiq mübahisənin (iddianın) predmetindən asılı olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş xidməti məktubda müraciətdə qeyd edilən məsələnin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin səlahiyyətləri xaricində olduğu, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə görə, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi və ona tabe olan qurumların daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması sahəsində fəaliyyət göstərdiyi, ümumi yığıncağın qərarının təqdim edilməsi ilə bağlı Cavabdeh1 MTKya müraciət edilməsinin məqsədəmüvafiq olması qeyd edilmişdir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan cizgisi bu qərara əlavə olunmalıdır. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 109-4-cü maddəsinə əsasən, kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Bildirilmişdir ki, MTK ilə aralarında yaranmış mübahisə barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldıra bilər. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh İddiaçı kommunal xidmət haqqı qismində yaranan borcun əvəzi olaraq 4242,24 (dörd min iki yüz qırx iki manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 62,42 (altmış iki manat qırx iki qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" X3 xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməməsi qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “araşdırma aparılması öhdəliyinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 2-1(112)-13624/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1423/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1007/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qarajın iddiaçının istifadəsinə verilməsinin təmin edilməsi barədə inzibati aktın - qərarın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2761/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6603/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2-1(103)-2761/2024 nömrəli qərardadından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 109-4-cü maddəsinə əsasən, kooperativin üzvlərinin kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq hüququ vardır. 110.1-ci maddəsinə əsasən,Ş Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər. 111.1-ci maddəsinə əsasən, Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən, Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 35.4-cü maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. 37.1-ci maddəsinə əsasən, Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 45.1-ci maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1-43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. 45.3-cü maddəsinə əsasən, Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. 109.4-cü maddəsinə əsasən, Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. 113.1-ci maddəsinə əsasən, Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MTK (kooperativ) ilə İddiaçı (payçı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 16-cı mərtəbəsində yerləşən 196.4 kv.m təşkil edən 4 otaqlı 55 saylı mənzili "xxxx"- İddiaçı təhvil verməyi, sonuncu isə binanın tikintisi başa çatdıqdan sonra mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə əsasən qeyd edilən binaya ünvan 7 ünvanı verilmişdir. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri "xxxx"- İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və borcu yoxdur. Daha sonra Bisütun” MTK-nın idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsi və istismarı ümumi yığıncağın qərarına, eləcə də xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx" MMM-ə tapşırılmış, İddiaçı isə "xxxx" MMM ilə müqavilə bağlayaraq mənzilin kommunal xidmətləri və digər xidmətlərin həyata keçirilməsini "xxxx" MMM-ə həvalə etmiş, eyni zamanda bunun qarşılığında kommunal xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırda mənzil İddiaçı istifadəsindədir və həmin yaşayış binasının idarəetməsi "xxxx" MMM-in səlahiyyətidir. Həmçinin müəyyən edilir ki, cavabdehə Cavabdeh1 MTK mənzil xx.xx.2008-ci il tarixdən rəsmi qaydada təhvil verilməklə, həmin tarixdən kommunal xərclərin hesablanacağı barədə xəbərdar edilmişdir. Hətta buna dair cavabdeh özü xəbərnamə təqdim edərək xx.xx.2008-ci il tarixdə ona çatdırılmasını təsdiq etmişdir. Mənzili üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi məqsədilə binanın sahə mülkiyyətçisi ("xxxx"-mənzil-tikinti kooperativinin üzvü) kimi ona mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) təqdim edilməlidir. Lakin,"xxxx" MTK qeyd edilən sənədləri iddiaçıya təqdim etməkdən imtina edir. Məhkəmə iddianın hüquqmüəyyən edici sənədlərin təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin sənədlərin iddiaçıya təqdim edilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia həmin hissələrdə əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 531-ci məhəllə ünvanında inşa edilmiş yaşayış binasının 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 196.4 m2 təşkil edən 4 otaqlı 55 saylı mənzilin dəyəri "xxxx"- İddiaçı tərəfindən tam şəkildə ödənilmiş və borcu yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin mənzilin iddiaçıya verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçıya təqdim olunmasından imtina etməsi qanunsuz hesab edilməli və mənzilin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) iddiaçıya təqdim edilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə iddia tələbinin “binanın ümumi əmlakı kimi yeraltı avtodayanacağın (yeraltı avtomobil qarajının) onun fərdi minik avtomobilinin (fərdi nəqliyyat vasitəsinin) saxlanması üçün əvəzsiz və müddətsiz istifadəsinə verilməsi və istifadə etməyinə maneçiliyin yaradılmamasının hazırda çoxmərtəbəli yaşayış binasının idarə edilməsini həyata keçirən idarəedici təşkilat cavabdeh "xxxx" X4 həvalə edilməsi” hissələrinə münasibətdə hesab edir ki, iddia bu hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli Cavabdeh1 MTK (Kooperativ) ilə İddiaçı (payçı) arasında imzalanmış xx.xx.2007-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Tərəflərin razılığı ilə 27 dekabr 2007-ci il tarixli müqaviləyə edilmiş əlavə və dəyişikliklərə əsasən, müqavilənin “2.3.” bəndində göstərilən - “mənzilin daxilində kanal tipli kondisioner quraşdırılacaq (əlavə ödəniş etmək şərti ilə)” və “həyətdə yeraltı qaraj yerləşdiriləcək” sözləri müqavilədən çıxarılmış, müqavilənin “2.3.” bəndində göstərilən - "xxxx"lar qarajdan istifadə etmək istədikdə tərəflər bu müqaviləyə Əlavə edərək yeraltı qarajlardan istifadə şərtlərini bu Əlavə ilə tənzimləyəcəklər” sözləri onu etiva edir ki, binanın yeraltı hissəsində (həyət xaric) avtormobillər üçün açıq parkinq yerləri mövcud olmuşdur. Hazırda onun əksər hissəsi satılmışdır. "xxxx" avtomobillər üçün açıq parkinq əldə edərək ondan istifadə etmək istəyərsə, əlavə razılaşma ilə parkinq yerinin alqı-satqısı və ya icarəsi həyata keçirilə bilər. Tərəflər təsdiqləyirlər ki, avtomobillər üçün açıq parkinq əldə edilməsi və ondan istifadə ayrıca razılıq ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi tərəflər arasında 27 dekabr 2007-ci il tarixli müqaviləyə dəyişikliklər və əlavələr edilməsi barədə qarşılıqlı razılıq əldə edilmiş və həmin dəyişikliyə əsasən, həyətdə yeraltı qaraj yerləşdiriləcək sözləri müqavilədən çıxarılmış və onlar avtomobillər üçün açıq parkinq əldə edilməsi və ondan istifadə ayrıca razılıq ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə aralarında bağlanmış müqaviləni nəzərə almadan bu barədə onunla ayrıca müqavilə bağlamaq əvəzinə qarajın onun əvəzsiz və müddətsiz istifadəsinə verilməsini tələb etməsi əsassız olmuşdur. Bundan başqa İddiaçı xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ünvan 17 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim olunmasından imtina etməsi qanunsuz hesab edilməli, ünvan 17 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim edilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, idida qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan 50 (əlli) manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ünvan 17 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim olunmasından imtina etməsi qanunsuz hesab edilsin. ünvan 17 ünvanda yerləşən, ümumi sahəsi 196,4 kv.metr olan 55 saylı mənzilin İddiaçı Nürət oğluna verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı təqdim edilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi Cavabdeh1 Mənzil- Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin, dövlət rüsumunun qalan 50 (əlli) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar