Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2843/2021 17.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X4, İddiaçı2 nümayəndəsi (oğlu) X5, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsini Cavabdeh 12.09.2015-ci il tarixdə 200.000 ABŞ dollarına satmışdır. Aralarında olan razılaşmaya əsasən 200.000 ABŞ dollarının bir hissəsini ünvan 1 ünvanda yerləşən sahəsi 123 kv.m olan dəyəri 105.238 manat təşkil edən mənzil, nağd olaraq 40.000 ABŞ dolları pul şəkilində İddiaçı2 vermişdir. Cavabdeh qalan 80.000 ABŞ dollarını isə 2015ci ilin noyabr ayının sonuna kimi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqavilədə torpaq sahəsinin qiyməti 80.000 ABŞ dolları qeyd edilmişdir. Ümumilikdə cavabdeh iddiaçıya torpaq sahəsinə görə 40.000 ABŞ dolları, dəyəri 105.238 manat (80.000 ABŞ dolları) olan mənzil, sonradan isə 25.000 ABŞ dolları olmaqla, cəmi 145.000 ABŞ dolları pul ödəmiş, 55.000 ABŞ dolları borcu qalmışdır. Cavabdehin torpaq sahəsinin alınmasına görə 80.000 ABŞ dolları borcu qalmasına dair 12.09.2015-ci il tarixdə İddiaçı2 və Cavabdeh arasında borc müqaviləsi bağlanmış, müqaviləni İddiaçı2, Cavabdeh atası Əlisahib Hüseynov imzalamış və müqaviləyə “xxxx”MMC-nin möhürü vurulmuşdur. Bu bir daha təsdiq edir ki, İddiaçı1 aldadılmış və razılaşdırılmış 200.000 ABŞ dolları əvəzinə cəmi 145.000 ABŞ dolları ödənilmiş və 55.000 ABŞ dolları pul İddiaçı1 ödənilməmişdir. Həmçinin İddiaçı1 rusdur, azərbaycan dilini mükəmməl bilmir. İddiaçı1 qarşı tərəfin dindar, hacı olmasına inanaraq torpaq sahəsinin dəyərinin bir hissəsinin sonradan ödənilməsinə razılıq vermişdir. İddiaçı2 və onun oğlu Babək Rəsulzadədə cavabdehə qarşı inam yarandığına görə, pulun 80.000 ABŞ dollarının müqavilə bağlanandan sonra ödənilməsinə razılıq vermişlər. Bu məbləğdən 25.000 ABŞ dolları ödənilsə də, 55.000 ABŞ dolları ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarış etibarsız hesab edilərək, ləğv edilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı2 nümayəndəsi (oğlu) X8 məhkəmə iclasında iddia tələbini müdafi etdi, digər İddiaçı1 nümayəndəsi və vəkili X4 izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, atası İddiaçı2 ilə birlikdə dəfələrlə Cavabdeh və atası Əlisahib Hüseynovun yanında olmuşlar. Aparılan danışıqlara əsasən cavabdeh 55.000 ABŞ dollarının əvəzinə 55.000 manat ödəməyi təklif etmişdir. Lakin onlar razılaşmamış və 80.000 manat ödənilərsə sülhlə həll etməyə razılıq vermişlər. Daha sonra isə 30.000 ABŞ dolları təklif edilmişdir. Onlar buna razı olmamışlar. Hesab edir ki, torpaq sahəsinin dəyəri tam ödənilmədiyinə görə, müqavilə etibarsız hesab edilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsini İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 80.000 ABŞ dollarına alıcı Cavabdeh satmışdır. Müqavilə bağlanan zaman Cavabdeh 80.000 ABŞ dollarını tam şəkildə notariusun depozit hesabına ödəmiş və torpaq sahəsini təhvil alaraq, öz mülkiyyətinə keçirmişdir. Torpaq sahəsinin satılması zamanı Cavabdeh satıcı İddiaçı1 və onun nümayəndəsi İddiaçı2 hər hansı bir məbləğdə borcu qalmamışdır. Müqavilənin bağlanması zamanı qanunvericiliyin tələbinə əməl edilmişdir. Müqaviləni satıcı İddiaçı1 əvəzində nümayəndəsi İddiaçı2 imzalamışdır. İddiaçı1 rus olması və azərbaycan dilini mükəmməl bilməməsi müqavilənin etibarsız hesab edilməsinə əsas vermir. Çünki, İddiaçı1 müqaviləyə imza etməmiş, onun hər hansı bir hüququ pozulmamışdır. İddiaçı2 alqı-satqı müqaviləsi bağlanan zaman məbləğin tam ödənilmədiyini əsas gətirməklə, məhkəmədə iddia qaldırmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı2 iddiası rədd edilmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh 2 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin xüsusi notariusu H.Vəliyev 03.06.2021-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq 2 saylı Bakı Maraqlı şəxsndə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.03.2008-ci il tarixli MH ******* seriyalı çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən sahəsi 0,049662 ha olan torpaq sahəsi İddiaçı1 mülkiyyətində olmuşdur. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları və işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 30.06.2015-ci il tarixli AR-İ 412901 nömrəli 7E-8549 reyestr nömrəli etibarnamə ilə İddiaçı1 Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.03.2008-ci il tarixli MH ******* seriyalı çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışı almağı, həmin əmlak üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı) pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi İddiaçı2 etibar etmişdir. Etibarnamə 3 ay 1 gün müddətinə verilmiş və 01.10.2015-ci il tarixədək qüvvədə olmuşdur. Etibarnaməni İddiaçı1 adından onun Bakı şəhəri 46 saylı notariat kontorunda verdiyi 01.10.2012-ci il tarixli 7E43549 reyestr nömrəli etibarnamə əsasında X9 imzalamışdır. 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı1 tam mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən sahəsi 0,049662 ha olan torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) alıcı Cavabdeh satmışdır. Müqaviləni İddiaçı1 əvəzindən onun verdiyi Bakı şəhəri 46 saylı notariat kontorunda təsdiq edilmiş 30.06.2015-ci il tarixli AR-İ 412901 nömrəli 7E-8549 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi İddiaçı2 imzalamışdır. Torpaq sahəsinin satılmasına dair alqı-satqı müqaviləsini İddiaçı2 imzalayarkən səlahiyyətli olmuşdur. Alıcı Cavabdeh torpaq sahəsinin razılaşdırılmış dəyərini 80.000 ABŞ dolları (84.000 manat) pulu 12.09.2015-ci il tarixli 000003 nömrəli mədaxil orderinə əsasən 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunun notariusu X10 “xxxx” ASC-dəki depozit hesabına ödəmişdir. Satıcı İddiaçı1 əri X11 01.10.2012-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə İddiaçı1 məxsus Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən sahəsi 0,049662 ha olan torpaq sahəsinin satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd edir ki, 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, İddiaçı1 tapşırığı ilə digər İddiaçı2 İddiaçı1 adından verilmiş 30.06.2015-ci il tarixli etibarnamə əsasında torpaq sahəsini cavabdehə satmışdır. Torpaq sahəsinin 12.09.2015-ci ildə satılmasından iddiaçıların məlumatı olmuşdur. Həmçinin iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmışdır. 12.09.2015-cı il tarixdə bağlanmış müqaviləni 05.04.2021-ci il tarixdə mübahisələndirmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.” Məhkəmə qeyd edir ki, İddiaçı1 Mülki Məcəllənin 354-cü maddəsi ilə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişdir. Odur ki, iddia təmin edilə bilməz və iddia rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə yuxarıda qeyd olunduğu kimi Cavabdeh bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, torpaq sahəsini dəyərini ödəməklə əldə etmiş, torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reystrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı1 nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərin torpaq sahəsini 200.000 ABŞ dollarına satmağa razılaşdıqlarını, torpaq sahəsinin dəyərindən 145.000 ABŞ dollarının ödənildiyini, 55.000 ABŞ dolları borcun ödənilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə ntoarial qaydada təsdiq edilmiş 12.09.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. 12.09.2015-ci il tarixli müqavilədə göstərilən 80.000 ABŞ dollarının (84.000 manatın) satıcıya ödənildiyini iddiaçılar özü də təsdiq edirlər. İddiaçı2 isə alqı-satqı müqaviləsinin bağlanması zamanı digər İddiaçı1 nümayəndə kimi təmsil etdiyinə və müqaviləni İddiaçı1 adından bağladığına görə, İddiaçı2 İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ yoxdur. İddiaçı2 münasibətdə iddia özü-özlüyündə əsassızdır. Cavabdeh X3 torpaq sahəsi üzərindəki mülkiyyət hüququ toxunulmaz hüquq olmaqla, dövlət tərəfindən müdafiə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan və müddət keçdiyinə görə rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontoruna qarşı “İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli AN-İ ******* nomrəli (4Ə-2048 reyestr nömrəli) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2843/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2843/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver