Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8810/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontoru cəlb edilməklə) Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair” 2(004)-2843/2021 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinə dair İddiaçı1 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında 2 saylı Bakı Maraqlı şəxsndə notariat kontorunda bağlanmış 12.09.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı T.Alekseyevna apellyasiya şikayət verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili C.Səfərov məhkəməyə ərizə ilə müraciət edərək şikayətindən imtina etdiyini bildirmiş, apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayətdən imtina qəbul edilməli və iddiaçının şikayəti əsasında başlanmış apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir (maddə 369). Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, ərizəçinin şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 191, 369, 405-ci maddələrini rəhbər tutub Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Baxılan iş üzrə İddiaçı1 şikayətinə əsasən başlanmış apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8810/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8810/2021
21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver