Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-287/2024 30.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərərlərin 2500 manat və 50 manat məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evini 2020.02.16 tarixdə ünvan 2şayan 1976.07.13 təvəllüdlü Cavabdeh Ankara şəhərində yaşadığı üçün birbaşa əlaqəsi olmadığı üçün evlərinin altında yerləşən 30 ildir əmlak işləri ilə məğul olan əmlakçı vasitəsi ilə orta vəziyyətdən yuxarı, evdə olan bütün əşyaları çalışan vəziyyətdə 350 manata, 1,5 sonra isə 400 manata müqaviləsiz kirayə vermişdir. Ona whatsapp vasitəsi ilə Milli Məclisin kabinetlərin önündə çəkilmiş şəkilini və pasport şəkilini göndərmişdir. Yaşadığı müddətdə kirayə pulu cavabdehin maaşını aldığı vaxta salınmışdır. Evin pulunu cəmi 4-5 dəfə uzun mübahisələrdən sonra işlərə əmlakçı qarışdıqdan sonra vermişdir. Qaldığı müddətdə qapı qonşunun dediyinə görə cavabdeh evdə içki məclisləri qurmuş, səs-küy salmışdır. Sentyabr ayının 12-in də gecə birdə iddiaçıya içkili halda zəng etmiş, evin açarını itirdiyini və ona əsas vermədiyi sözləri iddiaçıya söyləmişdir. Bu hadisədən sonra cavabdeh evdən uzaqlaşdırılmışdır. Üç ay ödənilməmiş telefon xətti kəsilmişdir. İki ay koperativə aid olan 20 manat iddiaçıya verilməmiş, qonşunun dediyinə görə onun rəngsazına borclu olduğu, evdəki olan əşyalar: qaz kalonkası, istilik verən qaz peçi, paltaryuyanmaşın, su kranı xarab halda çilçıraq detalı sınmış pəncərələrin tutacaqları xarab və s. halda iddiaçıya ev təhvil verilmişdir. Evdə kənar adamlar saxlamışdır. Belə ki, yaşadığı qadın iddiaçıya şər ataraq evində onun qızıl əşyalarının qaldığını bildirmişdir. Onun qızıl əşyalarının rabitə bankda girov qoyulub 2000 manat kredit götürülməsi sənədi iddiaçıdadır. Məlum olmuşdur ki, ona söylədiyi kimi Milli Məclis Prezident aparatı və Nazirlər Kabinetində heç vaxt çalışmadığı məlum olmuşdur. Türkiyədə yaşayan sonradan məlum olmuşdur ki, cavabdeh dostu ilə 4 ildir ki, danışmır. İddiaçıya qanuni şəkildə Türkiyədə oturum icazəsi almağa imkanı olduğunu bildirərək, 1 aylıq kirayə bulunu 400 manatı onun razılığı ilə dostuna vermişdir. Türkiyəyə döndüyündə dostunun dələduz olduğu aşkar olmuşdur. Ondan iddiaçıya vurulmuş zərərlərin 2000 manat ödənilməsini tələb etdikdə razılaşmamış iddiaçını şərləyərək polisdə iddiaçıdan evi bu vəziyyətdə aldığını, pulu vaxtı vaxtinda ödədiyini söyləmişdir. Bütün bunların yalan olduğu haqda iddiaçının əlində dəlillər var. Cavabdeh iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçı X1 iddiasının rədd olunması və otuz bir ay ondan aldığı 11550 manat ümumi məbləğin vergiyə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş edərək, bildirmişdir ki, cavabden iddia ərizəsində göstərilən ünvanda 31 ay qalmışdır. Bir il beş ayı 350 manatdan, sonrakı ayları 400 manatdan kirayə haqqını vaxtında ödəmişdir. Bildirir ki, iddiaçı ilə aralarında kirayə müqaviləsi olmamışdır. İddiaçı 31 ay ərzində ondan aldığı kirayə pulundan dövlətə vergi ödəməli olduğu halda ödəməmiş, vergidən yayınmışdır. İddia ərizəsində barəsində yazılanlar yalan və tam cəfəngiyyatdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, mənzildə kirayə qaldığı müddət ərzində bəzən kirayə haqqını gecikdirsə də, hər zaman ödəmişdir. Kommunal borcları ödəmişdir. İddiaçıya heç bir borcu qalmayıb. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iştirak edərək iddiasını müdafiə etdiyini və təmin n olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 5216 nömrəli qəbzdən görünür ki, X2 10 manat telefon üçün abone haqqı ödəmişdir. Cavabdeh tərəfindən Səbail RPİ-nin 9-cu PB-nə verilmiş izahatın məzmunundan görsənir ki, o iki il aydır ki Murtuza Muxtarov 9, mənzil 48-də kirayə yaşamışdır. Hər ay davamlı olaraq 400 manat pulu ödəmişdir. Onun heç bir borcu qalmamışdır və kommunal borcları da taçm ödənilmişdir. iran peçi, paltaryuyan və kalonka xarab olmuşdur və düzəlməsi üçün 150 manat kifayətdir. X2 tərəfindən Səbail RPİ-nin 9-cu PB-nə verilmiş 13 sentyabr 2023-cü il tarixli izahatın məzmunundan görsənir ki, 2023-cü il fevral ayının 16-dan 2023-cü il sentyabr ayına kimi mənzilini Cavabdeh kirayə vermişdir. Kirayə müddətində evə pis baxılmış,ev əşyaları yararsız hala salınmışdır. Evin pulunu 1,5 aydan bir vermişdir. Qonşuları aldatmış, onların narahatsız etmişdir. Evdə səs-küy salmışdır. Ondan iddiaçıya gəlmiş zərərləri ödəməsini tələb etməyinə etiraz etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 676.0-cı maddəsinə görə bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: - kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; - kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; - üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; - yaşayış otağı və ya adamların olması üçün nəzərdə tutulan digər otaq həmişə elə vəziyyətdə olmalıdır ki, ondan istifadə istifadəçilərin həyatına və sağlamlığına vicdanlı kirayəyə verən üçün aşkar təhlükələr törənməsi ilə bağlı olmasın. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, tərəflərin arasında kirayə münasibəti mövcuddur. Kirayənin obyekti Bakı şəhəri, Səbail rayonu Murtuza Muxtarov 9, blok 3 ünvanında yerləşən 48 nömrəli mənzildir (bundan sonra – mənzil). Mənzil iddiaçıya məxsusdur. Tərəflərin arasında şifahi formada kirayə müqaviləsi bağlanıb və formalı kirayə müqaviləsinin bağlanmışdır, bu, hər iki tərəfin izahatı ilə təsdiq olunur. Cavabdeh 2020-ci ilin fevral ayından mənzildə kirayəçi kimi yaşamağa başlayıb və kirayə münasibəti xx.xx.2023-cü il tarixinədək davam edib. İddiaçı cavabdeh tərəfindən maddi və mənəvi zərərlərin ona ödənilməsini tələb edir. Cavabdehin mənzildə kirayə yaşadığı müddətdə kommunal xidmətlərə görə borcunu ödəməməsi, telefon xəttinin kəsilməsi, qonşunun rəngsazına borclu olması, mənzildə olan əşyalar: qaz kalonkası, qaz peçi, paltaryuyan maşını, su kranını və pəncərələrin tutacaqlarını xarab etməsi, çilçırağın detalının sınması ilə maddi ziyan vurduğunu bildirir. Kirayə haqqının ödənilməsi barədə mübahisə yoxdur. Hər iki tərəf kirayə haqqının ödənildiyini bildirir. Mülki Məcəlləyə görə kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını iddia etməsinə baxmayaraq, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, işdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübuta yetirilmir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddia tələbinin mənəvi zərər ilə bağlı hissədə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-287/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-287/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver