Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2884/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəliyin icra edilmədiyinə görə 61800 (altmış bir min səkkiz yüz) manat məbləğində pul vəsaitinə 07 (yeddi) il 06 (altı) ay müddət üçün illik 5% ilə hesablanan faizlər 23175 (iyirmi üç min yüz yetmiş beş) manat və 71.000 (yetmiş bir min) ABŞ dolları məbləğində pul vəsaitinə 07 (yeddi) il 06 (altı) ay müddət üçün illik 5% ilə hesablanan faizlər 26625 (iyirmi altı min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla və iş üzrə ödənilmiş 296 (iki yüz doqsan altı) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında pul tələbinə dair mübahisə olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi zərər qismində 61800 manat və 71.000 ABŞ dolları həmin vəsaitə illik 5% dərəcəsi ilə hesablanan faizlər qismində 5922 manat 50 qəpik və 6471 ABŞ dolları 84 sent məbləğində pul vəsaitinin habelə iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 12 manatın, cəmi 67734 manat 50 qəpik və 77471 ABŞ dolları 84 sent məbləğində pul vəsaitinin, ödəniş anında manatla, İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8392/2016 saylı 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(004)-1521 /2016 saylı qətnaməsi qismən 61800 manat məbləğində borca hesablanmış faiz pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, 61800 manat əsas borca hesablanmış faiz borcuna görə Cavabdeh 2832,5 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(102)-4349/2017 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8392/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı icra edilməsi üçün Yasamal rayon icra şöbəsinə göndərilmiş və Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Arzu Abdullayevin xx.xx.2017-ci il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır. Borclu Cavabdeh xx.xx.2017-ci il tarixdən etibarən məhkəmə qərarını icra etməmiş, məhkəmə qərarının icra edilməməsinə görə onun barəsində Yasamal Rayon Məhkəməsinin 3(004)- 330/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən 8 gün müddətində inzibati həbs edilmiş və Yasamal Rayon Məhkəməsinin 1(004)-302/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixə olan dövr ərzində pul vəsaitinin geri qaytarmadığına görə Cavabdeh İddiaçı həmin məbləğin illik 5 faiz miqdarında faizlər ödəməyə borcludur. Belə ki, xüsusi biliyə zərurət olmadan, sadə arifmetik hesablamalarla müəyyən etmək mümkündür ki, 61800 manat məbləğində pul vəsaitinə 7 il 6 ay müddət üçün illik 5% ilə hesablanan faizlər 23175 manat, 71.000 ABŞ dolları məbləğində pul vəsaitinə 7 il 6 ay müddət üçün illik 5% ilə hesablanan faizlər 26625 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında pul mübahisəsi olduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsindən 67734,50 manat və 77471 ABŞ dolları 84 sent məbləğində pul vəsaiti İddiaçı ödənilməsi qət edilmişdir. İcra şöbəsinə məhkəmə qətnaməsi icra edilməsi üçün göndərilsə də, cavabdeh tərəf icraya göndərilən müddətdən bəri bu öhdəliyi yerinə yetirməmişdir. Öhdəliyi yerinə yetirməməsi səbəbindən cavabdeh inzibati həbs edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfə cinayət işi gedən zaman cavabdeh tərəf yalnız 15000 manat pul məbləğində ödəniş etmişdir. 61800 manat məbləğində pul vəsaiti 23175 manat pul vəsaitidir, hansıki, 7 il 6 ay müddətində illik 5 faizlə hesablanıb. Yəni ki, əsas borc 61800 manatdır. Borc məbləği ümumilikdə 7 il 6 ay müddətinə 2023-cü ilə qədər 61800 manatdan hesablanacaq, həmin vaxtdan bugünə qədər isə qalan 5% ilə artan məbləğ hesablanacaq. İddiaçı tərəf Rusiya Federasiyasında yaşayır. Gəlir əldə olunması məqsədilə cavabdeh tərəf vasitəsilə buradan ev almaq istəmişdir. Lakin ev alınmamışdır və cavabdeh pulu qaytarmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, əsas borc məbləğlərinə 5 faiz hesablamışdır. Cinayət işi gedən ərəfədə 15000 manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əvvəllər işlədiyi üçün pulu hissə-hissə ödəyirdi, lakin bu borc işi ilə bağlı məhkumluğu olduğu üçün işdən çıxarılmışdır. Hal-hazırda işləyə bilmir. Buna görə də ödənişi edə bilmir. Əsas borcu ödəmədiyi halda bu iddiada tələb olunan borcu necə ödəyə bilər. Ona verilən suallara cavab olaraq bildirdi ki, borc məqsədilə pulu almışdır. Borcu ödəyə bilmədiyi üçün 9 ay müddətinə həbs olunmuşdur. İcra sənədi üzrə bir neçə ay əmək haqqından tutulmalar olmuş, barəsində cinayət işi getdiyi müddətdə də daşınmaz əmlakı 15000 manat dəyərləndirilərək iddiaçının adına keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında pul tələbinə dair mübahisə olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh öhdəliyin icra edilməməsi nəticəsində vurulmuş maddi zərər qismində 61800 manat və 71.000 ABŞ dolları həmin vəsaitə illik 5% dərəcəsi ilə hesablanan faizlər qismində 5922 manat 50 qəpik və 6471 ABŞ dolları 84 sent məbləğində pul vəsaitinin habelə iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 12 manatın, cəmi 67734 manat 50 qəpik və 77471 ABŞ dolları 84 sent məbləğində pul vəsaitinin, ödəniş anında manatla, İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8392/2016 saylı 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(004)-1521 /2016 saylı qətnaməsi qismən 61800 manat məbləğində borca hesablanmış faiz pulunun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilərək, 61800 manat əsas borca hesablanmış faiz borcuna görə Cavabdeh 2832,5 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin 20 iyun 2017-ci il tarixli 2(102)-4349/2017 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8392/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qətnamə 06 oktyabr 2016-cı il tarixdə icraya yönəlmiş, cavabdeh borcu ödəmədiyindən, barəsində ilk öncə 8 gün müddətinə inzibati həbs seçilmiş, daha sonra isə barəsində AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-302/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Cavabdeh AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda iddiaçı Cavabdeh öhdəliyin icra edilmədiyinə görə 61800 (altmış bir min səkkiz yüz) manat məbləğində pul vəsaitinə 07 (yeddi) il 06 (altı) ay müddət üçün illik 5% ilə hesablanan faizlər 23175 (iyirmi üç min yüz yetmiş beş) manat və 71.000 (yetmiş bir min) ABŞ dolları məbləğində pul vəsaitinə 07 (yeddi) il 06 (altı) ay müddət üçün illik 5% ilə hesablanan faizlər 26625 (iyirmi altı min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla və iş üzrə ödənilmiş 296 (iki yüz doqsan altı) manat məbləğində dövlət rüsumunun onun xeyrinə ödənilməsini tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş Yasamal rayon icra şöbəsinin 284121/227 nömrəli icra işində olan 24 oktyabr 2018-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 150 (yüz əlli) manat ödəniş edilmişdir. İcra işində olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, tələbkar İddiaçı hesabına 400 manat ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-302/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş və göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni müxtəlif ünvanlarda tikinti sahələrində işləyir və aylıq gəliri 500,00 manat təşkil edir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 3(004)-330/2022 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün həbs edildikdən sonra icra məmuru qətnamənin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermiş, o, isə hərəkətlərini davam etdirməklə məhkəmənin qanuni qüvvədə olan aktını icra etməmişdir. Əlavə olaraq bildirmişdir ki, o Xaçmaz rayonu, Nabran kəndində yerləşən dəyəri 15.000 manat olan 6 sot torpaq sahəsini tələbkar İddiaçı adına rəsmiləşdirərək təhvil vermişdir. Başqa əmlakı mövcud deyil və borcu bağlamağa hazırda imkanı yoxdur. İcra işi materiallarından, eləcə də tərəflərin izahatlarından da müəyyən olunur ki, borclu Cavabdeh məxsus Xaçmaz rayonu Nabran kəndində yerləşən dəyəri 15000 manat olan 6 sot torpaq sahəsi otuz avqust 2023-cü il tarixdə tələbkar İddiaçı adına rəsmiləşdirilərək borcundan silinmişdir. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.1 və 439.2-ci maddələrinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, o manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Müfaviq qərardan da, göründüyü kimi kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı, cavabdeh tərəfindən ödəməli olduğu məbləği ödəmədiyi halda məhkəməyə müraciət etmişdir. Ödənilməmiş borcun tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatından bəlli olduğu kimi, məhkəmə qətnaməsi mövcud olduğundan, iddiaçının gecikdirilmiş faizin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də iddia tələbi əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan icra işi materiallarından da görünür ki, icra müddətində 61800 manat məbləğində borcdan müxtəlif vaxtlarda ödənişlər edilmişdir. Belə olan halda ödəniş vaxtları nəzərə alınmaqla, qalıq borc məbləğinin gecikdirilmiş müddətə illik 5 faizi hesablanmaqla pul ödənilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qətnamə ilə tutulmalı olan ümumi 61800 manat məbləğə 5 faiz hesablanmala, iddiaçı haqlı olmamışdır və qalıq borc məbləğinə 5 faiz hesablanmalı olması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, 61800 manat əsas borc məbləği növbəti ödəniş edildiyi tarixə, yəni 2018-ci ilin oktyabr ayınadək 61800x0,05=3090 manat icra sənədi icraata qəbul edildikdən 1 il müddətində 3090 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 2018-ci ilin oktyabr ayında 150 manat ödəniş edildiyindən qalıq 61650 manat borc üzrə növbəti ödənişin edildiyi 2022-ci ilin noyabr ayınadək gecikdirmə nəzərə alınmaqla, 61650x0,05=3082,50 manat x 4 il =12330 manat manat, 2022-ci ilin noyabr ayından ayrıayrı vaxtlarda 4 dəfə 100 manat, ödənilmiş 400 mnaat nəzərə alınmaqla qalıq 61250 manat məbləğin 2023-cü ilin avqust ayınadək olan gecikmə məbləği 4687 manat, 2023-cü ilin avust ayında ödənilmiş 15000 manat çıxılmaqla qalıq 46250x0.05=2312.50 manat x7 ay =1349 manat ödəniş edilməlidir. Belə olan halda, ödənilməli olan məbləğ 3090+12330+4687+1349=21456 manat təşkil edir. Eləcə də qətnamə üzrə tutulmalı olan 71000 ABŞ dolları məbləğində borcdan heç bir ödəniş edilmədiyindən 06.10.017-ci il tarixdən 06 aprel 2025-ci il tarixinədək illik 5 faiz olmaqla, 710000x0,05=3550 ABŞ dolları x 7.5=26625 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının üməyyən etdiyi məzənnə üzrə manatla pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21456 (iyirmi bir min dörd yüz əlli altı) manat və 26625 (iyirmi altı min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 296 (iki yüz doxsan altı) manatın 290 (iki yüz doxsan) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 21456 (iyirmi bir min dörd yüz əlli altı) manat və 26625 (iyirmi altı min altı yüz iyirmi beş) ABŞ dolları məbləğində pul vəsaiti ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla, tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 296 (iki yüz doxsan altı) manatın 290 (iki yüz doxsan) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2884/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2884/2025
04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver