Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2892/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dadaş Bünyadzadə küçəsi, ev 31, 30 saylı mənzilin aşağı qiymətə 60.000 manata qiymətləndirilməsi və satılmaq üçün hərraca göndərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 152/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin paylara mütənasib bölünməsi” tələbinə dair iddiasının təmin edilməsi, Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28.02.2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə) və Cavabdeh (1/2 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki 31 nömrəli evin ümumi sahəsi 81,32 kv.m olan 4 otaqlı 30 nömrəli mənzilinin bazar dəyəri 115.000 (ilkin satış) manat, likvid qiyməti 105.000 manat müəyyən edilməklə açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsaitin paylarına mütənasib olaraq paylı mülkiyyətçilər arasında bərabər bölünməsi, pul vəsaitinin 1/2 hissəsinin İddiaçı və 1/2 hissəsinin isə Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi artıq olduğundan İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2892/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2892/2022
06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver